İran generalı Qasım Süleymaninin İraqda öldürülməsi - nə baş verdi?

İranın ən qüdrətli hərbi komandanlarından biri, general Qasım Süleymani İraqdakı ABŞ qüvvələri tərəfindən həyata keçirilən hava həmləsi nəticəsində həlak olub. Ən son xəbərlər bu səhifədə

Canlı reportaj

  1. Qısa xülasə - canlı səhifədə nədən bəhs etdik?, Bu canlı səhifəmizdə İranın məşhur generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı xəbərləri oxudunuz.

    • Ötən axşam ABŞ qüvvələri Bağdad hava limanı yaxınlığında Qasım Süleymani də daxil olmaqla, azı 10 nəfərin həlak olması ilə nəticələnən hücum həyata keçirib.
    • ABŞ hücum əmrinin Prezident Donald Trump-dan gəldiyini bildirib. Rəsmilərə görə, səbəb “təhlükə hesab edilən kişidən xaricdəki ABŞ hərbçilərini qorumaq” olub.
    • Süleymani İranın İslam İnqilabi Keşikçiləri Korpusunun elit Qüds qüvvələrinin lideri idi.
    • İranın Ali Dini Lideri Ayətullah Xameneyiyə çox yaxın olan Süleymani İranda ikinci güclü adam kimi tanınırdı.
    • Rəsmi Tehran hadisəni pisləyib və “cinayətkarlardan sərt qisas alınacağını” elan edib.
    • İranlılar da ABŞ hücumlarına və Süleymaninin ölümünə etiraz olaraq küçələrə axışıb, ABŞ və İsrail bayraqları yandırılıb.
    • Rusiya və Türkiyə, eləcə də bəzi ABŞ siyasətçiləri ABŞ-ı vəziyyəti gərginləşdirməkdə ittiham edib.
    • Donald Trump isə Süleymaninin ölümü ilə bağlı “O, illər öncə aradan götürülməli idi” deyib.
    qrafik
    • Bu arada isə neftin qiyməti qalxıb.
    • General Qasım Süleymaninin və İraqda şiə qüvvələrinin lideri Əbu Mehdi Əl-Mühəndisin dəfn mərasimi şənbə günü - yanvarın 4-də keçiriləcək.

    Hələlik bu qədər. Canlı səhifəmizi dayandırsaq da, saytımızda bu hadisə ilə əlaqədar müxtəlif təhlillər var.

    • General Qasım Süleymani kim idi?
    • İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq?
    • Qasım Süleymaninin öldürülməsi regiona necə təsir edə bilər?
    • İranda General Süleymanın ölümü ilə bağlı matəm və etirazlar
    • İran İnqilab keşikçiləri - onlar kimdir?
  2. İranda Süleymaninin ölümü ilə bağlı matəm və etirazlar

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  3. Sosial mediada #FranzFerdinand niyə trendə çevrilib?

    Bütün gün ərzində Twitter-də#FranzFerdinand və #WWIII həştəqləri trend olub.

    1914-cü ilin iyun ayında Avstriya ershersoqu Frans Ferdinand Bosniyada həyat yoldaşı ilə birgə qətlə yetirilib.

    Bu qətldən sonra baş verən zəncirvari hadisələr Birinci dünya müharibəsinə yol açır.

    İndi isə həmin tarixi hadisə ilə İran generalı Qasım Süleymaninin qətlə yetirilməsi müqayisə edilir.

    Franz Ferdinand

    Şəklin mənbəyi, Getty Images

  4. Süleymaninin dəfn mərasimi şənbə günü keçiriləcək

    General Qasım Süleymaninin və İraqda şiə qüvvələrinin lideri Əbu Mehdi Əl-Mühəndisin dəfn mərasimi şənbə günü - yanvarın 4-də keçiriləcək.

    İraqın şiə silahlı Xalq Səfərbərlik Qüvvələri Facebook sosial şəbəkəsində elan ediblər ki, sabah səhər saat 10-da (Bakı vaxtilə 11.00) Bağdadda rəsmi mərasimlər keçiriləcək.

    Bundan sonra keçiriləcək mərasimlərə xalq da dəvət edilib. Bu tədbir rəsmi mərasimdən bir saat sonra Yaşıl Zonanın darvazasının önündə başlayacaq.

    Həmin ərazidə ABŞ səfirliyi yerləşir.

  5. General Süleymaninin Trump-ın əmri ilə İraqda öldürülməsinə İran necə bir cavab verəcək?

    İran İnqilab Keşikçilərinin Qüds qüvvələri komandanı, nüfuzlu general Qasım Süleymaninin Trump-ın əmri ilə İraqda öldürülməsinə İran necə bir cavab verəcək?

