Paşinyan: "Konstitusiya ilə bağlı referendum planlaşdırırıq"

Şəklin mənbəyi, Ermənistan İctimai TV
Ermənistan 2027-ci ildə Yeni Konstitusiya ilə bağlı referendum keçirə bilər, Baş nazir Nikol Paşinyan deyib.
"Biz vətəndaşlara yeni konstitusiya təklif edəcəyik və 2027-ci ildə referendum keçirməyi planlaşdırırıq", o Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Yerevan yaxın gələcəkdə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlaya bilər.
Bakı sülh müqaviləsini imzalamaq üçün Yerevandan ölkə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaların aradan qaldırılmasını və Minsk qrupunun ləğvini istəyir.
Azərbaycan və Ermənistan martın 13-də sülh sazişinin mətninin tam razılaşdırılıb başa çatdırılmasını elan edib.
Videonu YouTube kanalımızda izləyin.



