BBC Azərbaycanca Xronikası: 2014-ci ildə həbs edilənlər
BBC Azərbaycanca 2014-cü ilin əvvəlindən işıqlandırdığı jurnalist, bloqçu və hüquq müdafiəçilərinin saxlanılması, həbsi və məhkəmələrinə əsasən tarixi xronikanı təqdim edir.
Yanvar, 2014

Şəklin mənbəyi, Kenan Qasimli
<italic><bold>SOSİAL ŞƏBƏKƏ FƏALI </bold></italic>- Facebook sosial şəbəkəsində mitinq çağırışları edən "AzTVdən seçmələr" səhifəsinin sabiq admini Ömər Məmmədov 24 yanvar 2014-cü ildə <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/01/140127_omer_mammadov_arrest.shtml" platform="highweb"/></link>. "Külli miqdarda narkotik maddənin saxlanılması, əldə edilməsi" maddəsi ilə ittiham edilən 19 yaşlı fəal iyulun 4-də <link type="page"><caption> 5 il həbs cəzası</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140704_mammadov_huseynli_court.shtml" platform="highweb"/></link> alıb. Məmmədov həmçinin, maarifçi "Axın" Hərəkatının həmtəsisçisi olub və 2013-cu ilin əvvəlində keçirilmiş "Əsgər Ölümlərinə Son" mitinqlərində iştirak edib.
Mart, 2014

Şəklin mənbəyi, musavat.com
<italic><bold>JURNALİST </bold></italic>- "Yeni Müsavat" qəzetinin yazarı və Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublu martın 17-də 5 il müddətinə <link type="page"><caption> həbs edilib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/03/140317_ismayilli_court_sheki.shtml" platform="highweb"/></link>. Ona qarşı ötən ilin <link type="page"><caption> fevralında</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/02/130204_ilgar_mammadov_detained.shtml" platform="highweb"/></link> İsmayıllı iğtişaşlarından sonra "kütləvi iğtişaşları təşkil etmə" və "hakimiyyət nümayəndəsinə zor tətbiq etmə" maddələri ilə cinayət işi açılıb. Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında Yaqublu və <bold>REAL Hərəkatı sədri İlqar Məmmədov</bold>un İsmayıllı səfəri oradakı "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi göstərilir. Həmin vaxt Yaqublu və Məmmədov BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib. Tofiq Yaqublu bildirib ki, o zaman İsmayıllıya çalışdığı qəzetdən ezam edilib.
<italic>Ötən ilin yanvar ayında <link type="page"><caption> İsmayıllı rayonunda</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130124_24_january_ismayilli_2.shtml" platform="highweb"/></link> keçmiş icra başçısının oğlu və yerli sakinlər arasında baş verən toqquşmalar kütləvi üsyanlarla nəticələnmiş və icra başçısının oğluna məxsus olduğu deyilən otel və maşınlar yandırılıb.</italic>
Aprel, 2014

Şəklin mənbəyi, Nesireddin Murselov
<italic><bold>SOSİAL ŞƏBƏKƏ FƏALI - </bold></italic>"Külli miqdarda narkotik maddə satışı" ittihamı ilə ötən ilin oktyabrında saxlanılan Elsevər Mürsəlli aprelin 3-də 5 illik həbs edilib. İyul ayında Sumqayıt Apellyasiya məhkəməsi onun barəsindəki hökmü 2 ilə endirib. Xaçmaz rayonundan olan Mürsəlli 2013-cü il prezident seçkiləri ərəfəsində sosial şəbəkələrdə müxalifət fəalı Cəmil Həsənlini dəstəkləyən statuslar paylaşıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Mürsəllini oktyabrın 3-də <link type="page"><caption> Xaçmazda həbs edib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140619_elsever_young_activist.shtml" platform="highweb"/></link> və Bakıya gətirib. O, Bakı İstintaq Təcridxanasında "N!DA" Vətəndaş Hərəkatının həbsdə olan fəalları ilə tanış olub və N!DA-ya qoşulub.
Elsevər Mürsəlli Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv sərəncamı əsasında azadlığa buraxılıb. Azad ediləndən sonra Mürsəlli "səhvini anladığını" və hakim Yeni Azərbaycan Partiyasına üzv olacağını bildirib.

