Erdoğan ölüm cəzasını "bərpa etməyə hazırdır"

Prezident Erdoğan çevriliş bəhanəsilə opponentlərinin təqibi barədə ittihamları rədd edir.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Prezident Erdoğan çevriliş bəhanəsilə opponentlərinin təqibi barədə ittihamları rədd edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyir ki, “əgər xalq bunu tələb edirsə” ölüm cəzasını bərpa etməyə hazırdır.

O, bunu İstanbuldakı evinin qarşısında edamın qaytarılmasına çağırış edən şüarlar səsləndirən tərəfdarlarına deyib.

Aİ rəsmiləri xəbərdarlıq ediblər ki, Ankara ölüm cəzasını bərpa edərsə Türkiyənin bu birliyə qoşulmaq üçün gördüyü işlər heçnə olacaq.

Çevriliş cəhdindən sonra onda iştirak etməkdə ittiham olunanlara qarşı cənab Erdoğanın göstərişilə sərt tədbirlər görülüb, kütləvi həbslər həyata keçirilib.

Minlərlə polis, hərbi işçi və hakim işdən çıxarılıb və ya həbs olunub. İşdən çıxarılanların sayı 9 min, həbs olunanların sayı isə 8 minə yaxındır.

Həmçinin oxu:STY44600713Türkiyədəki çevriliş cəhdi niyə uğursuz oldu? 5 səbəbTürkiyədəki çevriliş cəhdi niyə uğursuz oldu? 5 səbəbBu dəfə çevriliş cəhdi niyə uğursuz oldu? Tarixi Təhlil və Münaqişə Araşdırmaları Mərkəzindən Ziya Meral vəziyyəti belə dəyərləndirir2016-07-16T21:22:34+00:002016-07-16T21:22:34+00:002016-07-16T21:22:34+00:002016-07-16T21:40:16+00:00PUBLISHEDaztopcat2

Türkiyənin Qərbdəki müttəfiqləri bununla bağlı narahatlıq ifadə edib və Prezident Erdoğanı münasib cavab tədbirləri görməyə çağırıb.

Lakin çərşənbə axşamı günü tərəfdarları ilə danışarkən ölkə başçısı deyib ki, Türkiyə “qanunla idarə olunan demokratik bir dövlətdir”.

Onun sözlərinə görə, Türkiyə xalqı bunu tələb edirsə və Parlament qanunu təsdiq edərsə o, ölüm cəzasını bərpa etməyə hazırdır.

"Xalqın istəyini kənara qoymaq olmaz", cənab Erdoğan əlavə edib.

"Bu gün Amerikada, Rusiyada, Çində ölüm cəzası yoxmu? Dünya boyu ölkələrdə yoxmu? Ancaq Avropa İttifaqında yoxdu ölüm cəzası", o deyib.

Rusiyada ölüm cəzası uzun müddətdir ki, tətbiq olunmur. Avropa Şurasına üzv olmağın şərtlərindən biri edamların ləğv olunmasıdır deyə Rusiya 90-cı illərdə edama moratorium qoyub və bu moratorium hələ də qüvvədədir.

Türkiyə 2004-cü ildə Aİ üzvü olmaq üçün atdığı addımlardan biri olaraq ölüm cəzasını ləğv edib.