
Meksikanın mərkəzindəki parkda Heydər Əliyevə heykəl qoyulması Mexiko şəhərinin bəzi sakinlərinin Klikləyin narazılığına səbəb olub.
Şəhər hakimiyyəti bildirib ki, Azərbaycan parkın yenilənməsinə "indiyədək heç kəsin qoymadığı sərmayəni yatırıb".
BBC müxbiri Juan Carlos Perez Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarova heykəl ətrafındakı qalmaqalla bağlı sorğu təqdim edib.
- Doğrudurmu ki, 3 ildən bəridir səfirlik Mexiko şəhərinin hökumətinə Tlaxcoaque plaza və heykəlin tikilməsi üçün pul təklif edib? Belədirsə, bu israrın səbəbi nədir? Sizcə niyə hökumət bu pulu sonunda qəbul edib?
- Aydınlıq üçün deyim ki, Meksika və Azərbaycan arasında dostluq parkı layihəsi 4 il əvvəl Mexiko şəhəri ilə müzakirə olunub. Gündəlikdə duran müxtəlif məsələlərə görə, 2 il əvvələdək bu məsələyə toxunulmayıb. 2 il əvvəl biz parkın yaradıla biləcəyi əraziləri axtarmağa başladıq, Tlaxcoaque və Chapultepec parkı ərazilərinin yenilənməyə böyük ehtiyacı olduğu üçün bu ərazilər başqa ölkələrlə yanaşı bizə də göstərildi və təklif olundu. Biz Meksika xalqına minnətdarlığımızı göstərmək üçün bu imkandan məmnuniyyətlə istifadə etdik və bu ambisiyalı urban yeniləmə layihəsində iştirak etdik.
Onu da demək lazımdır ki, pul Mexiko şəhəri hökumətinə birbaşa verilməyib. Səfirlik tikinti şirkətləri tutub və onlar Mexiko şəhərindəki hər iki ərazini yeniləyiblər və şəhərin müxtəlif hakimiyyətlərilə əməkdaşlıq edərək ərazidə inkişaf işlərinə və onların tamamlanmasına nəzarət ediblər.
- Nə qədər pul verilib?
- Pul şəhər hökumətinə verilməyib, işi həyata keçirən şirkətlərə ödənib. İnanıram ki, Azərbaycan xalqının Meksika xalqına hədiyyəsinin dəyəri mühüm deyil, mühüm olanı odur ki, bu gözəl şəhərin vətəndaşları ondan yararlanır.
– Bu cür yardımlar sizin hökumətinizin keçmiş prezidentin xatirəsini əbədiləşdirmək strategiyasının bir hissəsidirmi? Kanadanın Nigara-on-the-Lake şəhərində də Heydər Əliyevin və onun gəlini Mehriban Əliyevanın büstləri qoyulmuşdu (və onlar sonradan qaldırıldı). Hansı digər ölkələrdə keçmiş prezidentin heykəlləri var?
- Əvvəla, unutmayaq ki, Chapultepec parkı Meksika və Azərbaycan arasında dostluğun simvoludur. Bu yer (park) meksikalılara bizim münasibətlərimizin fundamenti olan dostluğu xatırladır.
Heydər Əliyevə və Xocalı soyqırımına abidələr bizim xalqımız üçün əzizdir. Onlar xalqımızın tarixində faydalı rol oynamış Azərbaycanın Milli Lideri Heydər Əliyevə hörmətimizin ifadəsidir, eləcə də Xocalı Soyqırımı Abidəsi Erməni Silahlı Qüvvələri tərəfindən qəddarcasına öldürülmüş günahsız dinc insanlara qoyulmuş abidədir. Bu gün Ermənistanın rəhbəri olanların başçılığı ilə hərbi geyimli şəxslər (tərəfindən öldürülən insanlara qoyulmuş abidədir).
Kanadadakı büstlərə gəlincə isə, bunlar adi spekulyasiyadır. Bu büstlər bir incəsənət əsəridir və qalereyalar arasında transfer edilib və onlar heç zaman eyni yerdə daimi qalmayıb. Biz, hadisələri ədalətli və obyektiv işıqlandırmaqda maraqlı olan araşdırmaçı jurnalistikaya inanırıq.
Heydər Əliyevin heykəllərinə gəlincə isə onlar bu şəhərlərdə var:
- Qaqauziya, Moldova
- Kiyev,Ukrayna
- Tbilisi, Gürcüstan
- Qars, İstanbul və Ankara, Türkiyə
- Qahirə, Misir
- Ulyanovsk, Dağıstan və Həştərxan, Rusiya
- Belqrad, Serbiya
- Daşkənd, Özbəkistan
- Buxarest, Rumıniya
və digərləri.