Şəklin mənbəyi, BBC World Service
<italic><bold>JURNALİST</bold></italic> Rauf Mirqədirov 19 apreldə dövlətə xəyanət ittihamı ilə Türkiyədən Azərbaycana deportasiya edilərək saxlanılıb. Rusdilli Zerkalo qəzetinin əməkdaşı olan Mirqədirov 2010-cu ildən bu qəzet üçün Türkiyədən yazıb. Toxunduğu əsas mövzular - regiondakı vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın müdaxiləsi olub. Mirqədirov 2008-ci ildən Ermənistana casusluq etməkdə ittiham edilərək barəsində 3 aylıq <link type="page"><caption> həbs qətimkan tədbiri</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140717_rauf_mirgadirov_official_information.shtml" platform="highweb"/></link> seçilib. Bu həbslə bağlı jurnalistin atasının evində edilən axtarışdan sonra atası, Həbibulla Mirqədirov dünyasını dəyişib. Həmçinin Zerkalo qəzetində axtarışlar aparılıb, sənədlər və baş redaktor Elçin Şıxlının kompüteri götürülüb, bundan sonra qəzet və onun Azərbaycancanca versiyası - Ayna fəaliyyətini dayandırıb. Cənab Şıxlı qəzetlərin nəşrinin maliyyə problemlərinə görə dayandırıldığını açıqlayıb. 24 yaşı olan qəzetlər fəalliyyətini tam şəkildə avqustun 27-də dayandırıb.
May, 2014

Şəklin mənbəyi, Turan
<bold><italic>SOSİAL ŞƏBƏKƏ FƏALI </italic></bold>- <link type="page"><caption> Əbilov Əbdül</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140527_social_media_activist.shtml" platform="highweb"/></link> mayın 27-də 5.6 ay müddətinə azadlıqdan məhrum edilib. Əbilov 2013-cü il noyabrın 22-də "Külli miqdarda narkotik maddənin saxlanılması, əldə edilməsi" maddəsi ilə ittiham edilərək saxlanılıb. Həmin günə qədər o, Facebook sosial şəbəkəsində seçki saxtakarlıqları ilə bağlı paylaşımlar edilən “Yaltaqlara Dur Deyək” səhifəsinin idarəedicisi olub. 31 yaşlı Əbilov Facebook-dakı "yazılarına görə həbs edildiyini" bildirib.

<bold><italic>HÜQUQ MÜDAFİƏÇİSİ </italic>- </bold>Bəşir Süleymanlı mayın 26-da "mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə vəzifə saxtakarlığı" maddələri ilə 3 il 6 ay müddətinə həbs edilib. SMDT-nin icraçı-direktoru vəzifəsində çalışan Süleymanlını dəstəkləyənlər deyir ki, ona qarşı ittihamlar onun 2013-cü il prezident seçkilərinin və əvvəlki seçkilərin monitorinqinin təşkilində iştirak etməsinə görədir. <link type="page"><caption> Cənab Süleymanlı</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/05/140526_bashir_suleymanli_court.shtml" platform="highweb"/></link> barədə məhkəmə prosesləri zamanı həbs-qətimkan tədbiri seçilməsə də o, may ayında məhkəmə zalından həbsə göndərilib.

Şəklin mənbəyi, TURAN
<italic><bold>JURNALİST</bold></italic> Pərviz Həşimli mayın 15-də "qanunsuz silah qaçaqmalçılığı və döyüş sursatını əldə etmə, saxlama və daşıma" maddələri ilə 8 il müddətinə həbs edilib. “Bizim yol” qəzetinin əməkdaşı və Moderator.az xəbər saytının və Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan Həşimli sentyabrın 17-i Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları <link type="page"><caption> tərəfindən saxlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140505_parviz_trial_journalist.shtml" platform="highweb"/></link>, evində və Bizim Yol qəzetinin redaksiyasında axtarış aparılıb. Nazirlik bildirib ki, onun evindən silah-sursat tapılıb. Bundan başqa bildirilib ki, cənab Həşimli digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla birgə "qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş sursatını qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıb".

