"Sağ olsun Azərbaycan və prezidenti" - Bakıda İsrail-Türkiyə görüşü

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin yaxşılaşmasına çalışır.
Bakı iki tərəf arasında görüşlərə vasitəçilik edir.
Videonu YouTube kanalımızda izləyin.
Türkiyə və İsrail nümayəndələri Bakıda görüşdüyü bir vaxtda xəbər yayılıb ki, İsrail Türkiyənin Suriyada hərbi bazalar yaratmasına razı deyil və bunu Bakıda türklərə bildiriblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıdakı dialoqun "normallaşma" kimi qəbul edilməməli olduğunu açıqlayıb.
Türkiyənin Suriyada İran, ABŞ və Rusiya ilə belə mexanizmləri olub.
Bu, tərəflərin hərbi əməliyyatlardan əvvəl bir-birinə məlumat verməsi və birbaşa əlaqəni ehtiva edir.
Türkiyə və İsrail arasında diplomatik əlaqələr İsrail-Həmas müharibəsinə görə pisləşib.
Ən son isə bu ay İsrail Türkiyənin Suriyada baza kimi istifadə etməyi planlaşdırdığı hərbi obyektlərə hava hücumu edib.







