BP-Azərbaycan ixtisarlarına görə 255 nəfər işdən çıxarılır

Şəklin mənbəyi, Getty
BP-Azərbaycan şirkətində 105 yerli və 150 xarici işçi işdən çıxarılıb. Beləliklə, ixtisarlar işçilərin 7,8 faizinə təsir edəcək.
Neft nəhəngi BP-nin (British Petroleum) Londondakı qərargahından BBC Azərbaycancaya verilən məlumata görə, ixtisarlar neft istehsalı əməliyyatlarında iştirak edən işçilərə deyil, daha çox ofis işçilərinə təsir edəcək.
"Yəqin ki, bundan sonra daha bir [kütləvi işdən çırarılmalar] dalğası olmayacaq", BP mətbuat xidmətindən Robert Wine deyib.
Şirkət bildirib ki, ixtisarlar "Azərbaycanın müvafiq qanunvericiliyinə, o cümlədən BP-Azərbaycan şirkətinin Davranış Kodeksinə uyğun" şəkildə aparılıb.
Dəyişiklər BP-nin biznes fəaliyyətini və korporativ funksiyalarını sadələşdirmək planlarının bir hissəsi olaraq həyata keçiriləcək.
"Artıq beş ildir ki, biz biznesin böyük hissələrini satmışıq, lakin biznes strukturu bu dəyişikləri əks etdirmir. Beləliklə biz strukturumuzu sadələşdiririk", BP mətbuat katibi izah edir.
Ötən ay BP bəyan etmişdi ki, 2015-ci il ərzində şirkət strukturun dəyişilməsinə, yəni ixtisarlara 1 milyard dollar (783 milyon AZN) sərf edəcək və bunun Azərbaycana da <link type="page"><caption> "qismən təsiri olacaq"</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141210_bp_restructuring_azerbaijan" platform="highweb"/></link>.
Dünyada 84 000 adam BP-də işləyir. BP-nin məlumatına görə, 2013-cü ilin sonunda Azərbaycanda BP tərəfindən daimi işə götürülmüş şəxslərin sayı 3254 olub ki, bunların da 2760-ı Azərbaycan vətəndaşlarıdır.