<italic><bold>HÜQUQ MÜDAFİƏÇİSİ </bold></italic>Anar Məmmədli mayın 26-da 5 il 6 ay müddətinə "qanunsuz sahibkarlıq", "mənimsəmə", vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və <link type="page"><caption> vəzifə saxtakarlığı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/12/131216_anar_mammadli_arrest.shtml" platform="highweb"/></link> ittihamları ilə həbs edilib. Dekabrın 16-da saxlanılan Anar Məmmədli Azərbaycanda seçkilər barədə monitorinqlər aparan "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" İctimai Birliyinin (SMDT) sədri olub.
İyul, 2014

Şəklin mənbəyi, Musavat
<italic><bold>SOSİAL ŞƏBƏKƏ FƏALI </bold></italic>və Musavat partiyasının üzvü <link type="page"><caption> Fərəc Kərimov</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140723_faraj_karimov_musavat.shtml" platform="highweb"/></link> iyulun 23-də "külli miqdarda narkotika satışı" ittihamı ilə saxlanılıb. Həbsindən bir qədər əvvəl, Kərimov Facebook sosial şəbəkəsində “BASTA” qrupunu yaradıb. 116 minə qədər üzvü olan səhifədə hakimiyyət tənqid edilirdi. Bu qrupdan əvvəlsə 100 000-dən artıq üzvü olan və təxminən bir il əvvəl bağlanan “İstefa” qrupunun idarəçisi olub.

Şəklin mənbəyi, AzerHuseynov
<italic><bold>HÜQUQ MÜDAFİƏÇİSİ</bold></italic> və maarifçi Həsən Hüseynli Gəncədə iyulun 14-də xuliqanlıq, soyuq silah əldə etmə maddələri ilə 6 il müddətinə həbs olunub. O, 31 martda Gəncə sakini Arzu Qəhrəmanovun iddiası ilə <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140409_hasan_huseynli_testified.shtml" platform="highweb"/></link>. Qəhrəmanov iddia edib ki, onunla Hüseynli arasındakı mübahisə nəticəsində o bıçaqlanıb. Həmin vaxt Hüseynli iki sutka polis bölməsində saxlanıb. Cənab Hüseynli təxminən 10 ildir Gəncədə vətəndaş fəallığı, xaricdə təhsil, açıq cəmiyyət kimi ideyaları yayan "Kamil Vətəndaş" Maarifləndirmə Mərkəzinin rəhbəri olub.

