Əziz Kərimovun fotobloqu: Sovetskidən bir də olmayacaq

Artıq qərar verilib ki, Sovetski sökülsün.
Bakıda artıq çox az sayda tarixi məhəllələr qalıb. Tarixi məhəllələrdən biri də hamının tanıdığı Sovetskidir. Elə o gündən bu günə gəlib çatan məhəllələrdən biri də Sovetskidir ki, onun da artıq sökülmə qərarı verilib.
Bəlkə də çoxlarınız Bakının 60-70-ci illər fotolarına baxanda "Gör Bakı necə gözəl olub, bu Bakıdan artıq yoxdur, köhnə Bakıda yaşamaq istərdim" və s. sözlərini işlətmisiniz. Bir neçə ilə, bu sözlərin arasına Sovetskini də əlavə edəcəyik.
Ona görə ki, Sovetskini də sökürlər, artıq insanlara bu barədə xəbərdarlıq da gəlib. Qısası yaxın gələcəyə Qədim Bakıdan əsər-əlamət belə qalmayacaq.
Vaxt tapdıqca müəyyən vaxtlarda gedib Sovetskini çəkirdim. Məhəllələri, insanlar, divarları... Necə olmasa da tarixdir.
Sovetskinin sökülməsində iki hadisəyə görə təəssüflənəcəm:
- Qədim Sovetskidən bir də olmayacaq
- Sovetskinin tarixini bilən insanları bir arada görmə bilməyəcəm, hərə bir yana düşəcək.
Hər dəfə Sovetskiyə gedəndə istənilən bir yaşlı kişi ilə söhbət edəndə, elə mövzular, elə hadisələr danışırlar ki, gəl görəsən.




Keçmişdə narkomanların gördükləri işlərdən, oğlanların Sovetskiyə gəlib qız ötürmələrindən, müxtəlif davalardan, birliklərindən...
Bir anlıq təssəvvür edin ki, bir insan ölür, ona yardım etmək üçün əlinizdən heç bir iş gəlmir. Və adam gözünüz görə-görə dünyasını dəyişir...
Kimlər ki, bulvarda, Torqovıda saatlarla o baş, bu baş gəzirlərsə, heç olmasa bir dəfə də gedib Sovetskini gəzin. O qədim Sovetski müəyyən vaxtdan sonra olmayacaq.
Sovetski dağılıb gedəcək, amma bulvar və Tarqovı həmişə qalacaq. 7-8 ilə müxtəlif sosial şəbəkələrdə Sovetskinin fotolarını görəndə heç olmasa "mən də Sovetskidə olmuşam" deyə biləsiniz.











