Paşinyan: "Mən Anna ilə evlənməmişəm ki, ailəmi qoruyum"

Nikol Paşinyan və həyat yoldaşı Anna Hakobyan

Şəklin mənbəyi, Primeminister.am

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Hakobyan ilə rəsmi evli olmadıqlarından danışıb.

O deyib ki, "Biz evlənməmişik, çünki 90-cı illərin əvvəlində mən müxalif siyasi fəaliyyətlə məşğul olurdum".

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Onlar illərdirki birlikdədirlər və üç övladları var.

Lakin, cütlük heç vaxt ənənəvi hüquqi və dini nigah bağlamayıblar.

Nikol Paşinyan bildirib ki, "Mən bilirdim ki, məni həbs edəcəklər, mühakimə edəcəklər, əmlakımı müsadirə edəcəklər. Evlənməməyimizin yeganə niyyəti olub...Mən evlənməmişəm ki, ailəmi qoruya bilim".

Bunu Paşinyan həyat yoldaşı Anna Hakobyanın "Təhsil dəbdədir" layihəsi iştirakçıları qarşısında çıxışında deyib.

"Aldığımız ev Annanın adına yazılıb, baxmayaraq ki, onu birlikdə almışıq. Mən bilirdim, nə olacaq, mənim başıma nələr gələ bilər. Və istəyirdim ki, heç olmasa uşaqlarımızın yaşayaşamağa yeri olsun. Buna görə evlənməmişik... ki, bu ev Annanın adına olsun, onun mənimlə qanunla heç bir əlaqəsi olmasın ki, gedib öz əməyimizlə qazandığımızı əlimizdən almasınlar", - Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, evlənməmələrinə başqa heç bir səbəb olmayıb.

Paşinyan bu açıqlaması ilə Erməni kilsəsindən onun haqqında səslənən itithamlara da cavab verib.

İyunda Paşinyan Erməni kilsəsinin rəhbərinin istefasını tələb edib.

Paşinyan kilsə rəhbəri II Qaregini subaylıq andını pozmaqda ittiham edir.

Baş nazirin sözlərinə görə, kilsə rəhbərinin övladı var və belə halda Qaregin katolikos ola bilməz.

Bundan sonra isə kilsə təmsilçilərindən bəziləri Paşinyanı nigah bağlamamaqda ittiham edib.

Video açılmırsa, Youtube kanalımızda baxın.