Xədicə İsmayıl: gizli bir şeyi açmaq və paylaşmaq xoşuma gəlir

Xədicə İsmayıl

Şəklin mənbəyi, Revan Seyfulla

Şəklin alt yazısı, Xədicə İsmayıl

Azərbaycanda araşdırmaları ilə tanınan jurnalist Xədicə İsmayıl BBC Azərbaycancaya jurnalistlərin həbsi, münaqişə şəraitində jurnalistlərin davranışı və yeni araşdırmaları barədə danışıb.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: Artıq məlumdur ki, Azərbaycanda siyasi məhbuslardan 14-ü jurnalist və bloqçudur. Bu, son dərc edilən siyasi məhbus siyahısının təqribən 15 faizidir. Bu, siyahının kifayət qədər əhəmiyyətli hissəsidir. İnsanlar sadəcə informasiya yaydıqlarına görə həbsdədirlər və bəllidir ki, Azərbaycan höküməti mediaya total basqı taktikasına keçib. Bura, həm qəzet yayım mexanizminin durdurulması, həm iqtisadi sanksiyalar, həm də həbslər və şərləmələr daxildir.

14 jurnalist- bloqçu arasında azı 5 praktik jurnalist var. Son həbslərdən biri də <link type="page"><caption> Seymur Həzinin</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140830_hazi_arrest_trial.shtml" platform="highweb"/></link> həbsidir ki, onun "Azərbaycan saatı" proqramı vasitəsilə senzuranı yardığına görə həbsi dəqiqdir. Bundan əlavə, jurnalistlərin ailə üzvlərinə basqılar da var, buna da misal, yenə də "Azərbaycan saatı" proqramının digər aparıcısı Natiq Ədilovun qardaşı <link type="page"><caption> Murad Ədilovun</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140812_murad_adilov_arrest.shtml" platform="highweb"/></link> həbsidir. Bu, bütün simptomlarına görə siyasi həbsdir və motiv Natiq Ədilovu informasiya yaymaqdan çəkindirməkdir.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: Bilirsiniz artıq o fərq çox azalıb, Azərbaycanda həqiqəti deyən hər kəs hədəfdədir. İlk növbədə, böyük auditoriyaya çıxışı olanlar, jurnalistlər hədəfə düşürlər, amma o qədər də böyük əhəmiyyəti yoxdur. Həqiqəti söyləyən rayonda yaşayan bir vətəndaş cəmiyyəti nümayəndəsi də hədəfdədir, həqiqəti söyləyən jurnalist də hədəfdədir. Araşdırma aparan jurnalist də hədəfdədir, sadəcə bütün karyerası boyu bircə dəfə həqiqət söyləmiş jurnalist də hədəfdədir. Artıq fərq o qədər daralıb ki, vətəndaş, fərd, jurnalist və vətəndaş jurnalisti arasında hamı özünü hədəfdə hiss edə bilər.

Biz bu basqıları zatən görmüşdük, 2005-ci ildə tənqidi araşdırmalarına görə jurnalist öldürülüb Azərbaycanda. Bu, yeni deyil, Azərbaycan mətbuatının xoşbəxt günləri heç vaxt olmayıb. İndi 14 jurnalist və bloqçu həbsdədir və bu, əlbəttə ki, çox böyük bir rəqəmdir. Avropa Şurasına daxil olan bir ölkə üçün xüsusilə böyük bir rəqəmdir. Belorusda belə rəqəmlər yoxdur məsələn, amma Azərbaycanda var və biz hiss edirik ki, diktatura rejimində fəaliyyət göstərməli oluruq, amma neynək, bu da bizim üzərimizə düşəndir. Vətəni seçmirlər, ölkəmiz budur.

BBC Azərbaycanca: Həbslərin ardından beynəlxalq ictimaiyət çoxsaylı bəyanatlar verir, amma sanki nəticəsi olmur. Siz necə düşünürsünüz?

Xədicə İsmayıl: Verilən bəyanatların dili çox yumşaqdır. İkincisi də, Azərbaycan höküməti əmindir ki, bu bəyanatların ardınca heç bir ciddi addım gəlmir. ATƏT Media Azadlığı üzrə nümayəndəsi Dunya Myatovic bəyanat verdi, kifayət qədər sərt idi onun bəyanatı, amma onun səsi tək qaldı. Hanı AŞ-ın reaksiyası, hanı AŞ Nazirlər Kabinetinə sədrlik edən ölkədən özünü AŞ standartlarına uyğun aparmaq tələbi, hanı sədrliyin durdurulması təşəbbüsləri? Yəni maksimum boş sözlər deyilir, heç bir ciddi addım olmur.

