İntiqam Əliyev sorğu üçün aparılır
Azərbaycanda son həftələrdə vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərin növbəti dalğasında hüquqşünas İntiqam Əliyev saxlanılıb.
İntiqam Əliyev rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyəti qeyri-hökümət təşkilatının ofisində axtarışdan sonra məhkəməyə aparılıb.
"Mənə vaxt ayırmayın, həbsdə olan dostlarıma vaxt ayırın, Facebook-da pozitiv olun", hüquqşünas İntiqam Əliyev aparılarkən deyib.
Ofisində axtarış olan İntiqam Əliyev üç maddə ilə - vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham edilir, vəkil Cavad Cavadov deyib.
Cənab Əliyev Nəsimi Rayon Məhkəməsinə gedərkən jurnalistlərə deyib ki, başına gələnlər "siyasi sifariş"dir.
"Mən həbs edilən digər heç bir məhbusdan artıq deyiləm. Özünüzdən muğayat olun, bu, siyasi sifarişdir", BBC Azərbaycancanın müxbiri Nailə Abdiyeva cənab Əliyevin sözlərindən sitat verib.
Axtarışla bağlı vəkil Cavad Cavadov BBC Azərbaycancaya deyib ki, axtarış zamanı ofisdən sənədlər və kompüterlər götürülüb.