Seçki sosial şəbəkələrdə

twitter
Şəklin alt yazısı, Azərbaycanda seçki günü sosial şəbəkələr fəal olub.

Azərbaycanda keçirilən prezident seçkisinin gedişi əsnasında xəbər agentlikləri və sosial media istifadəçiləri baş verən pozuntulardan yazırlar.

Bu məlumatlarda bildirlir ki, seçicilərə hazırkı prezident İlham Əliyevə səs vermək tapşırılır.

Bəzi xəbərlər görə isə, bir sıra məntəqələrdə seçki qutularının İlham Əliyevin xeyrinə olan bülletenlərlə doldurulması müşahidə edilib.

Seçki saxtakarlıqları

Müxalifətin namizədi Cəmil Həsənlinin Facebook səhifəsində ölkə boyunca seçki məntəqələrində baş vermiş pozuntu hallarını sadalayan press-relizlər dərc edilib.

Bu məlumatlara görə, Həsənlinin nümayəndələrinə Bakının Xətai rayonundakı bir neçə seçki məntəqəsinə daxil olmaq imkanı verilməyib, Qubadlı, Cəbrayıl və Ağcabədi dairələrində seçki qutularının doldurulması müşahidə edilib.

Cəmil Həsənlinin səhifəsində həmçinin seçki qutusuna bir topa bülleten dolduran bir kişinin fotosu qoyulub.

Şəkilaltı mətndə seçki məntəqəsinin adı çəkilir və bildirilir ki, həmin şəxs qutuya birdən-birə 6 bülleten atır.

Müxalifətyönlü HamamTimes Facebook səhifəsi xəbər verir ki, Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android telefonlar üçün aplikasiyalar düzəldib.

"Bu gün aplikasiyaları mobil telefonuna yükləyən istifadəçilər sabah olacaq seçkilərin nəticələri ilə qarşılaşıblar.

Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin 7.4%, Qüdrət Həsənquliyevin 5.24% səs aldığı görünür. Hətta seçici fəallığı, seçki məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub. Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən "Bu bölmə seçki günü aktiv olacaq" yazılıb. Böyük ehtimalla aplikasiyanı hazırlayanlar həmin bölməni "kilidləməyi” unudublar".

Müxalifətyönlü Turan agentliyinin məlumatına görə MSK-nın katibi Azər Sarıyev aplikasiyanın onlara dəxli olmadığını bildirib və deyib ki, bu aplikasiyanın məsuliyyətini onu yaradanlar daşıyırlar.

HamamTimes həmçinin xəbər verir ki, Bakı Dövlət Universiteti tələbə və müəllimlərə bülletenləri qutuya salmazdan əvvəl fotosunu çəkməyi tapşırıb. Səhifə məsləhət görür ki, rəhbərlikdən qorxanlar əvvəlcə bülletenin şəklini çəksinlər, özünü isə cırıb tullasınlar.

keyboard

Bu səhifədə habelə seçki qutusunu bülletenlərlə dolduran seçki rəsmisinin 11 saniyəlik videosu yerləşdirilib.

Ziddiyyətli video

Hökumətyönlü 1news.az xəbər agentliyi bildirib ki, bir neçə müxalifət fəalı YouTube saytına Şəmkir rayonunda seçki qutularına bülleten dolduran adamların videosunu yükləyiblər. Azərbaycan Xalq Cəbhəsi Partiyası gənclər qanadı da daxil olmaqla, müxalifət fəalları iddia edirlər ki, bu video bu gün çəkilib və Azərbaycanda seçki saxtakarlığını sübut edir.

Agentlik qeyd edir ki, bu video YouTube saytına dünən, oktyabrın 8-də yerləşdirlib.

“Belə çıxır ki, müxalifətin saxtalaşdırmalar hələ baş vermədən onun videosunu çəkməyə imkan verən “zaman maşını” var” – yazır agentlik.

19 saniyəlik video “Kanal AnaloqTV” adlı istifadəçi tərəfindən yüklənib və süjetə “Şəmkirdə saxta seçicilər peyda olub” başlığı qoyulub.

APA xəbər agentliyi isə bildirir ki, MSK-nın sədri Məzahir Pənahov bu insidenti araşdırmağı vəd edib. “Seçicinin əlində bir neçə bülleteni saxlaması, artıq cinayət hesab olunur, - deyib Pənahov, - biz bu məsələni ciddi təhqiq edəcəyik”.

Twitter

Twitter istifadəçilərinin bir qismi seçki məntəqələrində müxalifət namizədinin əleyhinə saxtalaşdırmalar aparıldığını xəbər verir, digər qism isə ruh yüksəkliyi və İlham Əliyevə dəstək ifadə edirlər.

İstifadəçi @laylajaffee oktyabrın 9-da ingiliscə tweet edib: "Müşahidəçilərə seçki prosesisə nəzarət etmək imkanı verilmir”.

İstifadəçi @Asim_zakharov ingiliscə: "Müşahidəçilər poilis tərəfindən saxlanır”.

Tural Amin ‎@t_turalamin 13m: C.Həsənlinin vəkili, AXCP Rəyasət heyətinin üzvü 47 saylı seçki dairəsində müşahidə apararkən Mingəçevir polisi tərəfindən saxlanlıb.

Ulviyye Babasoy ‎@UlviyyeBabasoy 12m: Saat 12-yə kimi 6 məntəqəyə girmişəm, hamısında pozuntu tapmışam. Nə gözəl məmləkət bə :/ #seçki2013 #Bərdə

Vusal Gurbanov ‎@GVusal 12m: Bu gün dünyanın hər bir seçki məntəqəsində səs verən gənclərin seçimi məhz İlham Əliyevdir #azvote13 #azerbaijan

<italic><link type="page"><caption> BBC Monitoring</caption><url href="http://www.bbc.co.uk/news/world-18190302" platform="highweb"/></link> dünyanın müxtəlif ölkələrindən TV, radio, internet və çap mediası üçün xəbər və təhlillər hazırlayır.</italic>