BBC

BBC navigation

Mexikoda Heydər Əliyevin heykəli ətrafında qalmaqalı araşdırmaq üçün komissiya yaradılıb

Heydər Əliyevin Mexikodakı heykəli

Mexiko şəhər hökuməti Heydər Əliyevin şəhərin mərkəzində qoyulmuş böyük heykəli ətrafında yaranmış qalmaqalı araşdırmaq və həll etmək üçün komissiya yaradıb.

Tənqidçilərin Stalin stilində adlandırdıqları heykələ etiraz edənlər deyir ki, Heydər Əliyev kimi "avtoritar" bir şəxsə Mexikoda heykəl qoyulması onların qürurunu incidir.

Şəhər hökuməti akademik və ekspertlərdən ibarət üç nəfərlik komissiya yaratdıqlarını bildirib. Onlar heykəl haqqında şikayətləri araşdıracaqlar.

Mexiko şəhərinin inkişaf və evsalma departamentinin rəhbəri Felipe Leal deyib ki, komissiya heykələ "obyektiv və tənqidi gözlə yanaşacaq və hazırkı halda nə edilmək lazım olduğu haqda tövsiyyələr verəcək".

Azərbaycanın Mexikodakı səfirliyinin katibi Manuel Luna heykəl parkdan götürülərsə, şəhərin problemlərlə üzləşəcəyini bildirib, Associated Press agentliyi xəbər verir.

"Parkdakı layihə haqda imzalanmış razılaşmaya görə, heykəl orada 99 il qalmalıdır", Luna yerli mediaya deyib və əlavə edib ki, məsələ Meksika və Azərbaycan arasında diplomatik münasibətlərə təsir edə bilər.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>