"Seçki-meçki" - Azərbaycan sosial mediasında Türkiyə seçkilərinə reaksiyalar

Türkiyədə seçkilər sosial mediada

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Sosial media istifadəçiləri Türkiyə seçkilərini şərh edir.

Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkiləri və onun nəticələri Azərbaycan sosial mediasında aktiv müzakirə olunub və sosial şəbəkələrdə rəngarəng şərhlərin paylaşılması ilə yadda qalıb.

Bəzi sosial şəbəkə istifadəçiləri seçkilərin nəticələrinə şübhə ilə yanaşıb və seçki keçirən hakimiyyəti tənqid edib, bəziləri isə hakim partiyanın qalibiyyətinin Azərbaycana müsbət təsir edəcəyini vurğulayan fikirlər yayımlayıb.

Ən çox disskusiyalara səbəb olan hakim Ədalət və İnkişaf Partiyasının namizədlərinin səs çoxluğu ilə irəli çıxması olub ki, buna da internet istifadəçiləri birmənalı yanaşmayıb.

“Seçki-meçki...”

“Gənc Molla” adlı istifadəçi Türkiyədə və Azərbaycanda keçirilən seçkiləri müqayisə edərək ironiya ilə yazıb ki, “O bizdən öyrəndi qəhrəmanlığı. Səs faizi 99,9 olsaydı, aləm olardı”.

“Samira Garayeva”nın yazdığı şərhdə “ Saxtakarlıqla qalib gələn akp... dünəndən gah yalançı seçki kağızları soxuşdururlar, gah kağızları oğurlayırlar, gah işıqları söndürürlər, gah da yalan rəqəmlər verirlər” sözlərini paylaşıb.

“Javanshir Sadigov” yazıb ki, “Ərdoğan kimi fırıldaq siyasətçi görməyib hələ Türkiyə. Rüşvət, korrupsiya, dövləti idarə edə bilməməsi, Türkiyənin beynəlxalq aləmdə nüfuzuna ləkə gətirməsi...”

AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində Türkiyədəki seçkiləri şərh edərək yazıb ki, “bütün çətinliklərə baxmayaraq, Türkiyə seçki sistemi sınaqdan üzüağ çıxmaqdadır. Seçkinin nəticələrini həqiqətən də xalqın iradəsi müəyyənləşdirir. Türk xalqı isə oyaqdır, ayaqdadır, taleyini kimsəyə ümid olmaq fikrində deyil”.

“Rəsul Şükürsoy” Azərbaycanla Türkiyəni eyniləşdirərək yazıb ki, “Azərbaycan, Türkiyə vəziyyətinə düşmüş ölkələrdə demokratik dəyişiklik seçki ilə-meçki ilə olmaz! Çünki buralarda "demokratik dəyişiklik" anlayışı özü gülməli görünür. Demokratiyaya doğru dəyişiklik ola bilər”.

“Guya 1-tək orda saxta keçirilib...”

Twitter istifadəçisi ‏@MetlebMukhtarov :“Türkiyədəki seçkilər göstərdi ki,Azərbaycan gələcəkdə ümidini kiməsə bağlamamalıdır. Gələcəyiniz üçün maariflənin,oxuyun,öyrənin,inkaşf edin” sözlərini tvitləyib.

@SamirUsub yazıb ki, “Elə də camaat Türkiyədəki seçkilərin saxta keçdiyindən danışır kı, guya 1-tək orda saxta keçirilib. Dünyanın hər yerində seçkilər saxta olur”

Jurnalist Anar Geraylı: “Türkiyede seçki saxtakarlığı söhbəti boş şeydi. Varsa belə, nəticələrə təsir edəcək səviyyədə olması mümkün deyil. Orada seşki komissiyaları bizdəki kimi deyil. Plus, heyvancasına şəbəkələşmiş müxalifət var” sözləri ilə seçkiləri şərh edib.

“Cavid İsmayıl” adlı istifadəçi nəticələrə ironik münasibətini “Milyonlarla tərəfdarı olan "Hizmət Hərəkatı"nın gücü bu idi? Bəs Fətullah Hocanın Allah qatındakı hörməti hara getdi? Nə duaları, nə də qarğışları qəbul olunmadı ki)))” fikirləri ilə ifadə edib.

Facebook istifadəçisi “Sabuhi Akbar” yazıb ki, “Türkiyədəki seçkilər onu göstərdi ki, bəzi Facebook dostlarım Türkiyə əhalisinin 48%-dən (hələki ) ağıllıdı. AKP-nin uğuruna görə deyirəm ey”.

“Halal olsun o kişiyə...”

Baş nazir Rəcəb Tayyib Ərdoğanı tənqid edən statuslar və şərhlərlə yanaşı, sosial şəbəkə istifadəçiləri hakim partiyanın seçkinin nəticələrinə görə qalib gəlməsini təqdir edən fikirlər də paylaşıb.

Facebook istifadəçisi “Sakit” yazıb ki, “Türkiyəni bütün həmlələrdən ancaq Ərdoğan qoruya bilər, yoxsa Türkiyə də Suriyanın, Əfqanstanın gününə qalmışdı”.

“Daglar Yusubov” internet istifadəçisi Baş Nazirə xitabən “Halal olsun o kişiyə. Azərbaycanın sözünü lazımi yerlərde deyən yenə o kişidi!” cümləsini paylaşıb.

Prezident Adminitrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri ‏@NovruzMammadov özünün Twitter hesabında “ Ötən gecə Türkiyədəki seçkilərlə bağlı prosesləri izləmişəm. Möhtəşəm seçkilər... Türkiyə seçimini etdi #TurkeyElections #Turkeyvotes” fikirlərini tvitləyib.