Rohinca böhranı: Myanma, üsyançıların atəşkəs təşəbbüsünü rədd edib

Armed Myanmar police patrol fields near Maungdaw in the northern Rakhine state in northern Myanmar

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rohinca, Myanma ordusunu kəndlərə od vurmaqda ittiham edib - Myanma isə "terrorçulara" qarşı əməliyyat aparıldığını bildirib.

Myanma, Rohinca silahlı qrupunun Raxin vilayətində birtərəfli qaydada elan etdiyi atəşkəsi rədd edib.

Arakan Rohinca Qurtuluş Ordusu (ARQO) bu barədə bazar günü elan edib və Myanma ordusunu da atəşkəsə əməl etməyə dəvət edib.

Lakin hökümət sözçüsü Zaw Htay deyib ki, Myanma "terrorçularla" danışıqlar aparmayacaq.

Ötən ay Myanmanın Raxin vilayətində zorakılıq başlayandan sonra 294,000 Rohinca Bangladeşə qaçıb.

Avqustun 25-də ARQO-nun bir neçə polis postuna hücumu nəticəsində 12 nəfər öldürülüb.

Öz növbəsində, bu, təhlükəsizlik qüvvələrinə üsyan əleyhinə əməliyyatlara başlamağa əsas verib.

ARQO atəşkəsi Twitter vasitəsilə elan edərək, bildirib ki, bunu "humanitar missiyaların Raxin bölgəsində vəziyyəti dəyərləndirməsi üçün edir".

Myanma bu təşəbbüsü rədd edib və bildirib ki, ordu Rohinca "terrorçularına" qarşı əməliyyatlar aparır.

"Bizim siyasətimiz terrorçularla danışıqlar aparmamaqdır", - hokümət sözçüsü Zaw Htay bazar günü tvitləyib.

Bu arada Banqladeşdə yerli rəsmilər bildirb ki, Rohinca qaçqınları axınının öhdəsindən gəlmək üçün səylər göstərirlər.

Ölkənin xarici işlər naziri Mahmud Əli Myanmadakı zorakılığı "soyqırım" kimi təsvir edib.