BBC

BBC navigation

Sevinc Babayevanın kitabxana müdirliyi "oktyabrın sonunda bitir"

Son yeniləmə: 27 sentyabr, 2012 - 09:20 GMT
Sevinc Babayeva

Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə deputat Gülər Əhmədovanın millət vəkilliyi üçün 1 milyon dollar məbləği müzakirə etdiyi görünən videoda yer almış Mirzə Ələkbər Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın iş müqaviləsi oktyabrın sonunda bitir, - bu barədə APA-ya açıqlamasında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev deyib.

Cənab Əliyev Sevinc Babayevanın fəaliyyətinin "qənaətbəxş olmadığını" deyib. "Bir il müddətində Sevinc Babayeva töhmət də alıb. Amma mən bu gün onu işdən azad edə bilmərəm, çünki müqavilə var. Vaxtı bitəndə biz onun müqaviləsinə xitam verilib-verilməməsi məsələsinə qayıdacağıq" - Əliyev deyib.

"Onun əməllərində cinayət tərkibi varsa, əlbəttə bunu hüquq-mühafizə orqanı qiymətləndirəcək, o da hər bir Azərbaycan vətəndaşı kimi məhkəmə qarşısında cavab verəcək" - o, əlavə edib.

Sevinc Babayevanın bir ilə yaxındır rəhbərlik etdiyi Sabir adına Kitabxanadan isə APA-ya bildirilib ki, o, ürəyində problemlər olması səbəbindən iki gündür işə çıxmır.

"Bu görüntülərdə, danışıqlarda kitabxana fəaliyyəti, mədəniyyətlə bağlı heç bir söhbət yoxdur... Onun fəaliyyəti ilə bağlı monitorinq aparılıb, səriştəsizliyi və bacarıqsızlığı üzə çıxıb” - Əlikram Əliyev deyib.

Elşad Abdullayev Klikləyin BBC Azərbaycancaya müsahibəsində deyib ki, özünün yaydığı videoda ondan millət vəkili olması üçün 1 milyon dollar rüşvət tələb edən qadın Gülər Əhmədovadır.

Gülər Əhmədova isə APA-ya açıqlamasında video materialın montaj olduğunu deyib.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>