    Qisas alınacağı gözləniləndir, BBC-nin müdafiə və diplomatik məsələlər üzrə müxbiri Jonathan Marcus yazır.

    Süleymani

    Şəklin mənbəyi, Reuters

  6. BMT-nin Baş katibi: “Dünya Körfəzdə daha bir müharibəyə dözməz”

    BMT

    Şəklin mənbəyi, EPA

    BMT Baş katibi Antonio Guterres ABŞ hücumundan “dərin narahatlıq keçirdiyini” bildirib və dünya liderlərini “daha təmkinli olmağa” çağırıb.

    “Baş katib Körfəzdəki gərginliyi aradan qaldırmaq üçün davamlı təbliğat aparıb”, - Guterresin mətbuat katibi Farhan Haq bildirib.

    "O, mövcud gərginlikdən dərin narahatlıq keçirir”, - Haq əlavə edib.

    "Bu, elə bir məqamdır ki, dünya liderləri daha çox təmkinli olmağa çalışmalıdırlar. Dünya Körfəzdə daha bir müharibəyə dözməz”, - BMT Baş katibi deyib.

  7. İranın ən yüksək təhlükəsizlik orqanının “ağır intiqam” vədi

    İranın Milli Təhlükəsizlik Şurası general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan "ağır intiqam" alacağını vəd edib.

    "ABŞ rejimi bu cinayət sərgüzəştinin nəticələrinə görə məsuliyyət daşıyacaq", - Milli Təhlükəsizlik Şurasının İran mediasına verdiyi bəyənatında yazılıb.

    "Bu, Qərbi Asiya bölgəsində ABŞ-ın ən böyük strateji səhvidir. Amerika onun nəticələrindən asanlıqla qurtula bilməyəcək".

    İranın nəzərdən keçirdiyi hər hansı bir hərəkət barədə Şura tərəfindən ətraflı məlumat verilməyib, yalnız "müvafiq qərarların" alındığı bildirilib.

    Bundan başqa, İraqın şiə komandanı Əbu Mehdi əl-Mühəndisin eyni hava hücumunda öldürülməsinin "gələcəkdə İran və İraq xalqları arasındakı sarsılmaz bağın simvolu" olacağı da bəyan edilib.

  8. Putin Macron-la söhbətində ABŞ hücumunu pisləyib

    Macron və Putin

    Şəklin mənbəyi, AFP

    Xarici İşlər Nazirliyinin sözçüsünün qınağından və Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra Rusiyadan daha sərt sözlər gəlməyə başlayıb.

    “Cənab Putin general Qasım Süleymaninin öldürülməsinin "bölgədəki vəziyyəti ciddi şəkildə ağırlaşdıracağına" dair xəbərdarlıq edib”, Kreml Sarayından bildirilib.

    Kreml bildirib ki, “Prezident Putin bunu fransalı həmkarı Emmanuel Macronla telefon söhbətində deyib”.

  9. General Qasım Süleymani kim idi?

  10. İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq?

  11. Türkiyə: ABŞ-ın hücumu “sülh və stabilliyə zərbə vuracaq”

    Mövlut Cavuşoğlu

    Şəklin mənbəyi, Reuters

    Türkiyə Xarici İşlər Nazirliyi İraq və Rusiyaya qoşularaq ABŞ-ın dron hücumunu qınayıb və bildirib ki, bu hücum “bölgədəki təhlükəni və qeyri-sabitliyi artıracaq”.

    "Biz İraqı münaqişə zonasına çevirməyin sülhə və sabitliyə zərər verəcəyi barədə bir daha xəbərdarlıq edirik" , - Anadolu agentliyi xəbər yayıb.

    NATO üzvü olan ABŞ və Türkiyə arasında mövcud olan gərginlik artmaqdadır.

    Ötən ay Londonda keçirilən NATO sammitində Türkiyənin Suriyanın şimalındakı son hərbi əməliyyatları ilə bağlı fikir ayrılıqları səbəbiylə aparılan danışıqlar, demək olar ki, dayandırılıb.

  12. İranda General Süleymanın ölümü ilə bağlı matəm və etirazlar

  13. İraqda çalışan ABŞ vətəndaşları ölkəni tərk edirlər

    İraqdakı xarici neft şirkətlərində çalışan onlarla ABŞ vətəndaşı cümə günü ölkəni tərk etməyə başlayıb, Reuter agentliyi xəbər verir.

    Bu, ABŞ-ın öz vətəndaşlarını İraqı ən tez zamanda tərk etmək çağırışından sonra baş verir, İraqın neft naziri bildirib.

    Lakin nazir bildirib ki, əməkdaşların getməsi əməliyyatlara təsir etməməlidir.

