Anna Hakopyan Nikol Paşinyandan ayrıldığını açıqlayıb

Şəklin mənbəyi, Nikol Pashinyan/Facebook
Anna Hakobyan Baş nazir Nikol Paşinyandan ayrıldığını və hökumət iqamətgahını tərk etdiyini bildirib.
Bu barədə o, sosial şəbəkədə yaydığı videoda danışıb.
Daha əvvəl o, Paşinyanla vətəndaş nikahının başa çatdığını bildirmişdi. Hamı bunu Anna ilə Nikolun qanuni nikah bağladıqları kimi anlamış, çoxları təbriklər paylaşımları yazmışdılar.
Lakin bu gün Anna deyir ki, onun açıqlamasını düzgün başa düşməyiblər.
"Mən vətədaş nikahımız bitib demişdim, çünki başqa heç bir nikahımız yoxdur", - o bildirib.
Görünür, videonu o, iki gün əvvəl çəkib, çünki söhbəti "Bu gün fevralın 25-də mən hökumət iqamətgahını tərk edirəm" sözləri ilə başlayır.

Şəklin mənbəyi, Nikol Pashinyan/Facebook
Paşinyan Annanın açıqlamasına sosial şəbəkədə cavab verib.
"Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ilin bütün çətin dövrlərində o, mənim sığınacağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun haqqında eyni hissləri keçirmişəm. Bəlkə də ona daha çox kədər yaşatmışam və bunun üçün üzr istəyirəm".

Şəklin mənbəyi, Nikol Pashinyan/Facebook
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Anna Hakobyan barəsində müxtəlif xəbər və şayiələr yayılacağını istisna etmir və buna görə, "bir neçə fakt açıqlamağı zəruri" hesab edir.
Anna Hakobyan deyir:
"Mənim evim yoxdur. İpoteka ilə aldığımız ev hələ tikinti mərhələsində olarkən alınıb...
Bank hesabımda evin satışından bir qədər pul qalır - dəqiq məbləği xatırlamıram, çünki heç vaxt maraqlanmıram. Bir qədər şəxsi ehtiyaclara xərclənib. Həmçinin kartımda olan "Mənim addımım" fondunda maaşımdan yığılan vəsait və gəlir vergisindən qayıdış faizidir.
Bunu xatırlayıram, çünki hər hesabı açanda 5 milyon dram görürəm. Düşünürəm ki, bu, dolanışığım üçün kifayətdir. Maşınım yoxdur və, təbii ki, dövlət mühafizəm də olmayacaq. Ona görə, məni Yerevanın küçələrində tək gəzdiyimi görsəniz, xahiş edirəm təəccüblənməyin və həmçinin xahiş edirəm ki, məni təhqir etməyin, çünki son səkkiz ildə artıq kifayət qədər təhqir eşitmişəm".
O, deyir ki, "Mənim addımım" fondunda icraçı direktor vəzifəsində qalmaq istəyir.
"Amma düşünürəm ki, təkcə istəyim kifayət etməyə bilər. Bundan əlavə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ilə jurnalist arasında dünənki söhbətdən elə gəlir ki, "Mənim addımım" fondunun icraçı direktoru kimi cinayət məsuliyyətinə cəlb oluna bilərəm. Bu, həyatdır - belə də olur", - deyir.
Daha sonra o, son illər birinci xanım qismində aldığı protokol hədiyyələri olan zinət əşyalarını nümayiş etdirir. Korrupsiyanın Qarşısının Alınması Komissiyasının qərarı ilə onlar korrupsiya riski yaratmır və Anna Hakobyana verilib.
Anna Habobyan: "Bunun bəzilərini mən taxmışam, bəzilərini yox. Bütün bu hədiyyə, zinət əşyaları, olduqca bahalı hesab etdiyim paltarları hökumətə təhvil verirəm".

Şəklin mənbəyi, Nikol Pashinyan/Facebook
O, son səkkiz ildə Baş nazirin həyat yoldaşı kimi müxtəlif tədbir və mərasimlərdə geyindi paltarların yaratdığı obrazlara görə, ajiotaj, tənqid, lağ və sair münasibətlə üzləşdiyini bildirir və buna görə kimlərisə məyus edibsə, üzr istəyib.
Anna Hakobyan: "Beləliklə, əlvida - yenidən görüşənə qədər. Mən "hamınızı sevirəm" demək istəmirəm, çünki, hesab edirəm ki, sevgi sözlə deyiləsi bir şey deyil, onu sevilən birinə yönəlmiş qayğı və diqqətlə göstərirlər".
Anna Hakobyan ayrılma qərarının müzakirəyə açıq olmadığını da bəyan edib.



























