Çıxış vaxtı Erdoğanın səsi batıb

“Mən başa düşmürəm, sağlam düşüncəli insanlar bu, yalanla dolu Facebook, YouTube və Twitter-ləri necə müdafiə edə bilirlər”, - cümə axşamı etdiyi çıxışında Recep Tayyip Erdoğan bəyan edib.

“Onlar hətta milli təhlükəsizlik üzrə görüşü gizli yazıblar. Bu, cinayətkarlıqdır, fırıldaqçılıqdır... Onlar, belə bir mühüm görüşü yazarkən, kimə xidmət edirlər?” – Erdoğan deyib.

Türkiyədə bir çox sosial media istifadəçisi, o cümlədən Twitterə qoyulan bloku yan keçə bilənlər cənab Erdoğanı lağa qoyublar.

"Deyəsən Twitter quşu içində qalıb", bir Twitter istifadəçisi yazıb.

Qısa bir müddət ərzində #helyumlobisi ən çox müzakirə olunan "trending" siyahısına düşdü: tənqidçilər deyirlər ki, Baş nazir Erdoğan problemlərinə görə lobbiçilik qruplarını günahlandırır.