Nils Muiznieks "ən ağır səfər"dən – Azərbaycandan qayıdıb

Şəklin mənbəyi, AFP
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks Azərbaycana səfərinin ardınca bu ölkədə insan haqları fəalları üzərinə hücumları tənqid edən qeydlərini açıqlayıb.
“Mən bu yaxınlarda Avropa Şurasının insan haqları komissarı kimi çalışdığım iki il yarımda özümün ən çətin missiyamdan qayıtmışam, - yazır komissarlığın Facebook səhifəsində Muiznieks.
Azərbaycan tarixə necə düşəcək?
O qeyd edir ki, insan haqları, demokratiya və qanunun aliliyi keşiyində durması ilə fəxr edən Avropa Şurasının başqa rotasiyalı sədrlərindən fərqli olaraq, Azərbaycan tarixdə öz sədrliyi ərzində insan haqları müdafiəçilərinin üzərinə ən misli görünməmiş hücuma keçən ölkə kimi qalacaq.
“Mənim Azərbaycandakı bütün həmkarların həbsxanadadırlar. Leyla Yunusu Bakının ətrafındakı məhkəməyə qədər təcridxanalardan birində görmək ürək ağrıdırdı” – yazır komissar.
Nils Muiznieks bildirir ki, 58 yaşlı Leyla Yunusun səhhəti bərbad vəziyyətdədir, lakin ona ən çox iztirab verən 26 ildir evil olduğu həyat yoldaşı, özü də həbsdə olan Ariflə görüşdən məhrum edilməsidir.

Şəklin mənbəyi, AFP
Avropa Şurasının rəsmisi yazır ki, Yunuslar ailəsi Azərbaycanın 25 ildir müharibə vəziyyətində olduğu Ermənistandakı həmkarları ilə dialoq qurmağa çalışan mərd insanlardır, lakin dövlətə xəyanətdə ittiham olunurlar.
Oktyabrın 24-də Bakı məhkəməsi Leyla Yunusun məhkəməyə qədər həbs müddətinin daha 4 ay artırılması barədə qərar qəbul edib.
Müdafiə edənlərin müdafiəyə ehtiyacı var
İnsan haqları komissarı başqa bir məhbus – insan haqları fəalı İntiqam Əliyevlə həbsxanadakı görüşü barədə də məlumat verir. Səfər qeydlərində deyilir ki, özü insanlara Avropa Məhkəməsinə müraciətlər yazılmasında dəfələrlə kömək etmiş İntiqam Əliyev, indi həmin məhkəmədən necə ədalət istəycəyi barədə iztirab çəkir.
Nils Muiznieks yazır ki, bu ilin Vatslav Havel mükafatının laureatı Anar Məmmədli ilə görüşü bir qədər ümidli olub. Anar Məmmədli ölkənin QHT-lərə dair qanunlarını pozmaq ittihamı ilə artıq 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
İnsan haqları komissarı bildirir kİ, hökmdən apellyasiya vermiş Anar daha nikbin idi. O həbsxanada siyasətşünaslığa, fəlsəfə və tarixə dair kitablar oxuyur.
Nikbin məhbuslar
Anar həbsxana kamerasından Avropa Şurasının Azərbaycanda insan haqlarının yaxşılaşdırılmasına yönəlmiş cəhdlərinə necə yardım göstərə biləcəyi barədə düşünür.
Nils Muiznieks həbsxanada olan başqa bir fəal – İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovla da görüşə bilib və onu da nikbin görüb.
Həbs edilməzdən az əvvəl Rəsul Cəfərov Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində “İdman Demokratiya Üçün” adlı kampaniyaya başlamağı planlaşdırmışdı, lakin QHT-lər barədə qanunun pozulması ittihamı ilə həbsə salınıb.
Cəfərov ayrılarkən Muiznieks-ə deyib kİ, məhbuslar arasında insan haqları QHT-si yaratmağı planlaşdırır.
Həbsxanada QHT
“Mənim həmkarlamın çoxu həbsdədir, bir başqaları insan haqları sahəsindəlki fəaliyyətlərini dayandırıblar, bəziləri ötən yay ərzində ya ölkəni tərk ediblər, ya da qaçıb gizləniblər,” – yazır Avropa rəsmisi.
Muiznieks gizlənənlərdən biri olan Emin Hüseynovla da görüşdüyünü yazır.
O bildirir ki, Eminin səhhəti ağır vəziyyətdədir və o, Azərbaycan həbsxanasından sağ-salamat çıxmaya bilər. İnsan haqları komissarı yazır ki, Avropa Şurasının əsas partnyorlarının məhbəsə atıldığı bir şəraitdə Azərbaycanla Şuranın münasibətlərini qurmaq son dərəcə müşkül olacaq.
“Bu təqiblər dayandırılmalıdır. Məhz indi” – yazır Nikls Muiznieks.






