Çiçəklənən Bakı: Azərbaycan paytaxtının əsrarəngiz arxitekturası

Bakı

Şəklin mənbəyi, © Tuncay

Şəklin alt yazısı, Alov Qüllələrinin tikintisi 2007-ci ildə başlayıb

Keçmiş Sovet respublikası və günümüzün avtoritar dövləti olan Azərbaycan sizin tətil üçün getmək istədiyiniz yerlərin siyahısında olmaya bilər.

Lakin Sənətsevərlərin bələdçisi (Art Lover's Guide) verilişinin ən son buraxılışında Alastair Sooke və Janina Ramirez Avropa ilə Asiyanın birləşdiyi bu məkana üz tutublar və onun paytaxtı Bakının necə qədim və müasir binalardan təşkil olunduğunu aşkar ediblər.

Bakı
Şəklin alt yazısı, Alastair Sooke və Janina Ramirez Bakıda

Azərbaycanda insanlar 19-cu əsrin ortalarından yerdən neft çıxarırlar. Lakin 21-ci əsrdə neft ixracından gələn gəlir Bakıda görünməmiş tikinti bumuna səbəb olub.

Yəqin ki, bu şəhərdəki ən diqqət çəkən tikili Zaha Hadid-in dizayn etdiyi və keçmiş prezident Heydər Əliyevin adını daşıyan çoxfunksiyalı binadır.

O, 1993-2003-cü illərdə ölkənin prezidenti olub. Bundan əvvəl Sovet Kommunist liderlərindən biri olan Heydər Əliyev müstəqillikdən sonra da hakimiyyətə gəlir və daha sonra hakimiyyəti oğlu İlham Əliyevə ötürür.

Bakıya səfəri zamanı Janina-ya məlumdur ki, 2003-cü ildə vəfat etmiş Heydər unudulmayıb.

Bakı
Şəklin alt yazısı, Zaha Hadid Heydər Əliyev mərkəzini elə dizayn edib ki, sanki dalğa səmaya doğru ucalır

O deyir: "Son 14 ildə görülmüş işlərin böyük bir hissəsi atanın xatirəsinə həsr edilib - onu yaşatmaq Bakının əsas məqsədlərindən birinə çevrilib.

Heydər Əliyev parkında Heydər Əliyevin heykəli ucalır və yaxınlıqda da Heydər Əliyev konsert zalı yerləşir. Burada Heydər Əliyev prospekti də var - altı zolaqlı yol Heydər Əliyev mərkəzinə aparır".

Alastair dalğayabənzər bu tikilidə heç bir yanlışlıq tapa bilmir. O deyir: "Bu bina qiymətə layiqdir. O, həqiqi starxitekt effekti verir.

Bu bina Zaha Hadid tərəfindən layihələşdirilib və məncə o, Bakının səyahət xəritəsində yer almasına əsas səbəbdir. O, artıq dünyada tanınır".

Janina da heyrət içindədir. "O, həm də yerləşdiyi əraziyə görə heyrətamizdir. Ətrafdakı bütün binalar sovet yaşayış binaları və yüksək mərtəbəli tikililərdir.

Bəzi müasir arxitekturaların bir çox maraqlı quruluşları olur, lakin bu, insanı heyrətə salır. O ağ, parlaq və əzəmətlidir".

Bakı

Şəklin mənbəyi, © View Pictures / Getty Images

Şəklin alt yazısı, Heydər Əliyev Mərkəzi "Design Museum"un 2014-cü ildə İlin Dizaynı mükafatını alıb

Bəs binanın içi necə görünürʔ "Ora parlaq və isidilmiş döşəmə, ağappaq döngələr dünyasıdır", Janina deyir.

"Nəhəng pilləkənlər bizdən əhəmiyyətli dərəcədə böyük olan biri üçün, Heydər Əliyev üçün nəzərdə tutulub. Birinci mərtəbə tamamilə ona həsr edilmiş muzeydir".

Janina üçün bura diqqətlə hazırlanmış sərgidir. "Burada Heydər Əliyevin şəkilləri mənim evimdə öz şəkillərimdən daha çoxdur. Bu möhtəşəm tikili rejimin xdmətindədir".

