Azərbaycana ABŞ-dan rüsum: təsir nə olacaq?

Donald Trump Azərbaycana rüsumlar Azərbaycana gömrük tarifi Amerika Azərbaycana 10 faiz rüsum tətbiq edib Amerika Azərbaycana nə qədər rüsum tətbiq edib Amerikanın Azərbaycana tətbiq etdiyi rüsum vətəndaşa necə təsir edəcək

Şəklin mənbəyi, Getty Images

Azərbaycan bundan sonra Amerika Birləşmiş Ştatlarına satacağı mallara görə, 10 faizlik gömrük rüsumu ödəyəcək.

Azərbaycan ABŞ-a əsasən xam neft satır. Ölkə ötən il ABŞ-a ümumilikdə 135 milyon dollar dəyərində məhsul satıb.

Digər ixrac məhsullarından bəziləri bunlardır - xurma, çay, heyvan bağırsaqları, mədələri və tərəvəz konservləri.

Lakin gömrük rüsumunun artmasının Azərbaycana elə ciddi təsiri olmayacaq, iqtisadi təhlilçi Rövşən Ağayev deyir.

Cənab Ağayev deyir ki, Azərbaycanın ABŞ-a ixracatı çox kiçik həcmdədir və tətbiq olunan rüsumun məbləği də çox aşağıdır.

Rövşən Ağayev bu tarif tətbiqinin Azərbaycana dolayı təsirlərinin böyük ola biləcəyini də deyir.

Yəni, qlobal böhran yaransa, neft-qaz qiymətlərinin ucuzlaşması baş verə bilər, bu da Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərə bilər.

Maliyyə bazarlarında eniş olsa, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları ilə alınmış aktivlərin bir hissəsi dəyərini itirə bilər.

Videonu Youtube-dan izləyin.

Azərbaycan ABŞ 10 faizlik rüsum

Şəklin mənbəyi, Getty Images

ABŞ ötən il Azərbaycana 1,6 milyard dollar dəyərində məhsul satıb. Bunlar arasında dəmir, polad, maşınlar, nəqliyyat vasitələri, öküz spermi, aşınmamış dəri, diri iribuynuzlu heyvanlar, balıq və dəniz məhsulları, pendir, meyvələr var.

Azərbaycan da ABŞ-a 10 faizlik görmük rüsumu tətbiq edir.

ABŞ indiyədək Azərbaycana Ümumiləşdirilmiş Üstünlüklər Sistemi çərçivəsində, rüsum tətbiq etməyib.

Bu sistem inkişaf etməkdə olan ölkələrə bir sıra məhsulları inkişaf etmiş ölkələrə rüsumlarsız satmaq imkanı verirdi.

ABŞ Prezidenti Donald Trump-ın çərşənbə günü açıqladığı qərar dünyanı silkələyib.

Dünya liderləri onun bu qərarının dünya iqtisadiyyatına "büyük zərbə" olduğunu bildirirlər.