65 yaşında vəfat etmiş İraq əsilli memar Zaha Hadidin yaradılığının inci əsərləri şəkillərdə.
Şəklin alt yazısı, Müasir memarlıq sənətində özünəməxsus iz qoymuş məşhur İraq əsilli memar Zaha Hadid 65 yaşında vəfat edib. Gördüyü işlərə görə o, Britaniya Memarları Kral İnstututunun Qızıl Medalına layiq görülüb. Zaha Hadid 1950-ci ildə Bağdadda doğulub və 1970-ci illərin əvvəllərində Britaniyaya köçüb. Burada o, Memarlıq Assosiasiyasında təlim keçib. Tanınmış memar hazırda Londonda yaşayır və "Serpentine Sackler" Qalereyasının müəllifidir.
Şəklin alt yazısı, Zaha Hadid ilk dəfə 1993-cü ildə Honkonqda "The Peak Leisure Club" dizaynı müsabiqəsinin qalibi olub. Qalib gəlməsinə baxmayaraq, bina heç vaxt tikilməyib.
Şəklin alt yazısı, Onun inşa edilmiş ilk böyük layihəsi olan Vitra Yanğınsöndürən Stansiyası 1993-cü ildə Almaniyada, Weil am Rhein şəhərində betondan tikilib. O, tikilini mücərrəd dizayn kimi təsvir edib.3
Şəklin alt yazısı, MAXXİ: Romada 21-ci əsr İncəsənəti Muzeyi 2009-cu ildə inşa edilib.
Şəklin alt yazısı, Zaha Hadidin bildirdiyinə görə, o, çay və cərəyanların axınından ilham alıb - burada, Tiber Çayında olduğu kimi.
Şəklin alt yazısı, Beton divarların bir-biriylə ahəngi və bir-birinə keçməsi həmçinin binanın sabitliyinə xidmət edir. Bu bina zəlzələyə meylli ərazidə ucaldılıb.
Şəklin alt yazısı, "Mən London Üzgüçülük Mərkəzini sevirəm, çünki yaşadığım yerə yaxında yerləşir", - Zaha Hadid bildirib. Bina 2012-ci il London Olimpiya Oyunları üçün dizayn edilib və binanın damı dalğanı xatırladır.
Şəklin alt yazısı, Olimpiada zamanı binada 17 500 oturacaq olub, lakin sonradan oturacaqların əksəriyyəti götürülüb.
Şəklin alt yazısı, Bakıda Heydər Əliyev Mərkəzi 2012-ci ildə tikilib.
Şəklin alt yazısı, Kitabxana, muzey və konsert zalını özündə birləşdirən bina, kompleks və axıcı məkan olmasıyla diqqət çəkir.
Şəklin alt yazısı, Onun qeyri-adi dizaynı dağ silsiləsi konturlarına əsaslanıb, Zaha Hadid bina barədə belə demişdi.
Şəklin alt yazısı, 2004-cü ildə Pritzker Memarlıq Mükafatını qazanmış Zaha Hadid, yeniliklər etməyə davam edir və 2010-cu ildə Çindəki Quançjou Opera Evinin dizaynına görə yüksək qiymətləndirilib.
Şəklin alt yazısı, Binanın dizaynı yaxınlıqda axan Mirvari çayından ilham alıb.
Şəklin alt yazısı, "Zaha Hadid təkcə Britaniyanın yox, eyni zamanda 20-ci əsrin sonu və 21-ci əsrin dünyanın ən böyük arxitektorlarından biridir", BBC-nin incəsənət şöbəsinin redaktoru Will Gompertz deyib. İnnsbruck-da xizəklə tullanma idmanı üçün inşa edilmiş tramplin qurğusu.
Şəklin alt yazısı, "Zaha Hadid Britaniyada həmişə onun layiq olduğu dərəcədə ciddiliklə qarşılanmayıb", Gompertz deyir. "Ona çox vaxt əngəllər yaradılıb, onun səviyyəsinə uyğun sifarişlər ona verilməyib. Onun qoyub getdiyi irs isə Bağdad əsilli britaniyalı qadın memarın necə böyük nəticələrə nail olduğunu, zamanın sınağından keçmiş dünya boyu məşhurlaşmış müasir memarlıq abidələrini yaratdığını təsdiq edir", Gompertz deyib. Galaxy Soho binası, Pekin.
Şəklin alt yazısı, Britaniya Kral Memarlıq İnstututunun (Riba) prezidenti Jane Duncan deyib: "Zaha Hadid qoyub getdiyi memarlıq irsi, onun gənc yaşına baxmayaraq, nəhəngdir və bu irs bütün dünya boyu insanları ilhamlandırır və valeh edir". Zaha Hadid Londondakı "Serpentine Sackler" Qalereyası önündə.