Myanma: Arakan Rohinca Qurtuluş Ordusu kimdir? 5 suala cavab

three police officers with helmets and shields looking wary

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Myanma təhlükəsizlik qüvvələri yeni qiyamçı qruplaşmanın hücumuna məruz qalıblar

Avqustun 25-dən bu yana 100 mindən çox rohincalı evlərini qoyub qaçmaq məcburiyyətində qalıb. Onlar, rohincalı döyüşçülərin polis postlarına hücumundan sonra, əks-hücumun gətirdiyi şiddətdən can qurtarmağa çalışırlar.

Qiyamçılar Myanmanın Rohincası naminə mübarizə apardıqlarını deyirlər. Bəs onlar kimdir?

ARQO kimdir?

Arakan Rohinca Qurtuluş Ordusu (ARQO) müsəlman rohincalıların üstünlük təşkil etdiyi Myanmanın şimalında yerləşən Raxin ştatında fəaliyyət göstərir. Myanma dövləti onlara vətəndaşlıq verməkdən imtina edib və onları Banqladeş miqrantları qismində görür.

Etnik qruplar arasında münaqişələr zaman-zaman baş versə də, keçən il ərzində silahlı Rohinca qiyamçılarının sayı artıb. Daha əvvəllər Harakah əl-Yəqin kimi bilinən ARQO, 20-dən çox polis nəfəri və təhlükəsizlik qüvvələri üzvlərini öldürüb.

Avqustun 25-i onlar Raxin ştatındakı polis postlarına hücum edərək 12 nəfəri öldürüb. Bu onların indiyədək etdiyi ən böyük hücum olub. Əvəzində isə təhlükəsizlik qüvvələri əks-hücuma keçiblər.

Hakimiyyət qrupu terror təşkilatı adlandırır və bildirir ki, onun liderləri xaricdə təlimdən keçiblər. Beynəlxalq Böhran Qrupu (BBQ) da döyüşçülərin xaricdə təlim keçdiyini təsdiqləyir və 2016-cı ildə yaydığı hesabatında qrupun Səudiyyə Ərəbistanında yaşayan rohincalılar tərəfindən idarə olunduğu iddia edir.

Fəqət qrupun sözçüsü bunu təkzib edərək Asia Times qəzetinə bildirib ki, onların heç bir cihadçı qrupla əlaqəsi yoxdur və Rohinca insanlarının etnik qrup kimi tanınması uğrunda mübarizə üçün yaradılıb.

Onlar hansı silahlardan istifadə edirlər?

Hakimiyyət orqanlarının sözlərinə görə, avqustun 25-i baş tutan hücumda qrup üzvləri bıçaq və əldəqayırma bombalardan istifadə ediblər.

Myanma ordu başçılarının verdiyi son məlumatlar da Rohinca döyüşçülərinin zəif silahlandığını göstərir. Qurğuşun gülləli barıt tüfəngləri və əldəqayırma silahlar:

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Onların silahları əldəqayırma olsa da, BBQ-nin hesabatı onların heç də həvəskar olmadıqlarını deyib və Əfqanıstandan olan insanlar da daxil olmaqla başqa münaqişələrin veteranlarından kömək almaları ilə bağlı dəlil göstərib.

ARQO nə vaxt yaranıb?

Asia Times-a danışan sözçü, ARQO-nun 2013-cü ildən bəri təlimlər keçirdiyini deyib. Lakin onların ilk hücumu 2016-cı ilin oktyabrında baş tutub. Bu hadisədə doqquz polis öldürülmüşdü.

Qrupun məqsədi nədir?

ARQO deyir ki, onun məqsədi "özünü-müdafiə prinsipi əsasında" dövlət repressiyasına qarşı Rohincanı "müdafiə etmək, xilas etmək və qorumaqdır".

ARQO həmçinin terrorçu ləqəbini rədd edərək dinc əhaliyə hücum etmədiyini deyir. Halbuki üzvlərinə təlim keçərkən onların xəbərçiləri öldürməsi ilə bağlı məlumatlar mövcuddur.

BBQ bildirir ki, ARQO, dövlətin 2012-ci il qiyamlarına qarşı münasibətindən qəzəblənən gənc rohincalı kişilərdən ibarətdir. Ərazidən qaçmağa çalışan gənclər qayıq vasitəsilə Malayziyaya gedirdilər, lakin Malayziya donanması bu yolu 2015-ci ildə bağlayıb. Bu isə minlərlə insanın dənizdə qalmasına səbəb olmuşdu. Qrup bildirir ki, bəzi insanlar zorakılığa da məruz qalmışdılar.

Bununla yanaşı yoxsulluq, vətəndaşsızlıq və Rohinca insanları hərəkatına qarşı qadağalar da rol oynayır və təhlükəsizlik qüvvələri şiddətli zorakılıq göstərir. BMT fevralda dərc olunan məruzəsində, 2016-cı il oktyabrındakı hücumlardan sonra, əsgərlərin regiondakı insanları döyərək, zorlayaraq və öldürərək etdiyi hərəkətləri "dəhşətli zülm" adlandırmışdı.

BMT-nin Myanmada insan haqları üzrə xüsusi məruzəçisi, dağıntıların miqyasının keçən ilkindən "daha geniş" olduğunu deyib.

Qiyamın indiyədək hansı təsiri olub?

Təhlükəsizlik qüvvələrinə hücumlar, hərbçilərin sərt tədbirinə səbəb olub. 100 mindən artıq rohincalılar kəndlərindən qaçmağa məcbur qalıb və sərhədi keçərək Banqladeşə pənah aparıblar. Buradakı qaçqın düşərgələri isə doludur. Onların əksəriyyəti deyir ki, Buddist kahinlərin yardımı ilə hərbçilər kəndləri yandırır və dinc sakinləri öldürürdülər. Dövlət isə buddist və hinduların da ərazini tərk etməyə məcbur qaldığını bildirir.

Raxinə medianın girişi məhduddur və vəziyyəti təsdiqləmək mümkün deyil.

Dünya üzrə kampaniyaçılar və siyasətçilər qaçqınları vəziyyəti ilə bağlı narahatçılıqlarını dilə gətirərək sığınacaq, su və qida ilə bağlı xəbərdarlıq ediblər.

BM nümayəndəsi və Nobel Sülh Mükafatı laureatı Malala Yousafzai lider Aun Sang Suu Kyi-ni zorakılığı durdurmağa səsləyib. Xanım Suu Kyi isə daha əvvəl, ərazidə "ədavətin" olduğunu təsdiq etmişdi. Lakin o, etnik təmizlənmə ittihamını "həddindən artıq sərt" ifadə olduğunu demişdi.

people helping an old man through mud

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Vəziyyət kəskinləşəndən bəri bir çoxu Myanmandan piyada qaçıb