Nardaran sakinləri işıq gözləyir

Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində etiraz aksiyası keçirilib
Şəklin alt yazısı, Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində etiraz aksiyası keçirilib

Ötən həftə Nardaranda kənd sakinləri və hakimiyyət arasında baş vermiş qanlı toqquşmadan sonra kənddə sakinlərin qurduğu postlar və çadırlar dağıdılıb, digər rayonlardan gələn etirazçılar geri qayıdıb, sakinlər deyir.

"Amma qəsəbə əhalisi hələ də meydanda cəsədlərin verilməsini gözləyir", qəsəbə sakini Natiq Kərimov BBC Azərbaycancaya bildirib.

"Hazırda meydana toplaşmış sakinlər dəfn etmək üçün cəsədləri gözləyir, amma cəsədlərin nə vaxt veriləcəyi haqqında məlumat verilmir", cənab Kərimov deyir.

Ötən cümə axşamı Nardaran qəsəbəsində polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam <link type="page"><caption> həlak olub.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151126_nardaran_clashes" platform="highweb"/></link>

Nardaranda polislə yerli sakinlər arasında toqquşmanın ardından qəsəbənin mərkəzində etiraz aksiyası keçirilib və silahlı insident zamanı ölən kənd sakinlərinin cəsədlərinin verilməsini tələb ediblər.

Baş Prokurorluğun sözçüsü cəsədlərin verilməməsinin səbəbi haqqında məlumatsız olduğunu bildirib.

Elektrik

Nardaran sakini ümid edir ki, qəsəbəyə bir neçə gündür verilməyən elektrik enerjisi bu gün bərpa olunacaq. Natiq Kərimov, Maştağada işıq dirəklərində iş getdiyini bildirib.

Dünən axşamdan isə meydanda qurulmuş çadırlar sökülüb. Bu gün sakinlər meydanı təmizləmək fikrindədirlər, o deyir.

Azərişıq ASC BBC Azərbaycancaya danışaraq Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməməsinin səbəbini abunəçilərin borcunun olması ilə əlaqələndirib və bildirib ki, Nardarana nə zaman işıq veriləcəyi "sakinlərdən asılıdır".

"Noyabrın 23-dən borcu olan bütün abonentlərə xəbərdarlıq edilib", qurum sözçüsü deyir.

Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min borcu var, APA yazır.

Natiq Kərimov deyir ki, qəsəbədə qaz çoxdan yoxdur, amma elektrik enerjisinin kəsilməyi yaxşı hal deyil. Onun sözlərinə görə, qəsəbə sakinlərinin çoxu işsiz olduğundan borc ödənməyə bilər, amma işıqların kəsilməsi "bununla əlaqədar deyil".

"Bəyəm, Digah, Maştağa ödəyib borcu?", deyə sual verən Natiq Kərimov "bu, orcla bağlı deyil, əmr verilib, qarışıqlıq yaratmaq istəyirlər", əlavə edir.

"Burda iki ailənin evi dağılıb, 14 ailədən dustaq var. İndi borc vaxtı deyil. Bizim borcumuz əvvəl yox idi ki? Niyə indi kəsilir", cənab Kərimov sual edir.

Natiq Kərimov borcla bağlı qəsəbədə əvvəllər xəbərdarlıq edilmədiyini deyir.

"Biz soyuğa öyrəşmişik, amma işıq olsaydı yaxşı olardı. Xəstələr, qocalar var. Burada doğum evi var, orda təzə anadan olan uşaqlar var. Onlardan biri dünyasını dəyişsə, Azərişıq bizimlə üzbəüz gələcəkdi", o bildirir.

Cümə axşamı baş verən silahlı insident vaxtı saxlanılan şəxslər barəsində 4 aylıq həbs qətimkan <link type="page"><caption> tədbiri seçilib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/11/151128_nardaran_arrests" platform="highweb"/></link>.

14 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Hüquq-mühafizə orqanları insidentdən sonra aralarında Taleh Bağırov da olan saxlanılanları "dini dövlət qurmaq" məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmaqda ittiham ediblər.

<link type="page"><caption> Həmçinin bax: Bu gün Nardaranda nələr olub? Kənd sakinləri danışır</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2015/11/151126_nardaran_protest" platform="highweb"/></link>