İyulun 30-da <italic><bold>HÜQUQ MÜDAFİƏÇİSİ <link type="page"><caption> Leyla Yunus</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140730_leyla_yunus.shtml" platform="highweb"/></link></bold></italic> "dövlətə xəyanət, dələduzluq və vergidən yayınma və qanunsuz sahibkarlıq" maddələri ilə ittiham edilərək 3 aylıq həbs edilib. Bir gün sonra Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə yaydığı bəyanatda Leyla Yunusa qarşı sənədlərin saxtalaşdırılması və bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə daha iki ittihamın irəli sürüldüyü məlum olub. Leyla Yunus ittiham olunmasını və həbsini fəaliyyəti ilə əlaqələndirib. Hüquq müdafiəçisi və həyat yoldaşının adı bu il aprelin 19-da Türkiyədən Azərbaycana gələrkən saxlanılan və barəsində "casusluq" maddəsi ilə ittiham irəli sürülən "Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovla bağlı eyni cinayət işində keçir.
<link type="page"><caption> 28 aprel gecəsi</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140428_arif_leyla_yunus_detained.shtml" platform="highweb"/></link> Leyla Yunus və həyat yoldaşı Arif Yunusov Dohaya yollanarkən Bakı aeroportunda saxlanılaraq evlərində axtarış-baxış üçün gətirilib. Lakin axtarış-baxış baş tutmayıb. Səhər saat 7-də xanım Yunus ifadə vermək üçün Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib. İfadə alınmasından sonra, Leyla Yunusun ofisi və evində axtarış edilib. 29 aprel, axşam təxminən 9 radələrində Leyla Yunusovun evində aparılan axtarış başa çatıb. Onun evindən Rauf Mirqədirovun şəxsiyyət vəsiqəsinin surəti, bank kartları, vaxtilə keçirdikləri tədbirlərlə əlaqədar jurnalistlərin vəsiqələrinin surəti və digər əşyalar götürülüb. Hüquq müdafiəçisi bildirib ki, onların bank hesablarına həbs qərarı qoyulub, eləcə də xarici pasportları götürülüb. Həmin vaxtdan etibarən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus bir neçə dəfə ifadə verməyə çağrılıb. Yunuslar xarici pasportlarının qaytarılması tələbilə ifadə verməyə <link type="page"><caption> getməyib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140530_leyla_yunus_prosecutor.shtml" platform="highweb"/></link>. Baş Prokurorluq qeyd edib ki, Yunus ailəsinə mayın 29-da istintaqa dəvət olunmaqla bağlı rəsmi çağırış vərəqəsi təqdim olunsa da, onlar "istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar". Prokurorluq açıqlamasında Yunusun istintaq qarşısında "hər hansı şərt qoymasının qəbul edilməz olduğunu" bildirib. Leyla Yunus iyulun 30-da məcburi ifadə verməyə aparılıb və həbs edilib.
Avqust, 2014

Şəklin mənbəyi, rasul jafarov
<italic><bold>HÜQUQ MÜDAFİƏÇİSİ, </bold></italic>REAL Hərəkatının İdarə Heyətinin üzvü <link type="page"><caption> Rəsul Cəfərov</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140802_rasul_jafarov_halid_bagirov.shtml" platform="highweb"/></link> avqustun 3-də "qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma" maddələri ilə ittiham olunaraq təqsirləndirilən şəxs qismində 3 aylıq həbs edilib.
Baş Prokurorluq bəyan edib ki, Cəfərovun həmtəsisçisi olduğu "hüquqi qeydiyyatı olmayan" İnsan Hüquqları Klubu 2010-cu il oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini "müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib". "6 min manatdan çox məbləği mənimsəməkdə" şübhəli bilinən Cəfərov ona qarşı ittihamları "qondarma” və “absurd” adlandırıb.
Hökumətin tənqidçisi olan Rəsul Cəfərov 2012-ci ildə Bakıda keçirilən "<link type="page"><caption> Eurovision</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120526_eurovision_2012_final.shtml" platform="highweb"/></link>" mahnı yarışması ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini insan haqları məsələlərinə yönəltməyə çalışan "<link type="page"><caption> Demokratiya naminə oxu</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/05/120524_loreen_eurovision_human_rights.shtml" platform="highweb"/></link>" adlı layihənin koordinatoru olub.

Şəklin mənbəyi, BBC
"Dövlətə xəyanət" və "dələduzluq" maddələri ilə ittiham olunan konfliktoloq, <italic><bold>HÜQUQ MÜDAFİƏÇİSİ</bold></italic> Leyla Yunusun həyat yoldaşı <link type="page"><caption> Arif Yunus</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140805_arif_yunus_arrest.shtml" platform="highweb"/></link> 3 aylıq həbs edilib. Bundan əvvəl, iyulun 30-da cənab Yunus barəsində həbslə bağlı olmayan, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Baş Prokurorluq Arif Yunusovun "qanunvericiliyin tələblərinin pozuntusu hallarına yol verdiyi üçün" həbs edildiyini bildirib. Prokurorluğun bəyanatına görə, Arif Yunusov yaşadığı rayonun ərazisini "müvafiq icazə olmadan dəfələrlə tərk edib", cinayət işi üzrə cinayət təqibinə məruz qalan və ya qala biləcək "maraqlı şəxslərlə" görüşüb.
Arif Yunusov Leyla Yunusla birgə mayın 2-də"dövlətə xəyanətdə" ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsi ilə əlaqədar "şahid qismində dindirilib". Evlərində və ofislərində aparılan axtarışlar zamanı onların pasportları və evinin sənədləri müsadirə edilib. Bu səbəbdən Yunuslar ailəsi sonrakı dindirilmələrə <link type="page"><caption> getməyib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/06/140602_arif_yunus_questioning.shtml" platform="highweb"/></link>. Baş Prokurorluq bunu "istintaqa gəlməkdən qəsdən boyun qaçırmaq" adlandırıb.

