Əziz Kərimovun fotobloqu: Həzin kilsə musiqisi, nurani keşiş və rus qızı

Şəklin mənbəyi, Aziz Karimov
- Müəllif, Əziz Kərimov
- Vəzifə, BBC Azərbaycanca üçün
Bu, kilsəyə ilk gedişim idi. Kilsədə necə hərəkət etmək lazımdır, nə demək lazımdır və s. bilmirdim. Ona görə, ətrafda baş verənləri sadəcə müşahidə edirdim.
Bu gecə pravoslavlar İsa Peyğəmbərin mövludu - müqəddəs Milad bayramı münasibətilə bayram tədbirləri keçirirdilər. Axşam saat 00.00-da Rus Pravoslav Kilsəsinin Azərbaycandakı arxiyepiskopu gəlməli və mərasim başlanmalı idi. Odur, prosesləri qabaqlamaq üçün saat 22.00-dan kilsəyə getdim.
Saat 12-ə qədər cavandan-qocaya kimi hamı kilsəyə gəlib, dua edib, şam yandırıb getdilər.
Təsadüfən kilsədə künc bir yerdə yaşlı kişi gördüm. Kilsəyə gələnlərin əksəriyyəti də onun əlindən öpüb görüşürdü. Nurani birisi idi. Bu adamı bir müddət izləməyə başladım və sonda yanına yaxınlaşdım.
Elə təzəcə söhbətə başlamışdım ki, kişi əli ilə mənə işarə etdi ki, “Oğlum, mən səni eşidə bilmirəm” dedi. Açığı belə cavab gözləmirdim, çaşıb qaldım. Nə edəcəyimi bilməyib kişi ilə sağollaşıb yanından aralanıb, insanların arası ilə gəzməyə başladım.

Şəklin mənbəyi, Aziz Karimov
Adət-ənənəyə uyğun olaraq, kilsədə mərasim gecə 4-ə kimi kilsədə davam edir, daha sonra hamı öz evinə gedib mərasimi evlərində davam etdirirlər. Müxtəlif yeməklər, araqdan başqa bütün içkilər stolun üstündə olur.
Kilsədə duaları həzin musiqi ilə oxuması mənim üçün ayrıca bir zövq idi. Bəzən musiqini dinləyə-dinləyə insanları seyr edirdim. Hər şey kino kimi görsənirdi...
Duaları dinlədiyim vaxt kilsəyə 2-3 insan girdi. Bunlar daha şən görsənirdilər. Aralarında deyib-gülürdülər. Bu adamların niyə şən olması mənə maraqlı gəldi. Odur, onlar tərəfə yaxınlaşıram.
Bunlara yaxınlaşanda azərbaycanca aralarında kimisə müzakirə edirdilər. Elə bir az keçəndən sonra, mövzu “qız” mövzusu idi. Oğlanlardan biri o birisinə bir rus qızını göstərib, “O bacını görürsən? Görəsən adı nədir?” və s.
Daha sonra öz aralarında gülə-gülə nə danışdılarsa, bilmədim.
Bir müddətdən sonra, oğlanlar gördülər ki, gördükləri işdən bir nəticə olmayacaq deyə, çıxıb getdilər. Hər halda, nə etmək lazım? Bur cür adamlardan hər yerdə var.
Kilsədən çıxanda artıq gecə 2-nin yarısı idi. Çox yorulmuşdum. Amma musiqi hələ də qulağımdan getmirdi...

Şəklin mənbəyi, Aziz Karimov