Məsələn, ATƏT-in statusu azaldıldı, bundan sonra ATƏT-in Azərbaycandakı nümayəndəliyi heç bir proqramı Azərbaycan hökümətinin razılığı olmadan həyata keçirə bilməz. Özüm sorğu göndərib maraqlanmışam, ATƏT-in Azərbaycandakı nümayəndəliyi bundan sonra media azadlığı, məhkəmələrin monitorinqi, insan haqları ilə bağlı heç bir proqram həyata keçirməyəcək. Azərbaycan höküməti sadəcə "yox" deyib bütün bu proqramlara. Bəlkə də, sərt ifadədir, amma mənə elə gəlir ki, Azərbaycan höküməti sadəcə beynəlxalq təşkilatları “axtalayıb”.

BBC Azərbaycanca: İllərdir araşdırmalar edirsiniz. İndiki durumda araşdırmalarınıza verilən reaksiya fərqlənirmi?

Xədicə İsmayıl: Əslinə qalsa, prezidentin ailəsi ilə bağlı araşdırmalarım sükutla qarşılanır. Lap ilk "Silkway"lə bağlı araşdırmada Prezident Administrasiyasından dedilər ki, bəli, Arzu Əliyevanın bu bankda payı var, hə nolsun?

Ondan sonra PA-dan heç bir sorğuma bir cümləlik də olsa cavab belə almamışam. Administrasiyaya ildə 1 dəfə, yaxud 2 dəfə məktub göndərirəm ki, müsahibə istəyirəm, ayrı-ayrı araşdırmalarla bağlı detallı sorğular göndərirəm və bu sorğuların heç birinə bir cümləlik də cavab almıram.

PA-nın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ailə biznesi ilə bağlı araşdırmaya sükut var idi. Mənim sorğularıma, siz - BBC cavab aldınız və Əli Həsənovun cavabı belə oldu ki, "əcəb eləmişəm"- təxminən bu idi cavab.

Ümumi cəzasızlıq mühitidir, korrupsiya ilə məşğul olan böyük məmurlar üçün cəzasızlıq mühitidir və bu mühitdə bu cavabın alınması çox təbiidir. "Azercell"lə bağlı araşdırma olduqca böyük bir faktı ortaya qoyur ki, neçə illərdir bizdən Azərbaycan mobil kommunikasiya bazarının təqribən 70 faizinin bir ailənin, prezident ailəsinin əlində olmasını gizlədiblər. Biz bu barədə indi xəbər tuturuq və cavab da heç nədir. Sükut! Sanki belə də olmalıymış! Bununla bağlı İsveçdə bir balaca səs-küy qopdu, o da məlum oldu ki, əgər Teliasonera prezident ailəsinin ofşor şirkətlər vasitəsilə onlara aid olan payını almaq istəsə, onda təqribən 877 milyon dollar pul ödəməlidir. O da çətin ki bunu edələr. Amma biz öyrəndik ki, prezident ailəsinə aid şirkətin payının həcmi nədən ibarətdir.

Bundan əvvəl öyrəndik ki, qızıl yataqlarının işlənməsində prezidenti özü şəxsən Ekologiya Nazirliyinə tapşırıb ki, məhz bu şirkətlərlə müqavilələri imzalasınlar. Bu şirkətlər də onun qızlarına bağlıdır.

Belə, bir–bir üstünü açırıq, reaksiya olur heç nə! Amma ruhdan düşmürük, çünki vaxt var idi, Mubarəkin də biznesini ərəb jurnalistləri araşdırırdı və heç nə reaksiya olurdu. Sonra məhz o araşdırmalar vasitəsilə o pulların bir qismini büdcəyə qaytarmaq oldu. Ben Alinin varidatına qoyulan həbslərin əsas faktaloji hissəsi jurnalistlərin araşdırmaları idi.

Belə, yəni vaxt gələcək bizim araşdırmalarımızın faydası olacaq. Mən düzü o qədər də nəticəyə hesablanmış adam deyiləm, məni proses daha çox maraqlandırır. Mənim gizli bir şeyi açmaq və paylaşmaqdan xoşuma gəlir, çünki paylaşmasam da utanaram ki, qorxdum paylaşmadım. Mən öhdəmə düşəni eləmişəm, qoy hüquq-mühafizə orqanları öhdəsinə düşənləri etsinlər. Qoy indi müxalifət partiyaları höküməti məhkəməyə versinlər ki, heç nə etmirlər bununla bağlı.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: Daim bu dilemma ilə qarşılaşırıq. Belə bir situasiya məsələn, Qazaxda, cəbhə bölgəsində bir Ermənistan vətəndaşı tutulur və Azərbaycan höküməti onu diversant kimi qələmə verir. Azərbaycan mediası, AzadlıqRadiosunun müxbirləri araşdırdılar ki, diversant sən demə, mülki paltarda gəlibmiş, onu əslində Ordu yox, vətəndaşlar zərərsizləşdiriblər.

