"Qarabağ, Gürcüstan, indi də Ukrayna" - Bakı sakinləri Krım haqqında
Bakıda Krımın "müstəqilliyi" barədə nə düşünürlər? BBC Azərbaycancaya danışan sakinlərin əksəriyyəti Rusiyanın addımlarını tənqid edib, bəziləri bazar günü müstəqilliyini elan edən Krımda gedən prosesləri Qarabağ və Gürcüstanda baş verən hadisələrə bənzədib.
Eyni zamanda müsəqillik və özünüidarəetmə istəyini dəstəkləyənlər də münasibətlərini bildirib.