İstanbul partlayışında "ən azı 10 adam həlak olub"

İstanbulun mərkəzindəki partlayış ən azı 10 adamın ölümünə bais olub, şəhərin meriyası bildirir. Prezident Recep Tayyip Erdoğan deyib ki, hücum suriyalı intiharçı tərəfindən həyata keçirilib.

Əraziyə giriş sərt nəzarət altına alınıb. Meydanda baş vermiş hücumla bağlı efir qadağasının tətbiq edildiyi bildirilir.

BBC müxbiri son aylar ərzində İsanbulda aşırı solçu qüvvələr tərəfindən hücumların baş verdiyini bildirir. Mark Lowen həmçinin PKK silahlıları ilə Türkiyə qüvvələri arasında toqquşmaların sayının artdığını qeyd edir.