Trump ilk dəfə Rusiyanı hədələyib və Putinə "qəzəblənib"

Donald Trump, Amerika Prezidenti, ABŞ Prezidenti, Donald Tramp

Şəklin mənbəyi, Getty Images

Amerika Prezidenti Ukraynada atəşkəslə bağlı danışıqlara cəhddən sonra Prezident Zelenskinin "etibarını zədələdiyi üçün" Rusiya Prezidentinə əsəbləşib və onu tənqid edib.

Videonu YouTube kanalımızda izləyin.

Putin ötən həftə dənizçilərlə görüşdə deyib ki, Ukraynada sülh danışıqlarına başlamaq üçün legitim hakimiyyət ola bilərdi.

Rusiya lideri bunun üçün BMT-nin nəzarətiylə xalqın etibar etdiyi hökumət seçməyi təklif edib.

Amerika Prezidenti Putinin təklifiylə bağlı deyib ki, "Yeni rəhbərlik o deməkdir ki, sizin uzun müddət anlaşmanız olmayacaq".

Trump Rusiya atəşkəsə razılaşmasa onun iqtisadiyyatının hədəf alacağını və bu ölkədən ABŞ-a satIlan neft və digər məhsullara 25% əlavə rüsum tətbiq edəcəyini deyib.

O, bundan başqa, Rusiyadan neft alan ölkələrə də 50% rüsum tətbiq edəcəyini də deyib.

İlk dəfədir ki, ABŞ Rusiyanı atəşkəs danışıqlarında ayaqlarını sürüdüyü üçün ciddi şəkildə hədələyir.

Avropa liderləri Trump-ın Putinə rəğbət şərhlərindən narahat idilər, Trump-ın son şərhləri onun Putinə münasibətinin dəyişdiyini göstərir.

Trump özü də bir müddət əvvəl Ukrayna liderini ictimai şəkildə təhqir edib, onu "diktator" adlandırıb və ondan bir sıra güzəştlər tələb edib.

Bu arada, Prezident Zelenski də Rusiya Prezidentinə cavab verib. O sosial mediada Rusiyanın bu müharibəni uzatmağa çalışdığını yazıb.

Bu arada, Trump həm də Zelenskini Ukraynanın nadir minerallarının ABŞ-la bölüşdürülməsi ilə bağlı sövdələşmədən daha yaxşı təhlükəsizlik zəmanəti almaq üçün "geri çəkilməyə çalışmaqda" günahlandırıb. O, bu addımın qarşılığında Zelenskiyə "böyük, böyük problemlər" vəd edib.

Trump həm də deyib ki, Zelenski Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını başa düşür.