BMT Myanmada “etnik təmizləməni” görür

Şəklin mənbəyi, Reuters
Myanmada rohinca müsəlmanlarını hədəfləyən təhlükəsizlik əməliyyatı "etnik təmizləmə üzrə klassik misala bənzəyir", - BMT İnsan hüquqları qurumunun başçısı deyib.
Zeid Ra'ad al-Hussein hökuməti öz "amansız cari hərbi əməliyyatı"na son qoymağa səsləyib.
Raxin ştatında ötən ay başlayan zorakılıq ardınca 294 minə yaxın müsəlman Banqladeşə qaçıb.
Hərbiyyə rohinca silahları tərəfindən hücumlara cavab verməli olduğunu deyir.
Hərbçilər mülkiləri hədəflədiyi barədə ittihamları rədd edirlər.


Zorakılıq 25 avqustda, rohincaların polis məntəqələrinə hücumundan sonra başlayıb. Basqında 12 təhlükəsizlik əməkdaşı öldürülüb.
Bundan sonra ölkəni tərk edən rohincalara əsasən hərbiyə basqına amansız əməliyyatlarla cavab verib. Onlar kəndlərə od vurub, mülkiləri qətlə yetiriblər.



