Azərbaycanda səsvermə davam edir
Səhər saat 8-də ölkə boyu və xaricdə açılan 5 mindən artıq məntəqələrə baş çəkənlər 10 namizəddən birinə səs verməlidir.
Mərkəzi Seçki Komissiyası 5 milyondan artıq seçicinin qeydiyyatdan keçdiyini bildirib.
9 milyonluq əhalisi olan Azərbaycan müstəqil olandan bəri həyat səviyyəsini xeyli yüksəldib, lakin ata-oğul Əliyevlərin hakimiyyəti illərində insan haqlarının pisləşməsinə görə tənqidlə üzləşir, Reuters agentliyinin məlumatında deyilir.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı keçmişlərdə demək olar ki, bütün Azərbaycan seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bildirib.
ATƏT oktyabrın 9-da keçirilən prezident seçkilərinə 300 nəfərlik müşahidəçi qrupunu göndərib.