Qəzzada müharibə "ikinci mərhələyə" keçib, Netanyahu

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Getty İmages

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib ki, onlar gecə boyu Qəzzaya girən hərbi qüvvələrin sayını artırıblar və yeni göndərilən hərbçilər artıq orda döyüşənlərə qoşulub.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İsrailin Qəzzada quru əməliyyatı Həmasla “uzun və çətin” müharibənin “ikinci mərhələ”sinə keçib.

İsrail cümə günü Qəzzaya hərbi əməliyyatlarını genişləndirdiyini bildirib.

BBC-nin Qəzzada olan müxbiri bildirib ki, Qəzza indiyə kimi görünməmiş miqyasda və intensivlikdə bombardmana məruz qalıb.

Ölənlərin sayı dəqiq bilinmir, amma Həmasın səhiyyə nazirliyi bildirib ki, oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 8 min adam həlak olub, onların arasında 3 mindən çox uşaq var.

Həmas hücum nəticəsində yüzlərlə binanın dağıldığını bildirib.

Qəzzada Internet əlaqəsinin tədricən bərpa olunduğu bildirilir. Qəzzada olan jurnalistlər bildirirlər ki, telefonla zəng etmək və sosial şəbəkələrə girmək artıq mümkündür.

İsrailin cümə günki hücumu zamanı kommunikasiya şəbəkələrinin işi dayanmışdı, Qəzzadakı insanlarla əlaqə saxlamaq mümkün deyildi.

Həmas oktyabrın 7-də İsrailə hücum edərək 1400 adamı öldürəndən və 200-dən çox adamı girov götürəndən sonra İsrail Qəzzanı bombalamağa başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü televiziya ilə çıxışında şiddətli bombardmanların davam etdiyi bir vaxtda İsrail komandirlərinin "Qəzza zolağının hər yerində" yerləşdirildiyini təsdiqləyib.

Qəzza şəhəri üzərindən sakinlərə xəbərdarlıq vərəqləri səpələnib. Vərəqlərdə bu ərazinin artıq “döyüş meydanı” olduğu deyilir və sakinlər cənuba sari çəkilməyə çağrılır.

Rəsmi Ankara İsraili müharibə cinayətlərində günahlandırıb. Bundan sonra İsrail öz diplomatlarına Türkiyəni tərk etməyi tapşırıb.

“Əgər ehtiyac olmasaydı, bunu etməzdik”

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, AFP

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

BMT-nin Qəzzadakı anbarlarından buğda, un və digər əsas məhsulları götürən köçkün qəzzalıların bəziləri jurnalistlərə danışıblar.

“Bizdə un, yardım, su, hətta tualet də yoxdur”, - Əbdülrəhman əl-Kilani AFP xəbər agentliyinə deyib.

"Evlərimiz dağıdıldı. Bizimlə heç kim maraqlanmır. Biz dünya xalqına müraciət edirik. Bütün beynəlxalq güclər bizə qarşıdır. Yardıma ehtiyacımız var idi və ehtiyacımız olmasaydı, bunu etməzdik".

Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah paylama anbarının yaxınlığında olan Um Samer əl-Attar bölgədəki insanların üzləşdiyi vəziyyətdən danışıb.

“Təmiz suya ehtiyacımız var, yeməyə ehtiyacımız var, acından ölürük”- o deyib.

"Bu, tamamilə ədalətsizlikdir. Uşaqlarımız [aclıqdan və susuzluqdan] yata bilmir. Biz onları su və yeməklə təmin etməliyik."

Bundan əvvəl BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi bildirib ki, minlərlə Qəzza sakini zolağın cənubunda və ortasında yerləşən anbarlara və paylama mərkəzlərinə girərək un və digər əsas ləvazimatları götürüb.

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Reuters

"Müharibənin məqsədinə nail olmaq üçün hər şeyi edəcəyik"

Bazar günü keçirdiyi brifinqdə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari deyib ki, onlar Qəzzada quru əməliyyatını və qüvvələri tədricən artırırlar.

