BBC

BBC navigation

Ramiz Mehdiyev Elşad Abdullayevin son iddialarını rədd edib

Ramiz Mehdiyev

"ABŞ səfirliyi bizdən tələb edir ki, Müsavat Partiyasından ya Isa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir. Arzu Səmədbəyli isə sizinlə düşüb, bizim adamdır, siz deputatlığınızdan könüllü imtina etməlisiniz."

Elşad Abdullayevin növbəti videosu haqqında Azadlıq qəzetinin saytında yayımlanan məqaləsində keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru iddia edib ki, bu sözləri ona Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev deyib.

"Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim" - Ramiz Mehdiyev Arzu Səmədbəylinin cənab Abdullayevin əvəzinə seçilməsini APA-ya şərh edərək deyib.

Məqalədə o bildirib ki, 10 oktyabr 2005-ci ildə Mərkəzi Seçki Komissiyası onun seçilməyini elan etdi, lakin "Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, deputatlığımı könüllü geri götürüm".

Elşad Abdullayev deyib ki, deputatlıqdan imtina etmək təklifini rədd edərək məhkəmələrə müraciət etsə də, onun şikayətləri təmin olunmayıb. Bundan sonra deputatlığa namizədliyini ikinci dəfə verəndə, Klikləyin Gülər Əhmədova ilə videolarında göstərilən hadisələr baş verib.

Ramiz Mehdiyev bu iddiaları "Elşad Abdullayevin növbəti cəfəngiyatı" adlandırıb və deyib ki, onunla Elşad Abdullayev arasında cənab Abdullayevin deputatlığı ilə bağlı "heç bir zaman heç bir söhbəti olmayıb" və edilən iddialarla o, müxaliflər arasında "intriqa salmaq" istəyir.

Elşad Abdullayevin digər videolarına istinad edərək o, "bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb", deyib.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>