    İraq dünya neft bazarının əsas təchizatçısıdır. Gərginliyin artması neft qiymətlərinin də artmasına təsir edib.

  14. Trump-ın tviti:

    İndiyə qədər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump Amerika bayrağının şəkli və bircə sətirlik tvit paylaşaraq, hücumla bağlı nisbətən səssiz qalmışdı.

    Ancaq o, Süleymanini “milyonlarla insanın ölümündə birbaşa və bilavasitə məsul olmaqda” günahlandıran daha iki tvit paylaşıb.

    “O, illər öncə aradan götürülməli idi” ABŞ Prezidenti ikinci tvitində yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  15. Hücum Azərbaycan-İran münasibətlərinə təsir edəcəkmi?, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfuqarov:

    “Hadisələr gərginləşmə ssenarisi üzrə inkişaf edir. Hiss olunur ki, ABŞ, İsrail və İran arasında gərginlik, qarşıdurma daha da güclənəcək. İranlılar yumşaq hədəf axtarır. İstisna olunmur ki, qarşıdurmada iştirak edən tərəflər Azərbaycan faktorundan öz xeyrinə istifadə etmək istəsinlər. Azərbaycanın həm İran, həm ABŞ, həm də İsraillə yaxın əlaqələri var. Onların burada maraqları var. İrana qarşı irandakı azərbaycanlılardan istifadə də istisna deyil. Azərbaycanla İsrail müdafiə sahəsində geniş əməkdaşlıq edir. Bu təhlükələrdən yayınmaq üçün Bakı qarşıdurmadan kənar durmağa, ona cəlb olunmamağa çalışacaq. İndiyədək Azərbaycan belə mübahisələrdən kənar durmağı bacarıb. Düşünürəm ki, indi də bacaracaq”.

  16. Qasım Süleymaninin öldürülməsi regiona necə təsir edə bilər?

  17. Rusiya hadisəni belə şərh etdi

    ABŞ general Süleymanini öldürməklə “regionda güc balansını dəyişmək istədi”, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

    “Bu regionda milyonlarla insana təsir edəcək gərginliyin artmasından başqa heç nəyə gətirib çıxarmayacaq”, o Facebook səhifəsində bildirib.

  18. İmperiya dövründən indiyədək İranın tarixində ən mühüm hadisələrin xronologiyası.

    İran

    Şəklin mənbəyi, Getty Images

  19. ABŞ hücumunda ölən Əbu Məhdi əl-Mühəndis kimdir?, İraq hərbi komandanı Əbu Məhdi əl-Mühəndis hava hücumları zamanı öldürülənlər arasında olub.

    Onun əsl adı Camal Cəfər İbrahimdir. O, İraqın Xalq Səfərbərliyi qüvvələrində yüksək rütbəli fiqur idi.

    Xalq Səfərbərliyi İranın İraqda dəstəklədiyi güclü hərbiləşmiş qeyri-hökumət qüvvələridir. Onlar əsasən şiə silahlılarından ibarətdir.

    Onun döyüşçüləri İslam Dövləti qruplaşmasına qarşı müharibədə önəmli rol oynamışdı. Ancaq ABŞ deyir ki, qrupun silahlılarına İran nəzarət edir və onlar ABŞ obyektlərinə hücumlar planlaşdırır.

    Mühəndis ABŞ-ın düşməni idi və İranın İraqdakı adamı kimi reputasiyası vardı.

    Küveyt məhkəməsi ona yoxluğunda ölüm hökmu kəsmişdi – o, 1983-cü ildə ABŞ və Fransa səfirliklərini hədəfə almaqda təqsirli bilinib.

  20. İranda ABŞ hücumuna etirazlar

    Minlərlə iranlı general Süleymaninin ölümünə yas tutmaq və ABŞ hücumlarına etiraz olaraq küçələrə axışıb.

    etirazlar

    Şəklin mənbəyi, EPA

    Şəklin alt yazısı, İnsanların çoxu qara geyinib
    qadın

    Şəklin mənbəyi, Reuters

    Şəklin alt yazısı, Bu qadın ABŞ hücumuna etiraz şüarı səsləndirib
    bayraq

    Şəklin mənbəyi, EPA

    Şəklin alt yazısı, Bəzi insanlar ABŞ və İsrail bayraqlarını yandırıb
    bayraqlar

    Şəklin mənbəyi, EPA

    Süleymaninin fotosu

    Şəklin mənbəyi, EPA

    Şəklin alt yazısı, Bəzi insanlar Süleymaninin fotosunu əllərində tutub
    qadın

    Şəklin mənbəyi, Reuters

    Şəklin alt yazısı, General Süleymani və İraq həbiyyəsinin lideri Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ilə bağlı matəm mərasimi keçirilir