Adam gəlib, su istəyib, çay istəyib və s. Yəni bu adamın hərbçi olmasına dair heç bir sübut yoxdur. Belə çıxır ki, Azərbaycan Ordusu AzTV ilə bir şou göstərib ki, diversantı tutduq. Eyni şeyi Ermənistan Ordusu da iki Azərbaycan vətəndaşı ilə bağlı etmişdi.

O zaman, Ermənistan mətbuatı peşələrinin və peşə vicdanlarının əleyhinə vətənpərvərlik ruhunda materiallar hazırladılar. Biz qərara gəldik ki, həqiqəti söyləyək, çünki bunun bir vətənpərvər tərəfi də var idi. Bir vətənpərvər olaraq, bizim üçün vacibdir ki, vətəndaşımız agah olsun ki, ölkə sərhədləri kifayət qədər yaxşı qorunmur və hökümətdən sərhədləri yaxşı qorumağı tələb eləsin.

Əslinə qalsa, o süjetin ortaya çıxardığı həqiqət o idi ki, orda pozisiyalar bir- birindən çox aralıdır, istənilən, hətta əli silahlı Ermənistan vətəndaşı da ölkənin içinə girə bilir, gəlir bir həyətə girə bilir. Təsəvvür edin ki, o adam silahsız adi vətəndaş olmasaydı, həqiqətən diversant olardı.

Bu adamın Ermənistan ərazisindən maneəsiz gəlmək imkanı var. Azərbaycan höküməti də məhz bu məsələyə aydınlıq gətirmək əvəzinə ki, necə olub ki, həmin o sərhəd xətti müdafiəsiz qalıb, necə olub ki, o adam rahatlıqla içəri girə bilir. Bunu etmək əvəzinə, Azərbaycan höküməti başladı güzgünü sındırmağa, bu isə çıxış yolu deyil.

Həqiqəti gizlətməklə heç nəyə nail olmaq mümkün deyil. İndiki zəmanədə, ümumiyyətlə, mümkün deyil. Bu sadəlövhlük deyil, gerizəkalılıqdır həqiqəti gizlətməklə nəyəsə nail olmaq arzusu. Təəssüf edirəm ki, Azərbaycan höküməti məhz bu pozisiyadan mətbuatla ünsiyyətə çıxır ki, siz həqiqəti gizlədin, biz də bildiyimizi edək.

Bir də hədəf məsələsi var. Əslində istənilən hədəfin bir auditoriyası olmalıdır. Deyək ki, Rusiya Ukrayna ilə bağlı qurduğu təbliğat maşınının hədəf auditoriyası kimdir? Məgər onlar beynəlxalq ictimaiyəti inandıra bildilər ki, Ukraynada faşistlər ruslara hücum ediblər və Rusiya əslində Ukraynaya müdaxilə etmir? Yox, buna inandıra bilmədilər. Belə çıxır ki, Rusiya hökümətinin təbliğat maşınının hədəf auditoriyası məhz Rusiya vətəndaşlarıdır.

Məqsəd xariciləri aldatmaq deyil, məqsəd öz vətəndaşını aldatmaqdır. Eləcə də Azərbaycanda. Azərbaycan hökümətinin vətənpərvərlik adı altındakı o yalan təbliğat maşınının hədəf auditoriyası beynəlxalq ictimaiyət deyil, hədəf auditoriya öz vətəndaşlarıdır. Amma bunun nəticəsi nədir? Deyək ki, Rusiya hökümətinin Ukrayna ilə bağlı hansısa siyasəti var və onu da yürüdür. Bəs Azərbaycan? Azərbaycan hökümətinin Qarabağla bağlı siyasəti nədir? Torpaqları azad etmək? Bununla bağlı heç bir addım atmırlar axı. Bu hesablanmalıdır ki, o təbliğat maşınının hədəfi nədir?