Bakı

Şəklin mənbəyi, © Yegor Aleyev / Getty Images

Şəklin alt yazısı, Bakıda digər dramatik görünüşlü arxitekturaya sahib bina bu yaxınlarda tikilib. Bakı Kristal zalı 2012-ci ildə açılıb

Şəhərin şimalında yerləşən Yanardağa üz tutan Nina və Alastair aşkar edib ki, arxitektura Azərbaycanda yeganə diqqət çəkən şey deyil.

Onlar burada daim yanan torpaq sahəsi aşkar ediblər. Bəziləri iddia edir ki, bu torpaq altndakı təbii qaz min illərdir yanır. Digərləri isə bildirir ki, buradakı yanğın 1950-ci illərdə təsadüfü atılmış siqaret kötüyündən alovlanıb.

Bu qəribə fenomeni yaxından izləməklə Nina-ya Azərbaycanın necə təbii qüvvələrlə münasibətdə olduğunu nümayiş etdirir.

Bakı

Şəklin mənbəyi, © Stefano Bolognini

Şəklin alt yazısı, Bakı, misal üçün, Yanardağ kimi yerin altından çıxan təbii alovları ilə məşhurdur

"Yanardağ möhtəşəm bir yerdir… Təəccüblü deyil ki, Bakının digər məşhir tikilisi olan Alov Qüllələri məhz canlı alovlardan ilhamlanıb".

Alastair də gördüklərindən təsirlənib. "Alovlar çox gözəl, lakin qaçılmazdır. Neft, qaz və alov həmişə burada məskunlaşan insanların mədəniyyətini, kimliyini və tarixini formalaşdıracaq".

Bakı

Şəklin mənbəyi, © Trevor Claringbold

Şəklin alt yazısı, Alovdan ilhamlanmış qüllələr axşamlar işıqlandırılır / Trevor Claringbold

Lakin Bakının qədim binaları da diqqətdən kənar qalmamalıdır. Alastair İçərişəhərin dar küçələri ilə "Sınıqqala" kimi tanınan qədim Məhəmməd məscidinin qalıqlarını tapmağa çalışır.

Bakı

Şəklin mənbəyi, © Jamie McDonald / FIFA / Getty Images

Şəklin alt yazısı, Məhəmməd məscidi 11-ci əsrdə tikilib.

Alastair bu binanın hekayətinə diqqət yetirir. "Ən yuxarıda, minarədə daha müasir daşı görmək mümkündür. Bunun isə öz səbəbi var.

1720-ci ildə Rusiya çarı Pyotr Bakını və ətraf əraziləri tutmaq üçün buraya donanma göndərir. Topdan açılmış atəş minarəyə dəyir və bu hissəni tamamilə dağıdır.

Hər şeyin Bakı üçün pis getdiyi vaxt külək dada çatır. Qəfildən hava dəyişir və donanma geri dönməli olur. Təbii ki, bakılılar üçün bu, şəhəri xilas edən ilahi qüvvə idi".

Bakı

Şəklin mənbəyi, © Kasia Nowak / Alamy

Şəklin alt yazısı, Bakı minarələri odlu-alovlu tarixi hadisələrin şahidi olub

Janina Şirvanşahlar sarayında İslam incəsənətinin möhtəşəm nümunələrini aşkar edir. Onların tarixi əsasən 15-ci əsrə dayanır.

O deyir: "Xristianlıqdan fərqli olaraq İslamda insan və heyvan şəkillərinin təsviri yer almayıb. Çünki bu dinə görə yalnız Allah insan və təbiətin surətini yarada bilər.

Əvəzində isə onlar bu cür naxışlara diqqət ayırıblar. Burada gözəl üzüm və əncir yarpaqlarının həkk olunduğu kimi".

Janina həmçinin sarayın divarlarındakı Quran ayələrinə diqqət çəkir. "Burada kufi xətti ilə yazılar var. Müxtəlif xətlərin istifadəsi çox gözəl təsviri ortaya çıxarır".