Ankara: Partlayışı "Suriya kürdləri həyata keçirib"

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti bildirib ki, Suriyadakı kürd YPG silahlılarının Ankarada baş vermiş ölümcül partlayışın arxasında olduqlarına dair sübut var.
Recep Tayip Erdoğanın sözlərinə görə, partlayışın həyata keçirilməsində YPG silahlılarına Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) dəstək göstərib və “hətta YPG və PKK-nın liderləri inkar etsələr belə onların partlayışın arxasında durduğuna dair sübut var”.
O, hadisəyə görə 14 nəfərin həbs olunduğunu bildirib.
Daha əvvə Türkiyənin baş naziri Ahmet Davutoğlu da Ankarada baş vermiş partlayışın Suriyadakı kürd YPG silahlıları tərəfindən həyata keçirildiyini bildirmişdi.
“YPG-nin hücumla birbaşa əlaqəsinin olduğu müəyyənləşib,” o deyib.
Türkiyə İraqın şimalındakı PKK qüvvələrinə qarşı çərşənmbə günü hava hücumlarını həyata keçirib.
Türkiyə baş nazirinin sözlərinə görə, həmin hücum zamanı bir neçə yüksək rütbəli PKK döyüşçüsü də ölüb.
Bu arada, Türkiyənin cənub-şərqində hərbi konvoy partladılıb. Nəticədə ən azı altı türk əsgərinin həlak olduğu deyilir.
Türkiyə qisas alacağını deyir
Türkiyə, 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnmiş güclü Ankara partlayışını həyata keçirənlərə qarşı qisas alacağını bildirib.

Şəklin mənbəyi, EPA
“Türkiyə istənilən zaman, istənilən yerdə və istənilən halda özünü müdafiədən çəkinməyəcək,” prezident Recep Tayyip Erdoğan deyib.
Hadisə nəticəsində ölənlərin dəfn mərasiminin cümə axşamı həyata keçiriləcəyi nəzərdə tutulur.
Partlayışa görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Şəklin mənbəyi, Reuters
ABŞ partlayışı pisləyib. “Biz NATO üzvü və yaxın tərəfdaşımız olan Türkiyənin yanındayıq,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price deyib.
Partlayış parlament binası və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yerləşən əraziyə yaxın yerdə hərbi nəqliyyat vasitələri keçdiyi zaman baş verib.
Reuters agentliyi partlayışın hərbçilərin yataqxanasına zərər vurduğunu bildirir.

Şəklin mənbəyi, AFP
Ankara valisi Mehmet Kılıçların məlumatına əsasən, partlayıcı maddə ilə dolu nəqliyyat vasitəsi yaxınlıqdan hərbi avtobusların keçdiyi zaman partladılıb.
Ankarada faciəli hadisəsinə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycana nəzərdə tutulan səfərini təxirə salıb, prezident aparatındakı mənbəyinə istinadən Retuers agentliyi məlumat verir.
Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik öz Twitter səhifəsindəki qeydində hökumət binaları, o cümlədən, Müdafiə Nazirliyi yaxınlığında baş vermiş partlayışın “terror aktı” olduğunu bildirib.
Reuters agentliyi Türkiyənin baş naziri Ahmet Davutoğlunun Brüsselə nəzərdə tutduğu səfərini təxirə saldığını bildirib.

Şəklin mənbəyi, AFP
Ötən il oktyabrın 10-da intiharçılar tərəfindən Ankarada törədilən<link type="page"><caption> partlayış nəticəsində</caption><url href="http://www.bbc.com/azeri/region/2015/10/151010_turkey_blasts.shtml" platform="highweb"/></link> 102 nəfər həyatını itirmişdi.
Cari il yanvarın 12-də <link type="page"><caption> İstanbulun mərkəzində</caption><url href="http://www.bbc.com/azeri/region/2016/01/160112_istanbul_explosion.shtml" platform="highweb"/></link> Sultanahmet meydanında güclü partlayış azı 10 nəfərin ölümünə, daha 15 nəfərin xəsarət almasına bais olub.