Biz bilirik ki, bu təbliğat Azərbaycan vətəndaşını aldatmaq üçündür. Aldadıb da, nə etmək istəyirlər, bax bunu hələ kəsdirə bilməmişəm.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: İmic haqqında düşünən adamlar bir az hərəkətlərinə yaxşı diqqət etməlidir. İmicinin yaxşı olmasını fikirləşən ölkə başçısı öz qızlarının adına şirkət açıb, sonra həmin şirkətləri tendersiz ölkə bazarlarına buraxmamaq haqqında fikirləşməlidir.

İmic barədə fikirləşən hökümət bu qədər korrupsiyaya yol vermələlidir. İmic haqda düşünən hökümət jurnalistləri həbs etməməlidir, siyasi azadlıqları boğmamalıdır. Onlar hərəkətlərinə diqqət etsələr daha yaxşı olar. Mənim işim göstərməkdir. Pis olmasınlar göstərməyim.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: Bir neçə araşdırma üzərində işləyirəm. Mövzular müxtəlifdir, həm yenə də hakim ailə və biznesləri var, mal varlıqları haqqında faktlar var artıq əlimdə.

Bir də ölkə iqtisadiyyatının ən strateji sahəsi olan neft şirkətilə bağlı maraqlı araşdırmalar var. Eyni zamanda, həmkarlarımız var ki, mən redaktor kimi onların araşdırmalarına yardım edirəm, maraqlı araşdırmalar gəlir.

BBC Azərbaycanca:

Xədicə İsmayıl: Hüquq-mühafizə orqanları ilə bir neçə istiqamət üzrə ünsiyyətim var. Son istiqamətlərdən biri, dövlət sirrinin yayılması ilə bağlı cinayət işi açmışdılar, onunla bağlı 5 dəfə şahid qismində dindirdilər. O iş qalıb orada, mən də hər dəfə ölkədən gedəndə Prokurorluğa “filan vaxtı filan yerə gedirəm” deyə email göndərirəm. Bu, tamamilə absurd bir iş idi. Sırf elə cinayət işinin açılması Azərbaycan hökmətini ifşa edir.

Xatırlayırsınızsa, mənə bir fayl göndərilmişdi. O faylda belə ittiham edilirdi ki, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində müxalifətə nəzarət almaq üçün xüsusi bir proqram var: Həmin nazirliyin əməkdaşı öz rəhbərliyinə raport verirdi ki, filankəslə razılığa gəldik, o bizə müxalifətin içindən məlumat ötürəcək və ona əlavə basqı vasitəsi kimi onun qeyri-ənənəvi intim videosu var bizdə.

Mən də həmin adamın adını və şəxsi məlumatlarını pozub faylı Facebooka qoydum.

Məlumatı da mənə keçmiş MTN işçisi ötürmüşdü. Qoydum ki, yalandısa, onda təsəvvür edin ki, MTN-də kimlər işləyib ki, belə yalan məlumatlar ötürüblər. Doğrudursa, onda görün bizim MTN nəylə məşğul olur.

Azərbaycan Respublikasının Prokurorluğu dövlət sirrinin yayılmasıyla bağlı cinayət işi açmaqla sübut elədi ki, bu, doğrudur, o həqiqətən dövlət sirridir, sənəddir və belə bir şey olub. Mən minnətdarlığımı bildirdim prokurorluq işçilərinə ki, bu sənədin həqiqiliyini yoxlamaq üçün bundan yaxşı vasitə ola bilməzdi.

Sonra başa düşdülər ki, dalana dirəniblər, bilmədilər nə etsinlər, başladılar ki, mən hansısa Amerikalılarla görüşmüşəm və onlarla söhbət zamanı dövlət sirrini yaymışam.

Həqiqətən Amerika senatının işçiləri ilə görüşmüşdüm. Mən də zarafata salırdım, hər dəfə istintaqa gedirdim, deyirdilər ki, niyə gecikmisən? Deyirdim ki, getmişdim bazara dövlət sirri almağa. Dedilər ki, indicə qurtarıb. Yəni hardandır məndə dövlət sirri ki, mən onu gələnə-gedənə paylayım? Bu işi hardasa dondurublar, bilmirəm nə yerdədir.

Mən bir etiraz aksiyasına qatılmışdım və etiraz aksiyasında saxlanılaraq cərimə olunmuşdum. Mən cəriməni ödəməkdən imtina elədim. Ona görə yox ki, pulum yoxdur, ona görə ki, bu, cərimə anti-konstitusion idi.

Mənim Konstitusiya ilə təsbit olunmuş hüququm var, mən etiraz aksiyasına qatıla bilərəm. Cəriməni ödəməməyimlə bağlı məhkəmədə mənə 220 saat icbari ictimai əmək cəzası kəsdilər. İctimai əmək nədir? – ola bilər ki, mən gedim bir məktəbdə dərs deyim, bir ucqar kəndə göndərsinlər, xalqa elm yayım və yaxuddakı Xalq Qəzetinin redaksiyasında və ya AzTV-nin redaksiyasında peşəmə uyğun bir işlə məşul olum.

