Erdoğan bələdiyyə seçkilərində səs verib
Türkiyədə Baş nazir Recep Tayyip Erdoğan bazar günü keçirilən bələdiyyə seçkilərində İstanbulda səs verib.
Cənab Erdoğan seçkilərdə iştirak etməsə də, rəhbəri olan Ədalət və İnkişaf Partiyası (AKP) üçün güclü təşviqat aparıb.
İstanbulun sabiq meri olan Baş nazir deyib ki, bu şəhərdə qalib gələn partiya - Türkiyədə qalib gəlir.