Türkiyə 99 yüksək rütbəli zabiti ittiham edib

Şəklin mənbəyi, AFP
Türkiyə rəsmi olaraq keçən həftə baş vermiş çevrilişə cəhdlə əlaqəli 99 nəfər general və admiralı ittiham edib.
Prezident Erdoğan Ankarada ona sadiq olan hərbçilər və kabineti ilə görüş keçirir.
Rəsmilər müvəqqəti olaraq bütün ali təhsil müəllimlərinin xaricə səfər etməsinə <link type="page"><caption> qadağa qoyublar</caption><url href="http://www.bbc.com/azeri/region/2016/07/160720_turkey_academics" platform="highweb"/></link>.
Çevrilişə cəhddə şübhəli bilinən bütün dövlət qulluqçularına qarşı sərt tədbirlər davam etməkdədir.
Çevrilişə cəhdlə bağlı Türkiyə hökuməti tərəfindən ən az 50 000 insan saxlanılıb, istefaya göndərilib ya da işdən çıxarılıb.
Çərşənbə axşamı günü genişlənən siyahıya prezident Recep Tayyip Erdoğana daha az loyal olan müəllimlər, universitet dekanları və media əməkdaşları da daxil edilib.

Şəklin mənbəyi, Reuters
Hakimiyyət deyib ki, onlar ABŞ-da məskunlaşan dini lider Fethullah Gülenlə birgə çalışırlar.
Baş nazir Binali Yıldırım bəyan edib ki, dini lider "terror təşkilatına" rəhbərlik edib.
"Biz onların öz kökü ilə qazıb tapacağıq", o parlamentdə deyib.
Türkiyə hakimiyyətinin sözçüsü təklif edib ki, ABŞ dini xadimə qarşı olan sübutlar tələb etməkdənsə onu "şübhələrə əsasən" ekstradisiya etməli idi.
Öz növbəsində cənab Gülen deyib ki, onun bu çevriliş cəhdi arxasında olması haqqında iddialar "gülüncdür".

Şəklin mənbəyi, AP
Fethullah Gülenlə əlaqəli olduğu deyilən 24 radio və televiziyanın lisenziyası Türkiyə media tənzimləmə qurumu tərəfindən ləğv olunub.
Həbs olunanların sayı 6000-i keçib və 9000-ə yaxın polis əməkdaşı işdən çıxarılıb, təqribən 3000 hakim vəzifəsindən kənarlaşdırılıb.
Minlərlə rəsmi işçilərin işdən çıxarılması beynəlxalq müşahidəçilərdə narahatlıq doğurmağa başlayıb və BMT ölkəni qanunun aliliyini təmin etməyə və insan haqlarını qorumağa çağırıb.
Rəsmilərin verdiyi məlumata görə, cümə günü baş verən çevrilişə cəhd zamanı 232 nəfər ölüb və 1541 nəfər yaralanıb.



