Bollywood Qərbi necə stereotipləşdirir

Кадр из индийского фильма

Şəklin mənbəyi, Sri Leela Movies

    • Müəllif, Laya Maheshwari
    • Vəzifə, BBC Culture

Hollywood-un Hindistana dair öz stereotipləri var, amma Hindistanda çəkilən filmlərdə də Qərb həyatı qəlibləşmiş şablonlara əsaslanır.

2015-ci ildə, o zaman prezident Barack Obama fəxri qonaq qismində Hindistanın Respublika Günü ilə əlaqədar keçirilən parada dəvət olunmuşdu.

Bu hadisə ərəfəsində Obama-nın köməkçiləri prezidentin çıxışının sonluğu üçün hindistanlıları valeh edə biləcək bir kəlmənin axtarışına bir neçə gün vaxt sərf etdilər.

Həmin kəlmə isə Bollywood-da çəkilmiş və Hindistanda populyar olan kinofilmdən götürülməli idi, çünki bir neçə ay bundan əvvəl Hindistanın Baş naziri Narendra Modi New York-da, Madison Square Garden-də çıxış edərək, nitqini ABŞ-da populyar olan Star Wars ("Ulduz Müharibələri") filmindən götürülmüş cümlə ilə bitirmişdi: "Güc sizinlə olsun".

Uzun-uzadı axtarışlardan sonra Obama-nın köməkçiləri Hindistanda olduqca populyar olan Dilwale Dulhaniya Le Jaayenge ("Qaçırılmamış gəlin") filmindən bir kəlmə seçdi.

Filmin uzun adını hindistanlılar qısaldaraq DDLJ kimi işlədirlər.

"Qaçırılmamış gəlin" filmi ekranlara 1994-cü ildə çıxıb.

Gənc məşuqların rollarını aktyorlar Şaxrux Xan və Kacol ifa ediblər.

Filmin ilk kadrlarında ailə baçşısı Baldev Sinqh ( bu rolu Amriş Puri ifa edir) Londonda Trafalgar meydanında, başının üstünü boz, üşüdücü buludlar almış halda, göyərçinlərə yem səpələyərkən, xəyalında özünü Pəncabdakı doğma kəndində görür, həmin o xəyali mənzərəni isə yaşıl və sarıya boyanmış zəmilər bəzədir...

Кожаная куртка в стиле Harley Davidson на главном герое намекает на разлагающее влияние Запада на личность индийского парня

Şəklin mənbəyi, Yash Raj Films

Şəklin alt yazısı, Harley Davidson sayağı gödəkcə filmin baş qəhramanının Qərbin pozğun təsiri altına düşdüyünə işarə kimi görünür

Bu səhnə ilə rejissor Aditya Çopra filmin baş ideyasını bildirmiş olur - Qərbə çıxıb getmiş minlərlə hindistanlını məhz belə sonluq gözləyir: vətən həsrəti onları rahat buraxmayacaq.

Qlobal hindistanlılar

On illər ərzində hindistanlılar Britaniya və ABŞ-dan tutmuş Cənubi Afrika Respublikasına qədər müxtəlif ölkələrə miqrasiya ediblər...

Onların əksəriyyəti ziddiyyətli hisslərdən əziyyət çəkib - bir tərəfdən "Hindistan dəyərlərini" qoruyub saxlamaq dərdi, digər tərəfdən isə yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiya olunmaq, uyğunlaşmaq istəyi.

"Непохищенная невеста" занимает 12-е место в составленном Британским институтом кино списке лучших индийских фильмов всех времен. Кроме того, в индийской истории это наиболее долго демонстрирующаяся в кинотеатрах картина

Şəklin mənbəyi, Yash Raj Films

Şəklin alt yazısı, "Qaçırılmamış gəlin" filmi Britaniya Kino İnstitutu tərəfindən tərtiblənmiş ən yaxşı Hindistan filmləri siyahısında 12-ci yerdədir.

Hindistan filmlərində xaricə köçən həmvətənlər adətən doğma yerlərlə əlaqəsi kəsilmiş, gülüş doğuran və ya mənfi bir obraz kimi təsvir olunur.

"Qaçırılmamış gəlin"-də, emiqrantlardan, onların halına acıyaraq bəhs edilməsi Bollywood üçün inqilabi bir mərhələyə çevrilərək gələcək filmlərin ruhuna da təsir göstərmiş olub.

Bu, həm Qərbdə yaşayan hindistanlılar tərəfindən, həm də Hindistanın özündə yüksək qiymətləndirilmişdi.

В фильме Pardes (1997 г.) рассказывается о жизни индийцев, уехавших в Америку

Şəklin mənbəyi, Mukta Arts

Şəklin alt yazısı, Pardes filmi (1997 il) ABŞ-a köçmüş hindistanlıların həyatından bəhs edir

Baş qəhramanlar Britaniyada doğulmuş hindistanlıların ilk dalğasının təmsilçiləridir.

Buna baxmayaraq, Rac və Simran milli dəyərlərə həmişə əməl etməyə çalışır.

