İlham Əliyev: “Yağış yağan kimi şəhər nəqliyyatı iflic olur”
İlham Əliyev: “Yağış yağan kimi şəhər nəqliyyatı iflic olur”
Prezident İlham Əliyev deyib ki, ölkənin kanalizasiya sistemi bərbad vəziyyətdədir.
"Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır".
Onun bu sözləri sosial mediada tənqidlə qarşılanıb.



