Casus zəhərlənməsi: rus diplomatlar Böyük Britaniyanı tərk etməyə hazırlaşır

Russian diplomats and family members leave in a bus from the Russian Embassy

Şəklin mənbəyi, EPA

Londondakı səfirlikdən mikroavtobuslar və diplomatik avtomobillər yola çıxarılıb.

Baş nazir Theresa May Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın "günahkar" olduğunu dedikdən sonra Böyük Britaniya 23 diplomatı işdən uzaqlaşdırıb.

Çərşənbə axşamı hökümət Rusiyaya qarşı əlavə sanksiyalar haqqında qərar verəcək.

Xanım May Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edir.

line

Həmçinin oxuyun:

line

Moskva bütün ittihamları rədd edib və cavab olaraq 23 Britaniya diplomatını işdən uzaqlaşdırıb. Britaniya diplomatları şənbə gününədək Rusiyanı tərk etməlidirlər.

Kreml, həmçinin Rusiyada iki millət arasında mədəni əlaqələrin təşviqi ilə məşğul olan British Council təşkilatını və Sankt-Peterburqdakı konsulluğu bağlayır.

Rusiya səfirliyi Rusiyalı diplomatlar və onların ailə üzvləri daxil olmaqla 80-ə yaxın insanın bu gün, xanım Mayin verdiyi son tarixdə ölkəni tərk edəcəklərini bildirib.

Səfirliyin binasının qarşısında bir neçə nəfər toplaşaraq çemodanlarını, uşaqlarını və ev heyvanlarını mikroavtobuslara yerləşdirən insanları yola salıb.

BBC-nin diplomatik müxbiri James Robbins tədbirlərin ikinci mərhələsinin başladılması "Kremllə sonsuz əvəz-əvəz oyununun başladılması riskinə" səbəb olacağını deyib.

"Bunun edilməməsi isə, bəzi qüvvələr tərəfindən zəiflikdə ittiham edilmə riskidir", o əlavə edib.

Former Russian embassy staff board a plane at Stansted airport

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya diplomatları Stantsted hava limanında təyyarəyə miniblər
Embassy staff wave as colleagues and children board buses outside Russia"s Embassy in London,

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiya səfirliyinin əməkdaşları, Rusiyaya qayıdan həmkarları ilə sağollaşdılar
People carrying luggage leave the Russian Embassy in London on March 20, 2018

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusiyalı diplomatları Britaniya tərk etməyə bu günün sonunacan möhlət verilmişdi

TRusiyanın sabiq hərbi kəşfiyyat əməkdaşı 66 yaşlı Sergey Skripal və onun qızı 33 yaşlı Yuliyanın vəziyyəti kritik qalmaqdadır. Onlar martın 4-də huşsuz vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Böyük Britaniya, onların Rusiyada inkişaf etdirilən "Novichok" adlandırılan sinir-əsəb maddəsi ilə zəhərləndiyini iddia edir.

Hücumdan üç həftə sonra Böyük Britaniyada terrorla mübarizə polis müdiri istintaqın diqqət mərkəzinin "Skripalların hərəkət istiqamətləri" olduğunu bildirib.

Sergei Skripal and his daughter Yulia

Şəklin mənbəyi, EPA/ Yulia Skripal/Facebook

Şəklin alt yazısı, 66 yaşlı Sergey Skripal və onun qızı 33 yaşlı Yuliyanın vəziyyəti kritik qalmaqdadır

Rəsmilər indiyədək 4 min saatlıq nəzarət kameraları görüntülərini izləyib və 400 ifadə alıblar.

"Bu, həftələrlə, çox güman ki, aylarla uzanacaq", cənab Basu BBC Radio 4's radio kanalının "Bu gün" verlişinə açıqlamasında bildirib. "Bu, insanlar üçün məyusedici olacaq", o əlavə edib.

Yaponiya Baş naziri Shinzo Abe və xanım May arasındakı telefon danışığında Yaponiyanın Salisbury hücumunu pislədiyi bildirilir.

Fransa, Almaniya və Birləşmiş Ştatlar liderləri birgə bəyanatla Böyük Britaniyanı dəstəkləyib və Avropa Birliyi "şərtsiz həmrəyliyini" təklif edib.

Avropa Birliyi liderləri cümə axşamı Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı veriləcək hər hansı bir cavabı müzakirə edəcək.