Paşinyan: "Azərbaycanla müharibə olmayacaq"

Nikol Paşinyan Ermənistan Azərbaycan Qarabağ sülh

Şəklin mənbəyi, Getty Images

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, "bütün daxili və xarici təxribatlara" baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq.

"Sülh olacaq", - o əlavə edib.

Paşinyan bunu faşizm üzərində qələbənin 80 illiyi münasibəti ilə Ermənistan vətəndaşlarına müraciətində yazıb.

O bildirib ki, bu qələbədə erməni xalqının da payı var.

Paşinyan qələbə paradında iştirak etmək üçün Moskvaya gedib. O, Moskvada erməni əsilli müharibə veteranları ilə də görüşüb.

Videoya Youtube kanalımızda baxın.