BBCAzeri xronikası: N!DA fəalları

Aprel 2014
6 may 2014
Fəallara <link type="page"><caption> hökm oxunur</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140506_nida_final_hearing.shtml" platform="highweb"/></link>.
Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il, Rəşad Həsənov və Məmməd Əzizova 7.6 il, Bəxtiyar Quliyev və Üzeyir Məmmədliyə 7, Şahin Novruzluya isə 6 il azadlıqdan məhrum etmə cəzası verilir.
Məhkəmə qarşısında etiraz edən bəzi fəallar saxlanılır.
1 may, 2014
N!DA fəalları məhkəmədə "<link type="page"><caption> son söz</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/05/140501_nida_trial_last_speech.shtml" platform="highweb"/></link>" deyir.
"Bizim mərhəmətə ehtiyacımız yoxdur, nədənsə peşman deyilik, çünki peşmanlıq çəkiləsi bir iş də görməmişik. Bu qondarma işə baxan məhkəmədən də ədalət gözləmirik, çünki o qanunu ali tutmağa, sərbəst qərar qəbul etməyə qadir deyil", səkkiz fəalın adından hazırlanmış "son söz"ü Rəşadət Axundov səsləndirir.
29 aprel, 2014
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki N!DA fəallarının həbsi barədə şərh verir.
"Biz- Amerika Birləşmiş Statları Azərbaycanda NİDA fəallarının həbsinin ədalətli və adil nəticəsinə çağırır. Bakıdakı ABŞ səfirliyi və digər Qərb səfirlikləri məsələni yaxından izləyir".
"Biz narahatlığımızı müxtəlif şəraitlərdə Azərbaycanın yüksək çinli rəsmilərinə çatdırmışıq və təbii ki, fəalların, həmçinin onların ailələrinin sağlamlığı və rifahı bizim üçün müstəsna narahatlıq doğurur", Ağ Evin sözçüsü Jen Psaki deyir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti gənclərin aclıq aksiyası keçirməsi barədə məlumatları <link type="page"><caption> təkzib edir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140430_nida_ombudsman_hunger_strike.shtml" platform="highweb"/></link>.
28 aprel, 2014
N!DA Vətəndaş Hərəkatının fəalları aclıq aksiyasını 12 gündür davam etdirir.
Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynovaya görə fəallar vəziyyətlərinin "yaxşı olduğunu" deyir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidməti fəalların aclıq aksiyası keçirməsini yenidən təkzib edir.
Amma mətbuat xidmətinin özünü təqdim etməyən əməkdaşı gənclərin səhhətinin "normal" olduğunu qeyd edir.
"Ola bilər ki, aclıq keçirirlər, amma aksiya olması üçün rəisin adına rəsmi olaraq müraciət göndərilməli və onlar üçün xüsusi yer ayrılmalı idi", mətbuat xidmətindən BBC Azərbaycancaya deyilir.
Rəşadət Axundov 24 aprel məhkəməsi zamanı BBC Azərbaycancaya deyir ki, aksiyaya başlamazdan öncə təcridxana rəhbərliyinə müraciət edilib.
25 aprel, 2014
Məhkəmədən sonra vəkil Xalid Bağırov deyir ki, 1 mayda keçiriləcək prosesdə gənc fəallar son sözlə <link type="page"><caption> çıxış edəcəklər</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140424_nida_members_trial.shtml" platform="highweb"/></link>.
23 aprel, 2014
European Stability Initiative (ESI, "Avropa Sabitlik Təşəbbüsü") araşdırma mərkəzi 125 AŞPA üzvünə Azərbaycandakı "siyasi məhbuslar", o cümlədən N!DA VH üzvləri barədə açıq məktub yazır.

