BBC

BBC navigation

Heydər Əliyevin heykəlinə qarşı Meksikada narazılıq

  • Heydər Əliyevin abidəsi
    Heydər Əliyevin Mexiko şəhərinin Reforma prospektindəki abidəsi
  • Heydər Əliyevun heykəli
  • Azərbaycan xəritəsi
    Azərbaycanın mərmərdən xəritəsi. Azərbaycan şəhərlərinin adları xəritəyə həkk olunub.

Heydər Əliyevin Mexiko şəhərindəki Reforma meydanında Mahatma Qandi, Abraham Linkoln və Meksikanın milli qəhrəmanları ilə yanaşı duran böyük heykəli şəhərin bəzi sakinlərini qəzəbləndirib.

Heykəli təqdim edən lövhədə deyilir ki, Azərbaycanın mərhum lideri "ana vətənə sonsuz bağlılığın, dünya sülhünün universal ideyalarına sədaqətin parlaq nümunəsi"dir, Associated Press agentliyi yazır.

Məlumatda deyilir ki, Azərbaycanın mərhum "avtoritar liderinə" stalinsayağı bürünc heykəl avqust ayında qoyulub və Əliyev bürünc kürsüdə, Azərbaycanın mərmərdən xəritəsinin qarşısında oturub.

Mexikoda dərc olunan Reforma qəzeti etiraz nümayişindən hazırladığı videonu Klikləyin YouTube videopaylaşma saytına yerləşdirib.

Videoda həmçinin Azərbaycan şəhərlərinin adlarının mərmər xəritəyə döyülməsi göstərilir.

18 yaşlı tələbə Miguel Angel Mendoza AP müxbirinə deyib: "Niyə yaxşı bir iş görən adamın heykəlini qoymurlar?"

"Belə məlum olur ki, Azərbaycan Mexikoda həm də bir deyil, iki parkın yenilənməsi işlərinə 65 milyon peso (5 milyon dollar) ayırıb və bu, ona hər iki parkda istədiyi heykəli qoymaq imkanı verir", - yazıda deyilir.

" "Düşünmürəm ki, bu yaxşı ideyadır. Amma biz, meksikalılar nə deyə bilərik axı? Dilimizi dişləyib oturmalıyıq, çünkü bütün bu işlər onların (azərbaycanlıların) pulu ilə görülüb". "

Jose Romeo, maşın yuyan

"Tənqidçilər deyir ki, müxalifətin səsini boğan Əliyev Mexiko və xarici qəhrəmanların heykəllərilə bəzədilmiş bulvarda olmamalıdır", - müəllif əlavə edir.

Daniel Gershenson insan haqları fəalıdır, ötən həftə heykəlin qarşısında nümayiş edənlərdən biridir, əlində "Diktatordan yaxa qurtarın!" şüarını tutub, yazıda deyilir.

"Yəqin ki, onlarda (Azərbaycanda) belə şeylərdən anbar dolusu var" - Gershenson deyib.

Gershenson özü heykələ qarşı nümayişinə çıxmasını BBC Azərbaycancaya təsdiqləyib.

"İnsanlar bura gəlir, parkı xoşlayırlar, düzdür, amma onlar bu adamın kim olduğunu bilmirlər" - 33 yaşlı arxitektor Brenda Torres bu fikirdədir.

"Düşünmürəm ki, bu, (Heydər Əliyevə heykəl qoymaq) yaxşı ideyadır. Amma biz, meksikalılar nə deyə bilərik axı? Dilimizi dişləyib oturmalıyıq, çünkü bütün bu işlər onların pulu ilə görülüb", - parkın yaxınlığında maşın yuyan işləyən Jose Romeo BBC News-a deyib.

Yazıda Azərbaycanın Mexikodakı səfiri İlqar Muxtarovdan sitat gətirir: "Bu heykəl heç kəsin reputasiyasını yaxşılaşdırmaq niyyəti daşımır, çünki dünyanın Heydər Əliyev qavrayışının müdafiəyə ehtiyacı yoxdur".

"Həqiqət budur ki, indiyə kimi xarici hökumətdən bu böyüklükdə investisiya almamışıq. "

Marcelo Ebrard, Mexiko Meri

Yazıda həmçinin ikinci parkdakı heykəldən danışılır və onun Xocalı qurbanlarına həsr olunduğu xatırladılır və deyilir ki, Mexikoda bəzilərinin fikrincə, polisin işgəncə mərkəzi kimi istifadə olunmuş bu ərazidə əzab çəkmiş meksikalılara heykəl qoymaq daha yaxşı olardı.

Mexiko Meri Marcelo Ebrard heykəlin açılış mərasimində deyib: "Biz Azərbaycan Respublikasına minnətdarıq, çünki həqiqət budur ki, indiyə kimi xarici hökumətdən bu böyüklükdə investisiya almamışıq".

Mexiko meri Marcelo Ebrardın ofisi hələ ki, bu barədə açıqlama verməyib.

Kanadanın Niagara-on-the-Lake şəhərində Heydər Əliyev və birinci ledi Klikləyin Mehriban Əliyevanın büstləri bu yaxınlarda şəhər meriyasına aid ərazidən qaldırılıb.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>