Xocalıya abidələr:
- Berlin, Almaniya,
- Sarayevo, Bosniya və Herseqovina
- Qars və Ankara, Türkiyə
- Haaqa, Niderland
və digərləri.
Azərbaycan xalqı bilirmi ki, pullar bu heykəllərə və urban islahatlara xərclənir?
- Bəli, rəsmi olaraq, maliyyə resurslarının ayrılması barədə fərman bütün təfərrüatları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib. Resursların ayrılması prosesi şəffaf və açıq olub. Ümumiyyətlə, ayrılan və ictimai məqsədlər üçün xərclənən resurslar barədə fərman və qərarlar rəsmi veb saytlarda yerləşdirilir.
Bu layihə yalnız Azərbaycan xalqının Meksika xalqına müstəqilliyimizin bərpasının tanınması üçün təşəkkürü deyil, bu, həm də Meksika Konqresinin hər iki palatasının Ermənistan və Azərbaycan arasında ərazi münaqişəsi, həmçinin Xocalı Soyqırımı ilə əlaqədar göstərdiyi müdafiə və tanınmaya minnətdarlıqdır.
Siz Heydər Əliyevin heykəlinə etiraz edənlərə və onu diktator adlandıranlara və Hitlerlə müqayisə edənlərə nə deyərdiniz?
Mən Heydər Əliyevin heykəlinin yerləşdirilməsi motivlərini izah etmək istərdim.
Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı, böyük qeyri-sabitlik və gənc müstəqilliyimizə və ərazi bütövlüyümüzə potensial təhlükələr olduğu çətin vaxtlarda ölkəmizi sabitləşdirən milli liderimizdir.
O, ölkəmizi və xalqı birləşdirərək bizi güclü xarici imperialist təsirlərdən qoruyub. O, atəşkəs razılaşmasına nail olaraq ... bizi qonşumuz Ermənistanın ərazi iddialarına qarşı qoruyub. Azərbaycan torpaqlarının 20 faizi hazırda erməni hərbi işğalı altındadır və 1 milyondan artıq insanı evindən didərgin salıb.
Onun Azərbaycanın iqtisadi inkişafına töhfəsi və ölkə vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırması həmişə xatırlanacaq və hamımız tərəfindən qiymətləndiriləcək.
... Biz Heydər Əliyevə qarşı hər hansı təhqiri Azərbaycan xalqına qarşı yönəlmiş təhqir hesab edirik. Biz başa düşürük ki, bu çirkin kampaniya erməni diasporu tərəfindən maliyyələşdirilib... Bu gün Ermənistanda Hitler hökmranlığı ilə müqayisə olunacaq insanlar tərəfindən...
Narazılığın artmasının qarşısını almaq üçün heykəlin götürülməsini istəyəcəksinizmi?
- Yox, mən düşünürəm ki, Heydər Əliyevin həyatı və əməyilə daha çox insan tanış olduqca və erməni diasporunun böhtan səylərinə məhəl qoymadıqca, onlar heykəli və onun qoyulduğu yeri doğru hesab etməklə yanaşı, həmçinin bu ərazidən öz yerləri kimi istifadə edəcəklər.
Reforma prospektindəki heykələ gizli nəzarətmi edirsiniz? Çünki sizin səfirliyin adından danışan şəxs bizim şəkillər çəkən və yolu keçənlərlə danışan müxbirlərimizə yaxınlaşıblar.
- Yox, sizin müxbirlərə yaxınlaşanlar park ərazisində uzun müddətdən bəridir, hətta biz oranı yeniləməzdən əvvəl işləyən insanlardır. Onlar ərazini dostluq rəmzi kimi gördüklərindən oranın qayğısına qalmağı özünə borc bilirlər...sizə yaxınlaşan centlemen şəhərin məhşur "viene viene"-dir. (Viene viene küçələrdə maşınların saxlanması üçün nəzərdə tutlmuş ərazilərə nəzarət edən və ərazi üçün maşın sahiblərindən pul alan şəxsdir - BBC Azərbaycanca). O bizə parkı tapmaqda kömək edib. Həmçinin Bakı kafesinin işçiləri könüllü olaraq ərazini təmizləyirlər...



















