Türk general çevriliş planlaşdırmadığını deyir

Akin Ozturk saxlanılan 70 general və admiral arasındadır, Anadolu yazır

Şəklin mənbəyi, Anadolu Agency Getty Images

Şəklin alt yazısı, Akin Ozturk saxlanılan 70 general və admiral arasındadır, Anadolu yazır

Hərbi hava qüvvələrinin sabiq komandanı cümə günü Türkiyədə baş verən hərbi çevrilişə cəhddə dəstə rəhbəri olmasını inkar edib.

Xəyanət ittihamı irəli sürülən Gen Akin Ozturk və daha 26 yüksək rütbəli hərbçilər barəsində bazar ertəsi məhkəmə həbs qətimkan tədbiri seçib, dövlət xəbər agentliyi olan Anadolu yazır.

İrəli sürülən ittihamı şərh edən general israrla deyib: "Mən bu çevrilişi planlaşdıran və ya ona rəhbərlik edən insan deyiləm."

Anadolu xəbər agentliyi bir qədər əvvəl onun müstəntiqlərə verdiyi izahatından sitat gətirərək yazıb ki, o "dövlət çevrilişi etmək niyyəti ilə hərəkət edib".

Rəsmilər, 232 nəfərin ölümünə, 1400 nəfərin yaralanmasına səbəb olan iğtişaşların baş verməsini ABŞ-da məskunlaşan Fetullah Güleni və hakimiyyəti devirmək üçün onun yaratdığı "paralel quruluşu" günahlandırıb.

"Mən bilmirəm bunu kim planlaşdırıb və ya idarə edib. Təcrübəmə əsasən deyə bilərəm ki, dövlət çevrilişini Gülen hərəkatı etməyə cəhd edirdi", Anadolu xəbər agentliyi general Gen Ozturk Ankarada məhkəməyə çıxarılmazdan əvvəl dediyi sözlərdən sitat gətirir.

"Lakin mən deyə bilmərəm hərbi qüvvələrlə kim bunu təşkil etdi və həyata keçirdi. Mənim məlumatım yoxdur. Mən bu quruluşa qarşı mübarizə aparmışam."

Fetullah Gülen: "Dövlətə çevrilişinə cəhd olması ehtimal oluna bilər."
Şəklin alt yazısı, Fetullah Gülen: "Dövlət çevrilişinə cəhd olması ehtimal oluna bilər."

Bazar ertəsi günü BBC-yə müsahibəsində cənab Gülen dövlət çevrilişinə cəhdi "Vətənə xəyanət" adlandırıb və onun bu məsələyə cəlbi ilə bağlı sübutlar təqdim etməyə çağırıb. O deyib ki, Türkiyə artıq demokratik deyil.

Cənab Gülen BBC-yə deyib ki, ABŞ rəsmiləri qanunsuz olan tələbə cavab verməməlidir.

Bununla yanaşı o əlavə edib ki, sonunda o öləcək və onun üçün fərqi yoxdur ki, bu evdə və ya həbsxanada baş verəcək.

Bir qədər əvvəl, Türkiyə rəsmilərinin bildirdiyinə görə, həftə sonu baş vermiş çevrilişə cəhddə əlaqəsi olmaqda şübhəli bilinən təxminən 9000 polis işçisi saxlanılıb.

Onlardan 6000 nəfəri hərbi qulluqçu və 3000 nəfəri isə demək olar ki, hakimlərdir.