Qarabağ əlilləri SOCAR əməkdaşlarının onlara hücum etdiyini deyirlər

    • Müəllif, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

2-ci qrup Qarabağ əlili olan Sərxan Musayev burada ev tikmək istəsə də, ona icazə verilməyib. O bunda SOCAR-ın işçilərini ittiham edir.

Qarabağ əlili deyir ki, bu torpağı bələdiyyə sənədi olan birindən alıb.

Qarabağ əlilləri deyirlər ki, tikintiyə arxa küçənin ortasından keçən boru səbəbindən icazə verilmədiyi deyilib.

Sərxan Musayev sual edir ki, boru tikintiyə problemdirsə, niyə burada digər tikililərə icazə verilib.

Sentyabrın 28-də və 30-da isə bu ərazidə dava olub, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qarabağ əlilləri SOCAR-ın formalı və mülki işçiləri tərəfindən döyüldüklərini iddia edirlər.

BBC News Azərbaycanca SOCAR-dan açıqlama ala bilməsə də, qurum daha öncə mətbuata açıqlama verib ki, tikinti qanunsuz olub və ərazidə şirkətin əməkdaşlarına hücum edilib.

"SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən, özlərini müdafiə etməyə çalışb, hadisə yerinə polis əməkdaşlarını çağırıblar", qurum bildirib.

Qarabağ veteranları isə polisə müraciət ediblər. Onlar ölkə prezidentdən kömək umduqlarını bildirirlər.

Qarabağ qaziləri