Şəklin mənbəyi, Nida NIDA VH media qrupu
Gənclərin aclıq aksiyasını da qeyd edən məktubda deyilir ki, ötən il məruzəçi Christopher Strasser-in Azərbaycandakı siyasi məhbuslar məsələsi barədə hesabatı AŞPA səsverməsində qəbul edilməyəndən sonra Azərbaycanda bu problem kəskinləşib.
"Ümid edirik indi dərk etmisiniz ki, yanvar 2013-dəki səsverməniz bir səhv idi, ki, bu repressiv rejimə etimad etmək bir səhv idi. Biz sizi ... bu qərarın nəticələrini düzəltmək üçün addımlar atmağa çağırırıq".
ESI AŞPA üzvlərinə üç çağırış edir: Prezident Əliyevi İlqar Məmmədov, Anar Məmmədli və aclıq edən N!DA fəallarına amnistiya verməyə çağırmaq; AŞ Baş Katibini Azərbaycana təcili səfər etməyə və bu məsələləri qaldırmağa çağırmaq; siyiasi məhbuslar üzrə yeni məruzəçinin təyin olunması təşəbbüsünü dəstəkləmək.
23 aprel, 2014
N!DA VH fəallarının valideynləri aclıq aksiyasını müvəqqəti dayandırır. Valideynlərin sözlərinə görə, səbəb, gənclərin bu barədə <link type="page"><caption> təkididir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140423_nida_parents_hunger_strike.shtml" platform="highweb"/></link>.
22 aprel, 2014
N!DA Vətəndaş Hərəkətı fəallarının məhkəməsində Üzeyir Məmmədli, Şahin Novruzlu və Rəşad Həsənovun <link type="page"><caption> vəkilləri çıxış edir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140422_nida_trial_lawyers_speach.shtml" platform="highweb"/></link>.
Gənclərin aclıq aksiyasının 6-cı, valideynlərin aclıq aksiyasının 3-cü günüdür. Hələlik aclıq aksiyası barədə rəsmi şərh verilmir. Daha öncə isə Penitensiar Xidmətdən BBC Azərbaycancaya gənclərin aclıq aksiyası keçirmədikləri bildirilib.
20 aprel, 2014
Həbsdə olan hərəkat üzvlərinin valideynləri övladlarının azad edilməsi tələbilə müddətsiz aclıq aksiyasına <link type="page"><caption> başlayır</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/04/140421_nida_mothers_hunger_strike.shtml" platform="highweb"/></link>.
18 aprel, 2014
Valideynlər prokurorluğun istədiyi cəzaya etiraz olaraq aclıq aksiyası keçirmək barədə fikirlərini <link type="page"><caption> açıqlayır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140418_nida_activists_parents.shtml" platform="highweb"/></link>.
17 aprel, 2014
Aprelin 17-də kütləvi iğtişaşların təşkilində ittiham olunan N!DA VH fəallarının məhkəməsində dövlət ittihamçısı 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyir: Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundova 8 il 6 ay, Rəşad Həsənov və Bəxtiyar Quliyevə 8 il, Şahin Novruzluya 6 il 6 ay və Üzeyir Məmmədliyə 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi <link type="page"><caption> təklif olunur</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140417_nida_prosecutor_charges.shtml" platform="highweb"/></link>.
Gənclər buna etiraz olaraq müddətsiz aclıq aksiyasına başlayır.
8 aprel, 2014
Bu və bundan sonra davam edən məhkəmələrdə gənclərin mənzillərində axtarış zamanı çıxarılan narkotik maddələr və "Molotov kokteyli" butulkaları barəsində mütəxəssis və məhkəmə ekspertlərinin rəyləri <link type="page"><caption> təqdim edilir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140408_nida_trial_expert_opinion.shtml" platform="highweb"/></link>, video görüntülərə baxılır.

Sentyabr 2013
18 sentyabr, 2013
Nəsimi rayon məhkəməsində ard-arda N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin iki üzvü Rəşadər Axundov, Üzeyir Məmmədli və koordinatoru Zaur Qaurbanlının həbs müddətinin uzadılması məsələsinə baxılıb və hər üç gənc fəalın həbs müddəti noyabrın 30-dək <link type="page"><caption> uzadılır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130918_nida_detention_extended.shtml" platform="highweb"/></link>.
13 sentyabr, 2013
Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı kütləvi iğtişaşların təşkili ittihamı <link type="page"><caption> irəli sürülür</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130913_nida_new_charges.shtml" platform="highweb"/></link>. Cənab Rüstəmzadə yanvar və mart aylarında təşkil olunan aksiyaları təşkil etməkdə suçlanaraq həbs olunur.
Bununla da, İlkin Rüstəmzadənin işi N!DA-çıların işinə birləşdirilir.
12 sentyabr, 2013
"Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadənin həbs müddəti yenidən iki ay, noyabrın 17-dək uzadılıb.
Mart ayından həbsdə olan Rəşadət Axundova qarşı 12 ilədək həbs cəzasını nəzərdə tutan kütləvi iğtişaşların təşkili ilə əlaqədar yeni ittihamın təqdim olunmasının ardından gəncin babası Ənayət Axundov damarlarını kəsərək intihara cəhdi edir. Cənab Axundov xəstəxanaya çatdırılsa da, onu xilas etmək <link type="page"><caption> mümkün olmayıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130914_akhundov_died.shtml" platform="highweb"/></link>.
10 Sentyabr, 2013
İlkin Rüstəmzadənin istintaq Təcridxanasında karserə salınması və döyülməsi barədə məlumatlar yayılır, Penitensiar Xidmət iddiaları rədd edir.
İyun 2013
24 iyun, 2013
Məhkəmə Rəşadət Axundovun həbs cəzasını daha 3 ay müddətinə <link type="page"><caption> uzadır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130624_rashadat_nida.shtml" platform="highweb"/></link>. N!DA yeni ittihamın irəli sürülməsi ilə əlaqədar bəyanat verib və bunu "tamamilə əsassız və heç bir hüquqi arqumentə söykənməyən" qərar adlandırır.
May 2013
17 may, 2013
"Azad Gənclik" təşkilatının fəalı İlkin Rüstəmzadə barədə iki aylıq həbs qətimkan tədbiri <link type="page"><caption> seçilir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/05/130517_activist_detained.shtml" platform="highweb"/></link>. O, Bakıda təxminən bir dəqiqəlik "Harlem Shake" musiqisi altında rəqsin video-çəkilişlərini aparmaq və YouTube şəbəkəsinə yerləşdirməkdə ittiham edilir.
Aprel 2013
1 aprel, 2013
N!DA Vətəndaş Hərəkatının koordinatoru Zaur Qurbanlı Ağır cinayətlərə dair istintaq idarəsinə çağırılandan sonra ona qarşı 228.3-cü maddə ilə cinayət işi <link type="page"><caption> qaldırılır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/04/130401_zaur_gurbanli_arrest.shtml" platform="highweb"/></link>. O, odlu silah daşımaqda ittiham olunur.
Mart 2013
30 mart, 2013
N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Rəşadət Axundov və Üzeyir Məmmədli üç aylıq həbs qətimkan <link type="page"><caption> cəzası alırlar</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130330_nida_arrests.shtml" platform="highweb"/></link>. Onlar həmçinin Cinayət Məcəlləsinin 228.3-cü maddəsi, "Mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah ... partlayıcı maddələr və qurğular əldə etmə" ittihamları əsasında saxlanılırlar.