“Quru əməliyyatı mürəkkəbdir və qüvvələrimiz üçün də risklər daşıyır”, - Daniel Hagari bildirib.

O deyib ki, qüvvələrin təhlükəsizliyini təmin etmək və “müharibənin məqsədlərinə nail olmaq üçün bütün güclərindən- havadan, dənizdən və qurudan – hər şeyi edəcəklər”.

“Qəzza sakinləri yardım anbarlarına soxulur və ərzaq məhsullarını götürürlər” – Yardım Agentliyi

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, AFP

BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirir ki, minlərlə Qəzza sakini zolağın cənubunda və ortasında yerləşən anbarlara və paylama mərkəzlərinə girərək un və digər əsas ləvazimatları götürüb.

"Bu, üç həftəlik müharibə və Qəzzanın sıx mühasirəsindən sonra vətəndaş nizamının pozulmağa başladığının narahatedici əlamətidir", - UNRWA-nın bəyanatında bildirilib.

"İnsanlar qorxur, məyus və çarəsizdir. Gərginlik və qorxu telefonların və internet rabitə xətlərinin kəsilməsi ilə daha da pisləşir".

UNRWA-nın bazar günü yaydığı bəyanatda hansı anbarlara basqın edildiyi və ya bunun nə vaxt baş verdiyi açıqlanmır.

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, AFP

İran Prezidenti İbrahim Rəisi: "İsrail hər kəsi ölçü götürməyə məcbur edə bilər"

İran Prezidenti

Şəklin mənbəyi, Reuters

İran Prezidenti İbrahim Rəisi deyib ki, İsrail "qırmızı xətləri keçib” və onun hərəkətləri hər kəsi ölçü götürməyə məcbur edə bilər.

" Washington bizdən heç nə etməməyi xahiş edir, lakin onlar İsrailə geniş dəstək verməkdə davam edirlər. ABŞ “Axis of Resistance” -yə mesajlar göndərdi, lakin döyüş meydanında aydın cavab aldı”, - bazar günü Rəsi X hesabında yazıb.

“Axis of Resistance” və ya “Müqavimət oxu” qrupu İranın Yaxın Şərqdə dəstəklədiyi və Həmasın bir hissəsi olduğu qüvvələr şəbəkəsinə aiddir.

ABŞ hakimiyyəti regional münaqişənin daha da genişlənməməsi üçün İrana İsrail-Həmas müharibəsindən kənarda qalması barədə xəbərdarlıq edir.

Livanda yerləşən və İran tərəfindən də dəstəklənən Hizbullah qruplaşması son həftələrdə İsraillə atışmada olub.

"Qəzza davamlı atəşə tutulur"

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Getty İmages

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, Getty İmages

BBC News-un beynəlxalq məsələlər üzrə redaktoru Jeremy Bowen yazır ki, İsraildə qaldığı, Qəzzanın ən yaxın hissəsindən təxminən 10 km məsafədə yerləşən Aşkelon şəhərindəki otelindən müşahidə edib ki, küçələr boşdur.

“Sakinlərin hamısı olmasa da, çoxu gedib. Qəzzanı atəşə tutan İsrail artilleriyasından davamlı ağır atışma səsləri gəlir. Mən, sadəcə bir dəqiqədə altı bərk gurultu saydım”, - o yazıb.

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, İsrail MQ

İsrail Həmas Qəzza

Şəklin mənbəyi, İsrail MQ

İsrail Müdafiə Qüvvələrinin X-də (keçmiş Twitter) İsrail ordusu əsgərlərinin Qəzzada quru fəaliyyətinə hazırlaşdığını göstərən görüntülər yayımlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü televiziya ilə çıxışında deyib ki, İsrail Həmasla müharibəsinin ikinci mərhələsinə daxil olub və Qəzza zolağına hərbçilərini yerləşdirib.

"Bu, uzun və çətin müharibə olacaq - deyə Netanyahu əlavə edib, - biz qalib gələcəyik”.

"Biz döyüşəcəyik və təslim olmayacağıq. Biz geri çəkilməyəcəyik. Yerüstü və yeraltı…" - o deyib.