Rusiya “pomidor embarqosundan” nə qazandı?

Şəklin mənbəyi, Sergei Bobylev/TASS
- Müəllif, Sergey Kozlovski
- Vəzifə, BBC Rus Xidməti
Türkiyə pomidorlarının və digər məhsulların Rusiyaya gətirilməsi 2016-cı il yanvarın 1-dən etibarən qadağan edilib.
Buna səbəb isə Türkiyə Silahlı Qüvvəlıərinin Rusiya Su-24 təyyarəsini vurması olub.
Rusiya Türkiyəyə qarşı sanksiyaları bu ilin may ayından başlayaraq tədricən aradan qaldırmağa başladı.
Lakin "pomidor məsələsi" yalnız oktyabr ayında, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Receb Tayyip Erdoğanla görüşdən sonra öz həllini tapdı.
İndi qadağa ləğv edilib. Ticarət şəbəkələri pomidor almağa hazırdırlar, lakin hələki konkret razılaşmalar yoxdur.
Bu barədə BBC-ə X5 Retail Group ("Pyateroçka", "Perekryostok" və "Karusel" şəbəkələri), "Diksi" və "Auchan" məlumat verib.
Türkiyə bir embarqodan necə qazanıb, digər embarqodan necə itirdi...
Türkiyə həmişə Rusiyanın böyük pomidor tədarükçüsü olub. Bu ölkənin pomidor idxalı strukturunda payı 2010-2015-c illərdə 40-53 faiz təşkil edib.
Türkiyə pomidorlarına tələbat əsasən qış aylarında, istixanaların tələbatı qarşılaya bilmədiyi zaman yaranardı .
2014-cü ilin yayında Ukrayna pomidorlarının və həmçinin Avropa İttifaqı (Aİ) ölkələrindən tərəvəzlərin gətirilməsi dayandırıldı.
Avropa embarqosu Türkiyənin xeyrinə oldu - Rusiya idxalında bu ölkənin payı 41,8 faizdən 48,7 faizədək (dollarla) artdı.
Beynəlxalq Ticarət Mərkəzinin hesablamaları belədir.
Həmçinin digər böyük idxalçı ölkələrin də - Çin, Mərakeş, Belarus və Azərbaycanın da tədarükü yüksəldi.
Lakin artıq bir il sonra Türkiyə pomidor ixracatçılarına da qadağa qoyuldu. Embarqo tətbiq edildikdən sonra Türkiyənin Rusiya bazarına idxalında payı sıfıra endi.
Eyni zamanda digər böyük idxalçıların tədarük həcmi də artdı. İki il ərzində Rusiya bazarında olmamaqla Türkiyə tədarükçüləri 2 milyard dollar itirdilər.
Bu qiyməyləndirməni Ria Novosti agentliyi ilə söhbətində Milli Meyvə-Tərəvəz İttifaqının təhlilçisi Kirill Laşin aparıb.
Lakin digər idxalçılar Türkiyə pomidorunu tamamilə əvəz edə bilmədilər.
"Onların məhsulu bahadır və yenə də kifayət etmir", deyə "Texnoloqii rosta" (İnkişaf texnologiyası) araşdırma şirkətinin baş direktoru Tamara Reşetnikova bildirir.
"Rusiya istehlakçısı həmin həcmdə Azərbaycan pomidorunu 2-2,5 dəfə daha baha qiymətə almağa hazır deyil. Baxmayaraq ki, keyfiyyəti Türkiyə pomidoru ilə müqayisədə daha üstündür", - o, qeyd edir.
Həqiqətənmi bu iki il ərzində Rusiyada Türkiyə pomidoru yox idi?
Embarqonun qüvvədə olduğu müddət ərzində Rusiya hakimiyyəti dəfələrlə ölkəyə Türkiyə pomidorlarının gətirildiyini bəyan etmişdi.
Bu məhsulu Rusiyaya gətirən ölkələr arasında Ermənistan və Azərbaycanın da adı çəkilirdi.
Lakin təkrar ixrac barədə ittihamlar əsasən Belarusun ünvanına səslənirdi.
Minsk dəfələrlə bu ittihamları rədd etmişdi.
Meyvə -Tərəvəz İttifaqı il ərzində ölkəyə qeyri-qanuni yolla gətirilmiş pomidor həcmlərinin təqribən 100 min tona yaxın olduğunu bildirib.
Bu çoxdur, yoxsa az? Bu rəqəm 2017-ci ildə Rusiya istixanalarında yetişdirilən pomidorun təqribən yarısıyla müqayisə oluna bilər.
Rusiya Federal Gömrük Xidməti (FGX) hətta Ermənistandan və Azərbaycandan olan həmkarlarıyla birgə idarələrarası işçi qrupu yaratmağa məcbur oldu.
Rusiyadan bu işçi qrupuna FGX, Rospotrebnadzor (Rusiya istehlakçı hüquqlarının müdafiə üzrə qurum) və Rosselxodnadzor (baytarlıq və fitosanitar nəzarət) əməkdaşları daxil edildilər.