"Qaçırılmamış gəlin" filmi vətəni tərk etməyən hindistanlılara anlatdı kı, Hindistandan köçsə belə, vətən, doğma yurd övladını həmişə özünə çəkir.

Odur ki, bu film artıq 20 ildir, Hindistanda nümayiş etdirilir və ölkə kinematoqrafı tarixində ən poppulyar filmlərdən biri sayılır.

Пури наиболее известен западной аудитории по своей роли бандита в фильме "Индиана Джонс и храм судьбы" - что можно рассматривать как пример голливудского стереотипа в отношении Индии

Şəklin mənbəyi, Paramaunt

Şəklin alt yazısı, Hindistanlı aktyor Amriş Puri, Qərb auditoriyasına Indiana Jones filmində çəkildiyi quldur rolu ilə tanışdır

ABŞ-dan məhəbbətlə?

Son zamanlaradək hindistanlı diaspor barədə filmlərin süjeti əsasən Britaniya ilə bağlı olub, lakin ABŞ-a emiqrasiya gücləndikcə, Bollywood filmlərində də hadisələrin inkişaf etdiyi yer üçün Amerika seçilməyə başlanıb.

Misal üçün Pardes (1997 ) filmində Amerika cəmiyyətinin hindistanlı emiqrantları abırdan salan təsirindən bəhs olunur.

Bu təsir özünü obrazların siqaret çəkməsində, içki içməsində, sevgilisinə xəyanət etməsində və ətrafdakılara hörmət etməməsində özünü göstərir.

2017-ci ildə, "Qaçırılmamış gəlin"-in üstündən 20 il keçəndən sonra, Aditya Çopra Carefree ("Qayğısızlar") filmini çəkir. Həmin film Parisdə tanış olmuş iki hindistanlının eşq macərasından bəhs edir.

Британский режиссер индийского происхождения Гуриндер Чадха в своей кинокартине "Невеста и предрассудки" поначалу подыгрывает стереотипным представлениям о Западе, но по ходу фильма постепенно развенчивает их

Şəklin mənbəyi, Pathe

Şəklin alt yazısı, Hindistan əsilli Britaniya rejissoru Qurinder Çadha "Gəlin və ön mühakimələr" filmində Qərb barədə stereotiplərin əsassız olduğunu göstərib

Bollywood filmlərində vətən həsrəti hissi Hindistan mədəniyyətinin sönük və cansız Qərb aləmindəki həyat tərzindən daha üstün olduğu ideyasına transformasiya olunub.

Qərb cəmiyyəti "qaydaları ilə yaşamağın", hindistanlıların həyat tərzi, adət və ənənələri ilə uyuşmadığı qeyd olunur.

Qərb toyları Hindistandakı toylarla müqayisə edilə bilməz, Qərb yeməkləri Hindistan yeməklərinin uğursuz yımsılamasından başqa bir şey deyil, Qərbdə böyümüş hindistanlılar Hindistanda yaşayanlar qədər zirək deyil və bu kimi digər məqamlar Bollywood filmlərində qabardılıb.

На смену песням и танцам на фоне Эйфелевой башни в другом индийском фильме придут песни и танцы на фоне Статуи Свободы

Şəklin mənbəyi, Yash Raj Films

Şəklin alt yazısı, Hind filmlərində baş qəhrəmanlar gah Parisin Eyfel qülləsi fonunda, gah da ki, Nyu Yorkun Azadlıq heykəli fonunda rəqs edib və mahnı oxuyur

1990-cı illər üçün "Qaçırılmamış gəlin", əlbəttə ki, hadisələrə təzə gözlə yeni bir baxış idi.

Lakin, getdikcə, Bollywood filmlərində Qərbdəki Hindistan diasporu barədə stereotiplər daha tez-tez gözə dəyir, çünki həmin diaspor artıq 20 il bundan əvəlki diaspor deyil - daha yetkin və həyata baxışları da fərqlidir.

ABŞ və Britaniyada doğulub, boya-başa çatmış hindistanlılar Qərb mədəniyyəti əsasında tərbiyə görüb, təhsil alıblar.

Odur ki, bu yeni nəsil Bollywood filmlərində öz həyat təcrübələrinin əksini görmür.

Onlara təəcübblü gəlir ki, Britaniya və ABŞ barədə bəhs edən Bollywood filmlərinin qəhramanları hind dilində danışır, ingilis dilinə keçəndə isə, nitqlərində güclü şivə hiss olunur.

Yeni nəsil Bollywood filmlərinin qəhramanları ilə özünü eyniləşdirə bilmir.

Bu səbəbdən, son dövrlərdə çəkilmiş "Məhəbbət - xəstəlikdir", "Adaş", "Patellər ailəsi ilə tanışlıq" kimi filmlərin əhəmiyyəti artır.

Həmin filmlər Bollywood üçün əhəmiyyət daşımayan, lakin ciddi və mürəkkəb dilemmalara diqqəti çəkir.

Bu filmlər kütləvi hind kinosu üçün uzun müddət sanki mövcüd olmayanların həyatından bəhs edir.