Putin səfərinin əsas sualı: Azərbaycan kimin tərəfindəndir

Əliyev və Putin
    • Müəllif, Аleksey Vlasov
    • Vəzifə, “Şimal-Cənub” Politologiya Mərkəzi

Rəsmi mənbələr səfərin statusu barədə qarışıq məlumat verir: onu gah rəsmi, gah da işgüzar adlandırırlar. Bu amil nəzərə alınarsa səfərin dəyərləndirilməsi çox güman ki, Putinlə İlham Əliyev arasındakı görüşün yekunları, onun verdiyi impulsla yaranan Bakı-Moskva münasibətlərindən asılı olacaq.

Açıq qalan bu sual öz cavabını böyük bir ehtimalla, bir qədər keçmiş, ola bilsin ki, yalnız 9 oktyabr seçkilərindən sonra tapa bilər.

Suallar

İkitərəfli dialoqa dair bir çox sual mövcuddur.

Hərçənd ki, əsas məsələ bundan ibarətdir: Azərbaycan Rusiyanın partnyorudurmu və yaxud da Bakı həm iqtisadi həm də təhlükəsizlik siyasəti baxımından daha çox Qərbə bağlı bir dövlət kimimi qəbul edilir?

Zənnimcə hətta Putinin özü də bu suala yekun cavab tapmayıb.

Seçkilərə iki ay qalmış həyata keçirilən səfər birmənalı şəkildə göstərir ki, Rusiya nəinki ikitərəfli münasibətlərə aid məsələlərin həllində, habelə Cənubi Qafqaz geopolitikası, Xəzər və İran mövzusunda partnyor olaraq məhz İlham Əliyevi görür.

Və Rusiya bu partnyorla gələcəkdə də danışıqlar aparıb məsələləri həll etmək niyyətindədir.

Mənəvi və hərbi dəstək

Bu seçkilərdən əvvəl hazırkı dövlət başçısı üçün kifayət qədər güclü psixoloji dəstək olub.

Mənim məlumatıma görə nümayəndə heyətinə Rosoboronservis-in nümayəndələri daxil edilib.

Beləki, səfər gedişatında 2013-cü ilin əvvəlində əldə edilmiş razılaşmalarla yanaşı hərbi-texniki sahədə müəyyən sazişlərin imzlanmasını ehtimal etmək olar.

Yekun konfransda imzalanmış sənədlərin sayı və məzmunu barədə məlumatların verilib-verilməyəcəyi də zənnimcə qeyri-müəyyən qalır.

Bir sıra aparıcı qəzetlərdə səfərin baş tutması və hazırlanmasında məhz Seçin (Rosneft-in başçısı) komandasının böyük rol oynadığı israrla sübuta yetirilir və buna görə də görüş vaxtı Rosneft maraqlarına uyğun olan sənədlərin imzalanacağı da qeyd olunur.

Hərçənd ki, buna dair tam əminlik yoxdur.

Parodoksal vəziyyət yaranıb: gündəmin tam açıq olduğu bir vaxtda səfər gedişatında imzalanacaq sənədlərə dair qeyri-müəyyənlik hökm sürür.