Azərbaycan və Ermənistan arasında "Qərbi Azərbaycan" davası

İlham Əliyev və Nikol Paşinyan

Şəklin mənbəyi, Ermənistan hökuməti

Azərbaycan və Ermənistan arasında yeni mübahisə başladığını söyləmək olar. Bu, qərbi Azərbaycan məsələsidir.

Bakı hesab edir ki, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılar indi geri, öz dədə-baba torpaqlarına geri qayıtmalıdır. Yerevan isə buna qarşı çıxır.

"Biz dəfələrlə bəyan etmişik ki, suveren Ermənistan Respublikasının ərazisində Qərbi Azərbaycan ola bilməz", - Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Azərbaycan son vaxtlar Ermənistanın 60 faizini Qərbi Azərbaycan adlandırmağa başlayıb.

Bakı Ermənistana qarşı ərazi iddiası olmadığını deyir. Amma bu ona Ermənistanın bəzi ərazilərini tarixi torpaqlar adlandırmağa mane olmur. Prezident İlham Əliyev tələb edir ki, vaxtilə burda yaşamış azərbaycanlılar geri qayıtsın.

"Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər?" - o deyib.

"Qərbi Azərbaycan" icmasının nümayəndələri Nikol Paşinyanla da görüşmək istəyirlər. İlham Əliyev təklif edib ki, Baş nazir onları qəbul etsin: "Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları".

Ermənistan rəhbərliyinin bu təklifə münasibəti məlum deyil.

Vidoeya Youtube kanalımızda baxın.