Şəklin mənbəyi, Azad Fikir Universiteti
Avqustun 8-də Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, HÜQUQŞÜNAS və qanunvericilik-insan haqları məsələləri üzrə ekspert İntiqam Əliyev saxlanılıb. Saxlanılmazdan bir həftə əvvəl onun ofisində Vergilər Nazirliyinin Vergi Auditi Departamenti yoxlama aparıb. Həbs edildiyi gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə ifadə vermək üçün gedən cənab Əliyevin evində və ofisində axtarışlar aparılıb. Daha sonra o üç maddə ilə - vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilərək 3 aylıq həbs edilib.

Avqustun 8-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisi, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları "vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərini aşma" maddələri ilə açılmış cinayət işi üzrə axtarış işləri apardıqdan sonra <link type="page"><caption> möhürlənib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140811_rati_office_closing.shtml" platform="highweb"/></link>. Avqustun 6-da RATİ rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynovun ölkədən çıxışına qadağa qoyulub. Avqustun 8-dən Emin Hüseynov və onun fotoqraf qardaşı Mehman Hüseynovla əlaqə kəsilib. RATİ işçiləri BBC Azərbaycancaya onların yeri barədə "məlumatsız olduqlarını" deyib. Avqustun 14-də RATİ-nin hüquqşünası Günay İsmayılova, avqustun 21-də RATİ-nin mühasibi Tatyana Kryuçkina, avqustun 25-də RATİ-nin digər əməkdaşı Əbülfət Namazov Baş Prokurorluqda şahid qismində ifadə verib. Sentyabrın 1-də Əbülfət Namazovun, sentyabrın 2-dən isə Günay İsmayılovanın ölkə çıxışına qadağa qoyulub.

Şəklin mənbəyi, Ayende M
<italic><bold>JURNALİST </bold></italic>Seymur Həzi - Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən "Azərbaycan saatı" TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru - avqustun 30-da <link type="page"><caption> xuliqanlıq</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/08/140830_hazi_arrest_trial.shtml" platform="highweb"/></link>da ittiham edilərək iki aylıq həbs edilib. O, "tanımadığı adamı döyməkdə" ittiham edilib, vəkil BBC Azərbaycancaya bildirib.
DEKABR, 2014
JURNALİST Xədicə İsmayıl "Meydan TV"-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindiriib və "öldürmə həddinə çatdırmaqda" ittiham olunur. Dekabrın 5-də onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib, bu qərar beynəlxalq tənqidlərlə qarşılanıb.

Şəklin mənbəyi, Getty
Dekabrın 26-da Azadlıq Radiosunun (RFE/RL Azərbaycan Xidməti) Bakı ofisində axtarış aparılıb. Məhkəmə qərarı əsasında aparıldığı deyilən axtarış vaxtı ofisdəki seyfdən sənədlər, möhür və blankların götürüldüyü bildirilir. Azadlıq Radiosunda çalışan 20-ə yaxın əməkdaş <link type="page"><caption> dindiriləndən sonra</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/12/141227_rfe-rl_update" platform="highweb"/></link> sərbəst buraxılıb, lakin möhürlənmiş ofis bağlı olaraq qalır. Beynəlxalq qurumlar və Qərb rəsmiləri bu addımı "qəbuledilməz" adlandırıb. Rəsmi Bakı isə məsələnin "Azərbaycan qanunvericiliyinə uyğun şəkildə" həyata keçirildiyini deyib.