Mütəxəssislər tədarükün həcmini hesablamaq üçün Rusiyaya pomidor ixrac edən Azərbaycan və Ermənistandakı müəssisələrə getməyi, istehlak gücünü və müəssisənin kənd təsərrüfatı sahələrini qiymətləndirməyi planlaşdırmışdılar.
Bu iş barədə oktyabr ayında FGX rəhbərinin birinci müavini Ruslan Davıdov Ria Novosti agentliyinə danışıb.
Rusiyada pomidor bumu
Türkiyə pomidorlarının gətirilməsinə embarqo tətbiq edildikdən sonra Rusiyada böyük istixana komplekslərinin tikintisinə başlandı.
"Əvvəllər əsasən xiyar yetişdirməklə məşğul olan İstixana tərəvəz istehsalçıları pomidor yetişdirməyə keçdilər", - deyə "Kənd təsərrüfatı bazarı konyukturası institutu"nun (İKAR) eksperti Natalya Penkova bildirib.
İKAR-ın qiymətləndirməsinə görə, 2013-cü ildə Rusiya şirkətləri təqribən 70 hektar, 2015-ci ildə 154 hektar, 2016-cı ildə isə 170 hektar sahəsi olan yeni istixanaları istifadəyə verib.
Yaxın 5 il ərzində Rusiyada 2 min hektar sahəsi olan yeni istixanalar istifadəyə verilməlidir.
Bu barədə Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçev ötən ilin aprelində bildrimişdi. O, belə əraziyə qoyulan investisiyanın həcmini 200 milyard rubla yaxın olduğunu deyir.
Embarqo qüvvədə olduğu müddətdə Rusiya istixanalarında yetişdirilən pomidorun məhsuldarlığı iki dəfə artıb.
"Lakin həyata keçirilən layihələrin xeyir verməsi üçün 3-4 il lazımdır", - "Rusprodsoyuz" assosiasiyasının direktoru Dmitri Vostrikov bildirib.
"Türkiyə pomidorunun tədarükünə qoyulan qadağanı tamamilə ləğv etmək lazım deyil. Çünki yerli böyük şirkətlərə vəziyyətdən çıxmaq üçün vaxt lazımdır".
"Əgər Türkiyə pomidorları tam həcmdə geri qayıtsa, o zaman yerli məhsulun qiyməti düşəcək və rusiyalı istehsalçılar çətin vəziyyətdə qalacaqlar. Yeni istixana tikmək üşün kredit götürən şirkətlərə krediti bağlamaq çətin olacaq", - deyə Meyvə-Tərəvəz İttifaqının nümayəndəsi Kirill Laşin deyir.
Embarqonun tamamilə ləğv ediləcəyi təqdirdə pomidorun qiyməti şirkətlərin investiya planlarında qoyduqları qiymətdən xeyli aşağı olacaq. İKAR nümayəndəsi Natalya Penkova belə deyir.
Rusiya öz bazarını necə qazanır
Hələ ki, yerli istixana pomidorlarının bazar piştaxtalarında satışı 40 faiz təşkil edir və 2013-cü ildən başlayaraq bu rəqəm 20 faiz artıb. Vostrikov belə deyir.
Lakin real olaraq tədarükün həcmini qiymətləndirsək vəziyyət hec də ürək açan deyil. Tamara Reşetnikova deyir.
Ucuz Türkiyə pomidorlarını yerli istehsal pomidorları ilə tamamilə əvəzləmək mümkün olmadı.
Təzə pomidorların istehlakı mövsümdən sonra aşağı düşdü.
"Beləliklə yerli pomidorların satışının kəskin artması əsasən idxal axının azalmasıyla bağlı oldu"-deyə Reşetnikova bildiri.
Rusiyalı istehsalçıların yerli bazarda hakimiyyəti ələ alması üçün süni işıq və ya daha əlavə işıqlandırma ilə təchiz olunmuş istixanalar tikilməlidir.
Belə istixanalarda xüsusi lampalar quraşdırılır. Süni işığın köməyilə yetişmə prossesi bütün gün ərzində davam edir.
"Lakin belə istixanalar Rusiyada hələ ki kifayət qədər deyil. Bununla yanaşı onlar yalnız il ərzində istehsalı təmin etməyə və alternativ idxalçı olmağa qadirdilər", - deyə Tamara Reşetnikova qeyd edir.
Hətta bu cür istixanlar tikilsə belə, Rusiya pomidorları Türkiyə pomidorlarından baha olacaq.
Bu isə elektrik enerjisinin baha olmasıyla əlaqələndirilir, hansı ki, qış dövründə istehsal xərcinin yarısını təşkil edir, - Kiril Lapşin belə deyir.
İKAR-ın məlumatına görə, yanvar ayında elektrik enerjisi xərclərin 70 fazini təşkil edə bilər.







