Putin Krımın Rusiyaya birləşdirilməsi barədə rəsmi göstəriş verir

Şəklin mənbəyi, Reuters

Prezident Vladimir Putin Rusiya parlamentini Krımın ölkəyə birləşmək müraciəti barədə rəsmi olaraq məlumatlandırıb, bu yarımadanı özününkiləşdirmək istiqamətində ilk hüquqi addımdır.

Bazar ertəsi cənab Putin Krımın suveren dövlət kimi tanınması haqqında sərəncam imzalayıb.

Krım rəsmiləri bildirib ki, bazar ertəsi seçkilərində seçicilərin 97 faizi yarımadanın Ukraynadan ayrılmasının tərəfdarı olub.

Avropa İttifaqı və ABŞ referendumu qanunsuz elan edib vəsanksiyalar tətbiq etmək əmri verib.

Sanksiyalar Ukrayna və Rusiyadan 21 rəsmiyə aiddir.

Cənab Putin isə çərşənbə axşamı Bakı vaxtı ilə saat 3-də Rusiya Parlamentinə müraciət edəcək.

Gazeta.ru saytı yazır ki, cənab Putin və Krım parlamentinin spikeri Vladimir Konstantinov çıxışlardan sonra Krımın "Rusiya Federasiyasının tərkibinə daxil olması" barədə razılıq imzalaya bilər.

Krım 1954-cü ildə Sovetlər hakimiyyəti zamanı Rusiyadan Ukraynaya verilib. Buranın əhalisinin çoxu etnik ruslardır.

Fevral ayında yarımada Rusiyapərəst qüvvələr tərəfindən nəzarət altına alınıb. Bu, Ukrayna prezidenti Viktor Yanukoviçin aylar sonra devrilməsindən sonra baş verib.

Kreml Krımdakı silahlıların Rusiya hərbçiləri olmasını təsdiq etməyib, lakin cənab Yanukoviçdən yardım almaq üçün millət vəkillərinin güc tətbiq etmək kimi səlahiyyətlərinin olduğunu bildirib.