BP-Azərbaycan əməkdaşı "10 dəqiqə içərisində" işdən çıxarılıb

BP

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Ötən ay BP-Azərbaycan bəyan etmişdi ki, Azərbaycandakı ofislərindən 255 işçinin vəzifəsi ixtisar ediləcək

Emin Məmmədov üç gün əvvəl BP-Azərbaycan şirkətindən Şəffaflıq və İctimai Nəzarət şöbəsindən ixtisara düşüb.

O, BP-Azərbaycan şirkətində ümumilikdə vəzifəsi ixtisar edilən 255 işçidən biridir.

Qərar sizə necə təsir etdi?

- Qərar çox məyusedici oldu. 14 ildir ki, BP-də işləyirəm. Heç vaxt işsiz qalmamışam, mən - işləyən adam, birdən birə işsiz qalmışam.

Sizə təzminat verilibmi və təzminatın məbləğindən razısınızmı?

- Verilən təzminatdan razıyam, artıq bir hissəsini almışam, qalan hissələrini martın sonuna kimi ödəyəcəklər.

İxtisara düşəcəyiniz barədə qərar sizin üçün gözlənilən idimi?

- Açığı gözlənilməz idi. İllik planı artıqlaması ilə yerinə yetirən mən və mənim kimi bir neçə nəfər fikirləşirdik ki, ixtisarların bizə dəxli olmaz.

Sizə bu barədə öncədən məlumat verilmişdimi?

- Mənə əvvəldən deyilməmişdi. 10 dəqiqə əvvəl ixtisara düşdüyümü dedilər. Bəlkə də kimsə kiməsə deyirdi, amma məndə bu barədə məlumat yox idi və gözləmirdim də. İxtisarla bağlı bütün prosedurlar təxminən üç gün davam etdi.

Bundan sonrakı planlarınızda nə var?

- Artıq üç gündür ki, iş axtarıram. Özümə ilk dəfə laptop almışam. İctimaiyyətlə əlaqələr şöbəsində çalışdığımdan çalışacağam ki, bu sahədə iş tapım.

<italic>2014-cü ilin dekabr ayıpnda BP bəyan etmişdi ki, 2015-ci il ərzində şirkət strukturun dəyişilməsinə, yəni ixtisarlara 1 milyard dollar (783 milyon AZN) sərf edəcək və bunun Azərbaycana da <link type="page"><caption> "qismən təsiri olacaq"</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141210_bp_restructuring_azerbaijan" platform="highweb"/></link>. </italic>