Göy yoxsa qızıl? İnterneti qütbləşdirən paltar

Şəklin mənbəyi, swiked
Bəziləri mavi və qara görür - əsl rəngləri – lakin bir çoxu qızılı və ağ görür. Razılaşa bilməməyimizin səbəbi, işığı necə görməyimizdən asılıdır.
Gözlərimiz necə səhv edə bilər? Biz nəyisə aydın görəndə, şahid olduğumuz şeylə bağlı tam əminliklə fikir bildiririk. Bəzən isə səhvə yol veririk.
Əgər siz düşünürsünzsə ki, bu şəkildəki geyim ağ və qızılıdır, siz tamamilə yanılırsız.

Şəklin mənbəyi, swiked Tumblr
"Bu geyim nə rəngdədir? Mən ağ və qızılı görürəm. Kanye qara və mavi görür, kim daltonikdir?" Kim Kardashian Twitter-də yazıb. O tək deyil – sosial media rəng müzakirəsilə qütbləşib.
Twitter-dəki geyimə şərh bildirən Oscar mükafatçısı Julianne Moore ağ və qızılı görür, lakin Taylor Swift və Justin Bieber mavi və qara düşərgədədir.
Mütəxəssis rəyi
Biz, BBC Dünya Xidmətinin şəkil redaktoru Emma Lynch-dən foto redaktə proqramından istifadə edərkən şəklin hansı rəngdə olduğunu soruşmuşuq.
Onun bildirdiyinə görə yoxladıqdan sonra aydın olur ki, geyimdəki bütün rəng tonları ağ deyil, mavidir. Saturasiyanı artırmaqla – mövcud rəngləri yeni rənglər əlavə etmədən gücləndirməklə - geyim hər kəsə mavi görünəcək.
Bu nəticələr parçanın xüsusi yerlərində pipetka alətindən istifadə etməklə təsdiqlənib. Bu proqram ekrandakı istənilən pikslein kompyuter rəng kodunu müəyyən edir. O, həmçinin, nəticələri mavi rəng tonlarında büruzə verir.

Şəklin mənbəyi, Adobe Twitter
Bütün bunlar necə başlayıb
Onun tapıntıları şəkli daha əvvəl sosial mediada paylaşmış bir şəxs tərəfindən aşkarlanıb.
Şotlandiyadan olan 21 yaşlı Caitlin McNeill folk qrupunun üzvüdür. Bu paltarı onun qrupunun çıxış etdiyi toyda gəlinin anası geyinib.
McNeill BuzzFeed News-a bildirib ki, geyimlə bağlı anlaşılmazlıq toydan biraz əvvəl, ananın toyda geyinməyi planlaşdırdığı paltarı xoşbəxt cütlüyə göstərməsindən sonra başlayıb.
Gəlinlə bəy şəkildəki geyimin mavi və qara yoxsa ağ və qızılı olması ilə bağlı razılığa gələ bilməyib və buna görə də həmin şəkli Facebook-da paylaşıblar.
Mövzu sosial mediada buradan başlayıb və bununla da müzakirələr qızışıb.
Xanım McNeill təsdiq edir ki, mavi/qara geyim Roman Originals şirkəti tərəfindən hazırlanıb və başqa rəng seçimlərinin mövcud olmasına baxmayaraq, onlardan heç biri ağ və qızılı deyil.
Niyə biz fərqli rənglər görürük
Texnologiya saytı Wired.com bildirir ki, rəng müəmmasının açarı insan gözü və beyninin işıqda rəngi görməsi üçün inkişaf yolundadır.
İnsanlar işıqda görmək üçün inkişaf etdikcə, onların beyinləri bir faktı nəzərə almağa başlayıb ki, gün işığı rəngi dəyişir. Ətraf, səhər vaxtı çəhrayı, günorta daha çox mavi-ağ, günəş batanda isə qırmızıya çalır.
Sizin beyniniz gün işığını (və ya başqa işıq mənbəyin) azaltmağa çalışır ki, "real" rəngə çatsın.
Buna görə də bəzi insanlar geyimdə mavi görür, lakin onların beyni bunu azaldır və geyimin özünə deyil, işıq mənbəyinə əsaslanır. Onlar ağ və qızlı görür.
Digərlərinin beyni isə paltarda gördükləri maviyə əsaslanır.
Bu fenomen min illərdir mövcuddur. Lakin bu paltarın şəklində nəsə var və o, fərqlilikləri elə edib ki, biz rəngi həmişəkindən daha aydın görürük.