27 mart, 2013
N!DA Gənclər Hərəkatının "narkotik" ittihamı ilə üç aylıq həbs edilən üzvü Məhəmməd Əzizovun apellyasiya şikayəti <link type="page"><caption> təmin olunmur</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130327_nida_mehemmed_azizov.shtml" platform="highweb"/></link>.
22 mart, 2013
Dörd N!DA-çı, Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məhəmməd Əzizov və Şahin Novruzlu Bakı İstintaq Təcridxanasına <link type="page"><caption> köçürülür</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130322_nida_penitenciary.shtml" platform="highweb"/></link>.
21 mart, 2013
İnsan haqları üzrə beynəlxalq təşkilat - Amnesty International N!DA Vətəndaş Hərəkatı fəallarınınm saxlanılması ilə bağlı "təcili hərəkət" kampaniyasına <link type="page"><caption> başlayır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130321_amnesty_nida.shtml" platform="highweb"/></link>. Təşkilat martın 8-də saxlanılan Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlunun və martın 15-də saxlanılan Rəşad Həsənovun həbslərini 10 mart aksiyası ilə əlaqələndirir.
19 mart, 2013
Bakı Apellyasiya Mərkəməsi N!DA Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü Rəşad Həsənovun kassasiya şikayətinə baxaraq onun 3 ay həbsdə saxlanması ilə bağlı birinci instansiya məhkəməsinin qərarını <link type="page"><caption> qüvvədə saxlayır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130319_nida_appeal.shtml" platform="highweb"/></link>.
15 mart, 2013

Şəklin mənbəyi, nida
Fəal Rəşad Həsənov odlu silah saxlamaq ittihamı ilə həbs olunur və haqqında 3 aylıq həbs qətimkan tədbiri görülür.
10 mart, 2013
2013-cü ilin ən izdihamlı aksiyası kimi yadda qalan "Əsgər ölümlərinə son!" aksiyası <link type="page"><caption> keçirilir</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130310_baku_youth_rally.shtml" platform="highweb"/></link>. Aksiyanın əsas fərqi, orduda, qeyri-döyüş şəraitində baş verən ölümlərə təkcə müxalifət partiyalarının üzvləri deyil, sadə vətəndaşların da qoşulması olub.
9 mart, 2013
Narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham edilərək saxlanılan N!DA Vətəndaş Hərəkatı üzvlərinin, Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məhəmməd Əzizovun yerli televiziya kanallarında "etiraf görüntüləri" <link type="page"><caption> yayılır</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/03/130308_nida_detentions.shtml" platform="highweb"/></link> və onlar 3 aylıq həbs edilir.
8 mart, 2013
Fəallar Bəxtiyar Quliyev və Şahin Novruzlu saxlanılır və narkotik və qanunsuz silah əldə etmək və daşımaqda ittiham olunur. Digər fəal Məhəmməd Əzizovun yoxa çıxması barədə məlumatlar yayılır.
Martın 8-də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğunun yaydığı bəyanatda N!DA hərəkatının hakimiyyət tərəfindən saxlanılmış üzvlərinin evindən Molotov kokteyli, marixuana, həşiş və "təcili demokratitya tələb olunur" yazılmış vərəqələrin tapıldığı deyilir.




