Senat Suriyada hərbi əməliyyat planını dəstəkləyib

Xarici əlaqələr üzrə komitə Dəməşq yaxınlığındakı kimyavi hücuma cavab olaraq Siriyada hərbi əməliyyat planını dəstəkləyən qətnamə layihəsini qəbul edib.
Prezident Obamanın planı 10 komitə üzvünün dəstəyini qazanıb.
7 nəfər müdaxilə əleyhinə səs verib və komitənin 1 üzvü bitərəf qalıb.
Komitənin qəbul etdiyi sənəd gələn həftə Senatın müzakirəsinə çıxarılmalıdır.
ABŞ avqustun 21-də Dəməşq yaxınlığında güman edilən kimyavi hücuma görə hökumət qüvvələrini təqsirləndirib.
Suriya hökuməti yüzlərlə adamın ölümünə səbəb olmuş həmləyə görə məsuliyyət daşımadığını deyib.
Prezident Bəşər Əsəd deyib ki, ölkəsi özünü Qərbin təcavüzündən qoruyacaq.
2011-ci ildən bu yana Suriayadakı daxili qarşıdurma 100 mindən artıq adamın ölümünə bais olub.