Yox, onlar dediləri ki küçə süpürmək lazımdır. Dedim, nə gözəl! Gəlin ölkəmizi zibillikdən təmizləyək. Lütfən, mənə mərkəzi küçəni süpürmək imkanı yaradın. Onlar üçün çox gözlənilməz oldu bu, elə bildilər ki, imtina edəcəyəm.

Mənə təklif edilən işin əks olunduğu sənədi yaydım və mənə bu işdə yardım etmək istəyənlər peyda oldu - hardasa 300 nəfərə yaxın- rejissorlar, jurnalistlər, siyasi fəallar vətəndaş cəmiyyəti fəalları, aktyorlar var idi aralarında. Hamısı dedi ki, bizdə gəlirik küçə süpürməyə.

Gözəl bir aksiya ola bilərdi, amma hökümət başa düşdü ki, bu aksiyanı istəmir. Mənə dedilər ki, qapalı bir xəstəxanada mən bunu etməliyəm. Mən də imtina etdim, dedim ki, yalnız ictimaiyyətin gözü qarşısında bunu edəcəm, çünki mənə məlum idi ki, təxribat hazırlanır. Hələ də qalıb bu iş, istənilən vaxt işə salıb məni 15 sutkadan 2 ayadək həbs cəzası kəsə bilərlər.

Sonra mənim şikayətlərim var idi, evimdə gizli videokamera quraşdırılması və şantajla bağlı. Bu işə şantaj maddəsi üzrə baxmırlar, yalnız şəxsi həyata müdaxilə maddəsiylə açıblar.

O iş dalana dirənib və qalıb orda. Prokurorluq işi imkan daxilində dalana dirətməyə çalışdı. Mən ilkin araşdırma edərək sübut etdim ki, ATS-lə bağlılığı olub bu işin, kameraların nə zaman quraşdırıldığı da bəlli oldu.

Bəlli oldu ki, mənim yaşadığım evin yataq və qonaq otaqlarına və hətta hamamına kameralar, məhz bizim Azerfonla bağlı araşdırmamızdan təqribən 1 həftə sonra quraşdırılıb.

Sübutları təqdim etdik Prokurorluğa, amma iş elə o vaxtdan qalıb. Nə işi bağlaya bilmir, nə işi aça bilmirlər. Zatən gözləntimiz də yox idi ki, işi acaçaqlar.

Azərbaycan höküməti deyəsi deyil ki, bağışlayın, Xədicə İsmayılova, biz sizin yataq otağınıza kamera yerləşdirib sizin intim həyatınızı güddük ki, sonra sizi prezidentin ailə biznesinə dair araşdırmalarınıza görə cəzalandıraq. Mən də hərəkətsizliyinə görə, AR Bakı şəhər Prokurorluğunu məhkəməyə vermişdim və həmin iş Avropa Məhkəməsindədir.

Bundan başqa, Yeni Azərbaycan Partiyasına bağlılığı olan qəzetlərə dair məhkəmə çəkişmələri var, onlar məni əxlaqsızlıqda suçlamışdılar, çox pis məqalələr çap edirdilər haqqımda.

Mən də onları məhkəməyə verdim, Azərbaycanda olan bütün məhkəmələri uduzmuşam, indi işləri Avropa Məhkəməsinə göndərəcəyəm.

Daha bir neçə məhkəmə prosesim informasiya almaq azadlığı ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasını məhkəməyə vermişəm, çünki bu son seçkilərdə mən onlara sorğu göndərdim ki, Azərbaycan prezidentliyinə bütün namizədlərin indiki və 2008-ci ildəki mal varlıqları ilə bağlı deklarasiyalarını təqdim etsinlər.

Onlar da qanunsuz olaraq təqdim etmədilər. Təqribən cavablarından o çıxırdı ki, heç onlarda da cavablar yoxdur. Onda sual yaranırdı ki, əgər sizdə məlumatlar yoxdusa necə olub o namizədlər qeydiyyata alınır?

Qanunla yalnız bu prosedurlar həyata keçiriləndən sonra qeydə alına bilərdi. Heydər Əliyev Fondu ilə bağlı bir neçə sorğu göndərmişəm onları vermişəm məhkəməyə.

Belə... Azərbaycanda müstəqil vəkilləri xeyli işə salmışam.